TÜRKİYƏ SƏFİRLİYİNİN MƏTBUAT MÜŞAVİRİ ATİB-İ ZİYARƏT ETDİ


18 dekabr 2014-cü ildə Türkiyə səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz ATİB ofisini ziyarət etdi. Müşaviri ATİB İdarə Heyətinin sədri Cemal Yangın qəbul etdi.

Səmimi qəbula görə təşəkkür edən mətbuat müşaviri Hamit Karadeniz bildirdi ki, səfərinin məqsədi tanışlıq xarakteri daşıyır. O eyni zamanda qeyd etdi ki, ATİB fəaliyyətləri barədə məlumatlıdır və təşkilatı daha yaxından tanımaqdan məmnunluq duyur.

ATİB sədri ziyarət üçün təşəkkürlərini çatdırdı. Təşkilat barədə məlumat verən Cemal Yangın bildirdi ki, ATİB iki qardaş ölkə arasında münasibətlərin, o cümlədən işgüzar münasibətlərin inkişafına müstəsna töfhələr verib.

Qeyd olundu ki, Türkiyə təcrübəsi müstəqil Azərbaycan üçün mühümdür və bu mənada həmin təcrübənin gətirilməsində türk iş adamları əhəmiyyətli rol oynayır.

Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı əməkdaşlıq imkanları ətraflı müzakirə olundu.