AVİS Azərbaycan şirkətinə ziyarət


7 iyul 2023-cü ildə ATİB Sədrinin müavini Mürsəl Rüstəmov və İdarə heyətinin üzvü Kaya Karslı AVİS Azərbaycan şirkətinin ölkə üzrə meneceri Kerem Demiri ziyarət etdi.
Görüş zamanı üzv şirkətin qarşılaşdığı problemlər müzakirə olundu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrindən bəhs edildi.
1974-cü ildə AVIS Türkiyə ilk dəfə “Otokoc Otomotiv Tıc. ve San.A.S.” adı altında Koç Holdinqin törəmə şirkətlərindən biri kimi fəaliyyətə başlamışdır, Koç Holdinq uzun illər boyunca Türkiyənin ən böyük holdinqi kimi Fortune Qlobal 500-ün siyahısına düşmüşdür.Bu gün, uzun və qısa müddətli icarələrdə bazarın lideri olaraq 1000 ədəd nəqliyyat vasitəsilə Avis Azərbaycan Bakıda və regionda fəaliyyət göstərir. Avis Azərbaycan sizə istehsalçı zəmanəti, beynəlxalq sığorta şirkətinin zəmanəti ilə sığorta, səlahiyyətli texniki servis mərkəzlərində ödənişsiz texniki servis, istismarda olduğu müddətdə nəqliyyat vasitələrinin sərbəst daşınması xidməti ilə bərabər sizə yeni brend maşınlar təklif edir. Bu yolla 20 illik təcrübəsi çərçivəsində sizə təhlükəsizlik və məmnuniyyəti təqdim edir.