“Rolls-Royce” avtomobil şirkəti Bakıda ilk rəsmi salonunu açıb

Məşhur "Rolls-Royce" avtomobil markası Qafqaz regionunda ilk rəsmi salonunu Azərbaycanda açıb. Bakıda açılan avtosalon "Rolls-Royce Motor Cars" şirkətinin Azərbaycanda rəsmi dileri və nümayəndəsi ATİB üzvü olan "İmprotex Motors" MMC-nin rəhbərliyi ilə fəaliyyət göstərəcək.

Açılışda ATİB-i İdarə Heyətinin Sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Oktyabrın 28-də keçirilən açılış mərasimində çıxış edən "Rolls-Royce Motor Cars" şirkətinin baş icraçı direktoru Torsten Müller-Ötvös bildirdi ki, şirkət biznesini əsasən inkişaf edən bazarlarda qurur. Bakı kimi böyük potensiala malik şəhərdə yeni avtosalonun açılması bu baxımdan tamamilə məntiqlidir. 

ATİB üzvü olan "Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov diqqətə çatdırdı ki, indiyədək heç bir "Rolls-Royce” sahibi öz avtomobilindən narazı qalmayıb. Məhz bu səbəbdən şirkət Azərbaycanda superlüks etalonunu müəyyən etməyi planlaşdırır.

Qeyd edək ki, paytaxtın Ə.Əlizadə küçəsi, 5 ünvanında yerləşən "Rolls-Royce Motor Cars Baku” salonunda 2014-cü ilin "Ghost 2”, "Wraith 2”, "Phantom 2” avtomobilləri nümayiş olunur. Burada ziyarətçilərə xüsusi "Bespoke” xidməti də təklif edilir. Müştərilər bu proqram çərçivəsində öz fərdi "Rolls-Royce” avtomobillərini sifariş edə biləcəklər. Proqram 44 mindən artıq rəng palitrası və geniş dəri spektrinə malikdir.

Qeyd edək ki, paytaxtın Ə.Əlizadə küçəsi, 5 ünvanında yerləşən "Rolls-Royce Motor Cars Baku" salonunda 2014-cü ilin "Ghost 2", "Wraith 2", "Phantom 2" avtomobilləri nümayiş olunur. Burada ziyarətçilərə xüsusi "Bespoke" xidməti də təklif edilir. Müştərilər bu proqram çərçivəsində öz fərdi "Rolls-Royce" avtomobillərini sifariş edə biləcəklər. Proqram 44 mindən artıq rəng palitrası və geniş dəri spektrinə malikdir.