Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən İşgüzar nahar keçirildi


14 dekabr 2022-ci ildə ATİB üzvü olan Hyatt Regency Baku otelinin Hyatt Hall zalında Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri dosent.doktor cənab Cahit Bağcının himayəsində Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) tərəfindən İşgüzar nahar keçirildi.
İşgüzar naharımızda Biznes mühitinin yaxşılaşdırılması məqsədilə rəqabət siyasəti, dövlət satınalmaları, keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrində yeniliklər və gözlənilən inkişaf perspektivləri və s. barədə ATİB üzvlərini məlumatlandırmaq məqsədilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi cənab Məmməd Abbasbəyli çıxış etdi. O, iş adamlarına Dövlət Xidməti və onun tabeliyində olan qurumların fəaliyyət istiqamətləri, əldə olunan nəticələr, rəqabət siyasəti, dövlət satınalmaları, keyfiyyət təminatı və istehlakçı məmnuniyyəti sahələrində yeniliklər barədə məlumat verdi.
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri dosent.doktor cənab Cahit Bağcı digər sferalarda olduğu kimi, biznes sahəsində də qardaş ölkələrin sıx əməkdaşlığını yüksək qiymətləndirib.
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Cemal Yangın dövlət-özəl tərəfdaşlığının önəmindən danışıb, dayanıqlı iqtisadi inkişafın təmin edilməsində biznes subyektlərinin rolunu vurğulayıb.
Naharda ATİB üzvləri olan “REFERANS PHARMACEUTICALS” MMC, “Bayramlı Group” və “Retailor” MMC şirkətləri təqdimatlarını nümayiş etdirdilər. Çıxışçılara plaketlər təqdim olundu.