Türkiyənin Azərbaycandakı səfirliyinin Din müşaviri Zeki Yavuz Yılmaz ATİB nümayəndə heyətini qəbul edib


9 iyun 2022-ci ildə Türkiyənin Azərbaycandakı səfirliyinin Din müşaviri Zeki Yavuz Yılmaz ATİB İdarə Heyətini, Ehtiyat İdarə Heyətini və Maliyyə Təftiş Komissiyasını qəbul etdi.
Görüşdə ATİB İdarə heyətinin sədri Cemal Yangın, İdarə heyətinin üzvləri Mürsəl Rüstəmov, Rafiq Qarayev, Tahsin Gündem, Sürəyya Verdiyeva, İdarə heyətinin ehtiyat üzvləri Ramin Məmmədov, Sevda Süleymanova, Maliyyə Təftiş Komissiyasının üzvü Fatih Güven və Baş Katib Pərvanə Hacıyeva iştirak etdi.
Türkiyə-Azərbaycan dostluğu, iki ölkə arasında əlaqələr və qarşılıqlı münasibətlər müzakirə olunub. Cemal Yangın əməkdaşlıq üçün təşəkkür edərək, ATİB-in son fəaliyyəti barədə məlumat verib.