“Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüş


İyulun 14-də Ali Məhkəmə tərəfindən “Femida Dialoq Platforması” çərçivəsində sahibkarlarla görüş keçirildi.
Görüşdə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov və Vəkillər Kollegiyasının sədri Anar Bağırov, sahibkarlar iştirak etdilər.
Tədbirdə ATİB-i sədr müavini Mürsəl Rüstəmov təmsil etdi.
Ali Məhkəmənin sədri İnam Kərimov çıxış edərək bildirib ki, “Femida Dialoq Platforması”nın məqsədi hüquqşünaslar, vətəndaş cəmiyyəti institutları, sahibkarlar eləcə də digər sahələrdə fəaliyyət göstərən təşkilatlarla məhkəmə-hüquq sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, ortaya çıxan problemlərin həlli və ölkəmizdə bu sahədə aparılan islahatlara dəstək vermək məqsədilə müzakirələrin aparılmasıdır.




Массажистки Нижневартовска