Gebze Organize Sanayi Bölgesi (GOSB) Teknopark A.Ş. ATİB ofisində
Türkiyə Cümhuriyyəti Ticarət Nazirliyi “Daxili Sənaye 4.0 İxrac və Beynəlxalq Rəqabət Qabiliyyətinin Təkmilləşdirilməsi (UR-GE)” Proqramı çərçivəsində 18.URGE.045 kodlu layihəni həyata keçirən Gebze Organize Sanayi Bölgesi (GOSB) Teknopark A.Ş. 23 iyun 2023-cü il tarixində Azərbaycana səfər çərçivəsində ATİB ofisini ziyarət etdi.
Görüş zamanı ATİB sədri Cemal Yangın fəaliyyət istiqamətləri barədə geniş məlumat verdi.