"Ni Group" MMC-ni ziyarət


22 sentyabr 2022-ci ildə ATİB İdarə Heyətinin sədri Cemal Yangın, İdarə heyətinin üzvləri Tahsin Gündem və Kaya Karslı üzv şirkəti olan "Ni Group" MMC-ni ziyarət etdi. Qonaqları səmimi qarşılayan şirkətin direktoru Qasım Nuriyev fəaliyyətləri barədə məlumat verərək, ziyarət üçün öz təşəkkürünü bildirdi.
ATİB Sədri gələcək planlardan və əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün hansı işlərin görüləcəyindən bəhs etdi.