Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumu keçirilib


Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AzPROMO) və digər müvafiq dövlət qurumlarının dəstəyi ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən təşkil edilmiş tədbir Naxçıvan MR-in yaradılmasının 90 illik yubileyinə həsr olunub.

Tədbirdə ATİB-i İdarə Heyətinin Sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumunda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistandan olan ticarət-sənaye palatalarının, sahibkarlar birliklərinin rəhbərləri, 75 xarici şirkətin təmsilçisi və özəl sektorun nümayəndələri, eləcə də Azərbaycanın dövlət rəsmiləri və 120-dən çox yerli sahibkar iştirak edib.

Tədbir çərçivəsində Türkiyə Qida Konfederasiyasının prezidenti Hakan Yüksəl "Regionda ərzaq təhlükəsizliyi çağırışıları fövqündə regional aqrar inteqrasiya layihələri haqqında” təqdimatla çıxış edib. Forum zamanı Azərbaycan (AzPROMO), Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəflərinin də təqdimatları keçirilib. 

Sonra Türkdilli Dövlətlərin Biznes Şurasının 3-cü toplantısı keçirilib və iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub.

Daha sonra tədbir iştirakçıları Naxçıvan Muxtar Respublikasında bir sıra sənaye-istehsal müəssisələrinin - "Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” MMC, "Dizayn Sənaye Kompleksi” MMC (penoplast və profil istehsalı), "Gəmiqaya Mineral Sular” MMC, "Cahan” AVM-in fəaliyyəti ilə tanış olublar.

Tədbir konsert proqramı ilə başa çatıb.

Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumu keçirilib

 

Naxçıvanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 3-cü biznes forumu keçirilib