ATİB sədrinin müavini Mürsəl Rüstəmov Retailor MMC şirkətinin ofisini ziyarət etdi


ATİB İdarə heyəti sədrinin müavini Mürsəl Rüstəmov üzv şirkətimiz olan Retailor MMC şirkətinin ofisini ziyarət etdi.
Şirkətin təsisçisi Ceyhun Tağıyevi Retailor MMC-nin fəaliyyətindən, gördüyü işlər haqqında geniş məlumat verdi.
Görüşdə üzvlər arasında əlaqələrin gücləndirilməsi üçün gələcək planlar və bu sahədə əməkdaşlıq imkanları haqqında müzakirələr aparıldı.
Şirkət 2015-ci ildə təsis olunub və rəqabət üstünlüyü yaratmaq istəyən şirkətlər üçün bazar məlumatlarını təqdim edir.
Retailor MMC Azərbaycan, Gürcüstan və Orta Asiya ölkələrində Coca-Cola, Colgate-Palmolive, Unilever, Nestle, Hennessy və s. dünya markalarına və yerli şirkətlərə aşağıda adı çəkilən istiqamətlərdə xidmət göstərir.
1. RETAIL AUDIT
Retail Audit marka, məhsul və kampaniyaların satış nöqtələrində hansı keyfiyyətdə icra olunduğunu ölçmək üçün istifadə olunan xidmətdir. Bu xidmət vasitəsi ilə partnyor şirkətlər satış komandasının sahədəki işini dəyərləndirmək üçün həm keyfiyyət, həm də kəmiyyət meyarları əldə edə bilir. Nümunə üçün aşağıdakı meyarları göstərmək olar:
* Məhsul çeşidlərinin rəfdə mövcudluğu
* Məhsul və ya marka üzrə rəf payı dinamikası
* Məhsul çeşidləri üzrə rəf qiymətlərinin analizi
* Məhsul çeşidləri üzrə SİT məlumatları
* Məhsul çeşidləri üzrə rəfdə FEFO tətbiqi
* Stend mövcudluğu və sayları
* Stendlər üzrə doluluq səviyyəsi
* Soyuducu və digər avadanlıqların mövcudluğu
* Planogram standardlarının tətbiqi
* Promo materialların mövcudluğu
* Rəqib fəaliyyətinin izlənməsi və s.
Hesabatlar http://www.crowdvalid.com sistemi üzərindən real vaxt rejimində və online təqdim edilir.
2. TEAM OUTSOURCING
Partnyor şirkətlər öz merçendayzinq və ya satış proseslərini Retailor MMC yə etibar edərək aşağıdakı üstünlükləri əldə edirlər.
* İnsan resursları, mühasibat və digər xərclərə qənaət imkanı
* Səmərəliliyin artırılması imkanı
* İşin əsas sahələrinə diqqəti artırmaq imkanı
* İnfrastruktur və texnologiyaya qənaət etmə imkanı
* Bacarıqlı insan resurslarına çıxış imkanı
* Daha sürətli və daha keyfiyyətli xidmət
3. RETAIL CENSUS
Retailor MMC peşəkar sahə müfəttişlər qrupu ilə pərakəndə satış nöqtələrinin siyahıyaalınmasını həyata keçirir. Aşağıda sadalanan, lakin bunlarla məhdudlaşmayan məlumatların toplanması yolu ilə partnyor şirkətlər öz müştəri məlumat bazasını yaradır və ya yeniləyirlər.
* ünvan (bölgə / şəhər / rayon / küçə)
* coğrafi yer (enlik və uzunluq)
* xarici və daxili şəkillər
* xarici və hüquqi ad
* ticarət və ümumi sahə ölçüsü
* kassa çıxışlarının sayı
* park sahəsinin tutumu
* məsul şəxsin adı
* məsul şəxs əlaqə telefonu
* məsul şəxsin elektron poçt ünvanı və s.




индивидуалки Нижневартовска