ATİB sədrinin müavini Mürsəl Rüstəmov Bakı Konsaltinq Qrupu (BACG) ziyarət etdi
10 iyul 2023-cü ildə ATİB İdarə heyəti sədrinin müavini Mürsəl Rüstəmov üzv şirkətimiz olan Bakı Konsaltinq Qrup (BACG) ofisini ziyarət etdi.
Şirkətin direktoru Dadaş Əlişov ilə əməkdaşlıq əlaqələri müzakirə edilərək, fəaliyyət sahəsinin daha da genişləndirilməsindən bəhs edildi.
Bakı Konsaltinq Qrup (BACG) 2011-ci ildə təsis olunan konsultasiya şirkəti olmaqla 10 ildən çoxdur ki, peşəkar işçi heyəti ilə yerli və beynəlxalq müştərilərə Azərbaycan Respublikasında hüquq, vergi, mühasibatliq və layihə idarəetməsi (ölkədaxili mühəndis dəstəyi) üzrə məsləhət xidmətləri təklif etməkdədir. Şirkətin müştəri bazasına əsas etibarilə beynəlxalq korporasiyalar, onların Azərbaycan Respublikasındaki filial və nümayəndəlikləri, xarici QHT-lər, səfirliklər, eləcə də enerji, bank, İT, mühəndislik və mülki tikinti, nəqliyyat, təhsil və nəşriyyat, reklam və.s biznes sektorlarına aid yerli şirkətlər daxildir.
BACG-nin məsləhət xidmətləri hüquq, maliyyə (vergi) və ölkədaxili mühəndis dəstəyi və təminat istiqamətlərini əhatə etməkdədir. Şirkətin əsas fəaliyyət istiqamətlərindən biri kimi hüquqi məsləhət xidmətlərinə əsas etibarilə beynəlxalq xüsusi hüquq, mülki hüquq (müqavilələr, hüquqi şəxslər, mülkiyyət, ƏMH-ları, vərəsəlik, qiymətli kağızlar və.s), əmək, sosial təminat & miqrasiya hüququ, cinayət & inzibati hüquq, neft və qaz hüququ (HPB sazişləri, təsis, birgə ortaqlıq, texniki xidmət və.s müqavilələr), vergi (maliyyə) hüququ, bank hüququ, prosessual hüquq, mübahisələrin alternativ həlli & məhkəmə prosesi, ailə hüququ, gömrük hüququ, məlumatların təhlükəsizliyi və mühafizəsi, tikinti və icazələr (lisenziyalar) alınması daxildir.