Türkiyənin Anadolu Universitetinin AOF dekanı ATİB ofisində olub


21 oktyabr 2014-cü ildə Türkiyənin Anadolu Universitetinin AOF dekanı Prof.Dr.Kerim Banar və onun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisini ziyarət ediblər. Qonaqları qəbul edən ATİB sədri Cemal Yangın  ATİB-in  fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verdi.

Görüşdə Cemal Yangın bildirdi ki, ATİB  Anadolu Universiteti Azərbaycan Proqramlarının rəsmi kordinatoru  olaraq daim fəaliyyətinə dəstək verməyə hazırdır. Türkiyənin Anadolu Universitetinin AOF dekanı Prof.Dr.Kerim Banar qəbula görə ATİB sədrinə minnətdarlığını bildirdi. Görüşün sonunda xatirə fotosu çəkildi.

 

Türkiyənin Anadolu Universitetinin AOF dekanı ATİB ofisində olub