ATİB Sədri sərgidə


Paytaxtımız Xəzər regionunun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbir hesab olunan Bakı Enerji Həftəsinə və Xəzər regionunun nəqliyyat sektorunun aparıcı sərgilərinə ev sahibliyi edir.

İyunun 4-dək davam edəcək Bakı Enerji Həftəsi ("Baku Energy Week") öz brendi altında 3 böyük tədbiri birləşdirib - 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa olunan Enerji sərgiləri və Bakı Enerji Forumu. Bu il sərgilərə və forumda 31 ölkədən 250 şirkət qatılır.

ATİB İdarə heyətinin sədri Cemal Yangın və Baş Katib Pərvanə Hacıyeva sərgidə iştirak edən ATİB İdarə heyətinin üzvü Schneider Electric Middle East Projects şirkətini ziyarət edərək ona uğurlar arzuladı.