“Azərbaycan Milli Ordusu: dünən, bu gün, sabah” mövzusunda tədbir
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında 26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə “Azərbaycan Milli Ordusu: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib.
Tədbirdə ATİB Sədri Cemal Yangın iştirak edib.
Mərkəzi Elmi Kitabxananın, “Şərq” qəzetinin və Azərbaycan Türk Ocaqlarının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə millət vəkilləri, alimlər, şəhid ailə üzvləri, qazilər və mətbuat nümayəndələri iştirak ediblər.
Azərbaycan-Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sədri Camal Yangın, II Qarabağ müharibəsinin qazisi Rəşad Əmənov, şəhid Sübhan Əbdürrəhmanlının anası Mehriban xanım, tarix elmləri doktoru Faiq Ələkbərli, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov mövzu ətrafında öz fikirləri ilə bölüşüblər.