Türkiyə Respublikasının yaranmasının 99-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib


29 oktyabr 2022-ci ildə Türkiyə Respublikasının yaranmasının 99-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib. Tədbirdə ATİB İdarə heyəti, üzvlər, Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyənin Azərbaycandakı səfiri doç. dr. Cahit Bağçı, hərbi prokuror Xanlar Vəliyev, Milli Məclis sədrinin müavinləri və deputatları, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri rəsmi qəbulda iştirak ediblər.
Türkiyənin ölkəmizdəki səfirliyi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən səfir doç. dr. Cahit Bağcı bildirib ki, bölgədə yaşanan hadisələr Türkiyə və Azərbaycanın rolunu və önəmini bir daha artırıb:
“Qlobal qida böhranına çarə olan Türkiyə Azərbaycanla birlikdə enerji problemini də birlikdə həll edəcək. Ölkələrimiz Avropanın dəyişən təhlükəsizlik və enerji məsələlirinin həllində mühüm rola malikdirlər”.