TEAS Bakıda kitab təqdimatı keçirtdi


15 sentyabrda Bakıda Böyük Britaniyanın müdafiə üzrə sabiq dövlət katibi Liam Foksun "Şahə qalxan dalğalar. Yeni qlobal çağırışlar ilə üz-üzə" kitabının təqdimatı keçirilib. Tədbirdə qeyd olunub ki, kitab «TEAS Press» Nəşriyyat Evi tərəfindən tərcümə edilərək çap olunub. Kitab Nəşriyyatın ingilis dilindən tərcümə edilmiş ilk nəşridir. L.  Foks Böyük Britaniya parlamentinin üzvü, müdafiə məsələləri üzrə keçmiş dövlət katibidir. Avropa Azərbaycan Cəmiyyəti (TEAS) tərəfindən təşkil olunmuş təqdimat mərasimində müəlliflə yanaşı Azərbaycan millət vəkilləri, hökumət, ictimaiyyət və media nümayəndələri iştirak ediblər. ATİB-i təqdimat mərasimində təşkilatın eksperti Kənan Aslanlı təmsil edib.