Gəncədə şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün Şəhidlər abidəsi ucaldılıb.


26 iyun 2022-ci ildə Türkiyə Respublikasinin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bagçının, Azərbaycan Türkiyə İş Adamları Birliyinin və iş adamlarının dəstəyi ilə Gəncədəki Şah Abbas məscidinin qarşısında 1918-ci il iyunun 11-də Gəncədə şəhid olan Qafqaz İslam Ordusunun ilk şəhidləri üçün Şəhidlər abidəsi ucaldılıb.
Tədbirdə Türkiyə Respublikasinin Azərbaycandakı səfiri Doç. Dr. Cahit Bagçı, Türkiyə Respublikasının Gəncə şəhərindəki Baş Konsulu Zeki Öztürk, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, ATİB İdarə heyətinin sədri Cemal Yangın, İdarə heyətininin üzvləri Mürsəl Rüstəmov, Rafiq Qarayev, Tahsin Gündem, Sürəyya Verdiyeva, Kaya Karslı və ATİB üzvlərindən Kəmaləddin Mənsimov, Lamiyə Bayramova, Vəfa Muradova, Ruslan Rizayev, Berkan Uludağ, Fatih Güven, Gəncə xalqı və b. iştirak edib.