ATİB İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov ASK-da Assosiasiya və İctimai Birliklərin fəaliyyəti barədə müzakirədə iştirak edib

16 Mart 2015-ci ildə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov ASK-da Assosiasiya və İctimai Birliklərin fəaliyyəti barədə müzakirədə iştirak etdi.

Qonaqları qarşılıqlı əməkdaşlığa dəvət edən, sahibkar hökumət münasibətlərindən söhbət açan Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev assosiasiya və ictimai birliklərin fəaliyyətini təhlil edib. O bildirib ki, ölkədə dövlət qeydiyyatından keçən 100-ə yaxın iqtisadi yönümlü ictimai birliklərin olmasına baxmayaraq, hələ də onların birgə fəaliyyəti qənaətbəxş səviyyədə deyil.

ASK-nın Baş katibi Natəvan Məmmədova isə qeyd edib ki, ölkədə hələ də elə sahələr var ki, orda müəyyən boşluqlar var. Bu gün qeyri neft sektorunun inkişafı istiqamətində daha böyük investisiyalar cəlb etmək, Avropa bazarına çıxmaq məqsədilə iş adamlarının bir assosiasiya ətrafında birləşməsi zəruri hal hesab olunur. Belə ki, eyni istiqamətdə fəaliyyət göstərən sahibkarların birləşərək, yeni sahəvi assosiasiyalar yaratmasına ehtiyacı yaranıb. Bu gün sahibkarların qarşılaşdığı bir sıra problemlər- əmək miqrantlarının işə cəlb edilməsi, kənd təsərrüfatı sahəsində fermerlərin maliyyə çıxışı zamanı qarşılaşdığı maneələr və s. kimi məsələlər komissiyaların və onların inkişafına dəstək verəcək ictimai birliklərin köməyi ilə həll edilə bilər. N.Məmmədova bu yöndə olan tələb və təklifin aşağıdan formalaşıb, yuxarı qurumlara təqdim olunmasını daha məqsədəuyğun hesab edib.

Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti sədrinin müavini Mürsəl Rüstəmov ATİB fəalliyəti və üzvlərin fəaliyyəti barədə məlumat verib, komissiyaların idarə edilməsi sahəsində təcrübələrini qonaqlarla bölüşüb.