“İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgisi


“İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgisində Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, investisiya qoyuluşunun təşviqi kimi məsələlər müzakirə edilib, yerli şirkətlərin məhsul və xidmətləri nümayiş olunub.
İstanbul şəhərində “İş dünyası - 100 ilin zirvəsi” biznes forum-sərgi keçirilib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) tərəfdaşlığı, KOB Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) və “MÜSİAD Azərbaycan”ın təşkilatçılığı ilə keçirilən tədbir Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə və Türkiyə Respublikasının 100 illiyinə həsr olunub.
Tədbirin məqsədi Azərbaycan və Türkiyənin KOB subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında təcrübə mübadiləsi, yerli şirkətlərin məhsul və xidmətlərinin tanıdılması ilə satış imkanlarının genişləndirilməsi, mövcud investisiya imkanlarının təqdim edilməsidir.
Panel müzakirələr formatında təşkil olunan tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın Azərbaycan-Türkiyə iqtisadi-ticarət əlaqələri, əməkdaşlıq perspektivləri, potensial investisiya imkanları barədə çıxış edib.
Sonra iştirakçılar tədbir çərçivəsində təşkil olunan sərgi ilə tanış olublar. Sərgidə kənd təsərrüfatı, İKT, tikinti və inşaat, xidmət, daşınmaz əmlak, turizm və hotelçilik, qida sənayesi, mebel istehsalı, reklam və poliqrafiya sahələrində fəaliyyət göstərən Azərbaycan və Türkiyə şirkətlərinin məhsul və xidmətləri nümayiş olunub.
Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib.




Проститутки Нижневартовска