Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabana ziyarət


ATİB sədrinin müavini Mürsəl Rüstəmovun sədrliyi ilə ATİB İdarə heyəti, üzvlər və katiblik Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar İkinci Fəxri xiyabanı ziyarət ediblər.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan Vətən övladlarının xatirəsi yad edilib və ruhlarına dualar oxunub, məzarları ziyarət edilərək üzərlərinə gül dəstələri düzülüb.