ATİB Üzvləri "BAKUBUİLD-2014" 20-Cİ Beynəlxalq İnşaat sərgisində iştirak etdilər

Oktyabrın 22-dən 25-dək "BakuBuild-2014” 20-ci Azərbaycan Beynəlxalq İnşaat  Sərgisində ATİB üzvü İlham Alməmmədovun  rəhbərlik etdiyi "Behrud" şirkəti iştirak edib. Sərgidə "Behrud" şirkəti şirkəti Avropa istehsalı olan tikinti avadanlıqlarını təqdim edib. Bunlar dam örtükləri, qapı-pəncərə sistemləri və pilləkənlərdir.

İnsanların fərdi və kollektiv şəkildə çalışdıqları məkanlara ən münasib mebellər təqdim edən "Zivella" "BakuBuild-2014” sərgisində öz stendi ilə müştərilərin zövqünü oxşayıb . "Zivella" müştərilərinin istək və ehtiyaclarını qarşılayacaq dizaynı, gözəlliyi və keyfiyyəti bir araya gətirən gənc, həssas və daima öyrənən bir şirkətdir.

"Network Global Logistik" şirkəti uzun illərin təcrübəsinə əsaslanan ağır yüklərin daşınması üzrə fəaliyyətini sərgi iştirakçılarına təqdim edib. "Network Global Logistik" şirkəti quru yol, dəniz yolu, dəmir yolu və hava yolu daşımalarında dünya daxilində agentlik şəbəkəsi sayəsində müştərilərinin bütün ehtiyaclarına son təchizatlı avadanlığı ilə xidmət verərək loqistika sektorundakı ciddi məsuliyyətləri daşımaqdadır

Digər ATİB üzvü "Borusan MAKİNA Servis ve Ticaret" A.S şirkəti "BakuBuild-2014” 20-ci Azərbaycan Beynəlxalq İnşaat  Sərgisində iştirak edib. Ümumi İnşaat, İnfrastruktur və Mədənçilik kimi sektorlarda istifadə edilən texnikanın satışı və ona xidmətini təklif edən "Borusan MAKİNA Servis ve Ticaret" A.S-nin stendi böyük maraqla qarşılanıb.

Türkiyənin "Turkuaz” şirkətlər qrupunun tərkibinə daxil olan "Turkuaz Machinery” şirkətinin stendi də sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb. "Turkuaz Machinery” şirkəti inşaat və neft-mədən sənayelərində istifadə olunan Yaponiyanın "Hitachi” markalı xüsusi texnikasının satışı ilə məşğuldur. Şirkət avadanlıq və xidmətlərin tam çeşidini təklif etməklə, marketinq və xidmət sahələrində də yüksək səviyyəyə nail olmuşdur.