ATİB “BAKUBUİLD-2014” sərgisində iştirak etdi


Oktyabrın 22-dən 25-dək "BakuBuild-2014” 20-ci Azərbaycan Beynəlxalq İnşaat sərgisi keçirilib. Birliyimizin üzvü İteca Caspian şirkətinin təşkil etdiyi bu sərgiyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) öz stendi ilə qatılıb. ATİB eyni zamanda bu sərginin informasiya tərəfdaşı olub.

ATİB-in stendi sərgi boyu ziyarətçilərin və sərgidə iştirak edən şirkətlərin böyük marağına səbəb oldu. Ziyarətçilərə ATİB-in fəaliyyətləri, həyata keçirdiyi layihələr barədə məlumat verildi, nəşrlər təqdim olundu.

Sərgidə stendi ilə iştirak etməklə ATİB biznes mühitində yeni əlaqələrin, ünsiyyət və münasibətlərin qurulması üçün imkanlarını nümayiş etdirir. ATİB stendini İdarə Heyətinin üzvü Qabil Murtuzov, ATİB üzvü, "Zivella" şirkətinin meneceri Muhterem Öz, "İstanbul Reklam Market” şirkətinin rəhbəri Kaya Karslı ziyarət etdilər.

Sərgi zamanı ATİB ziyarətçilərə təşkilat haqqında geniş məlumat verərək, nəşrlərini ("Ecovision" jurnalı, iqtisadiyyatın müxtəlif sektorları üzrə araşdırmalar) təqdim edib.

Oktyabrın 25-dək davam edən sərgi zamanı ATİB ziyartəçilərə təşkilat haqqında geniş məlumat verərək, nəşrlərini təqdim edib.

 

ATİB “BAKUBUİLD-2014” sərgisində iştirak etdi