Anadolu Universiteti ”Azərbaycan Programları” tələbələrinə tələbə biletləri təqdim edildi

15 dekabr 2014-cü il tarixində Türkiyənin Anadolu Dövlət Universitetinin qəbul imtahanlarında müvəffəqiyyət qazanaraq Universitetin tələbəsi olmağa layiq olan gənclərə tələbə biletlərinin təqdimetmə mərasimi keçirilirdi.

Gəncləri və onların valideynlərini təbrik etmək üçün təşkil olunmuş tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Anadolu Dövlət Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan, Azərbaycan-Türkiyə İşadamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yangın, Anadolu Dövlət Universiteti "Azerbaycan Proqramları" koordinatoru Azər Hətəmov, Səfirliyin Təhsil Müşaviri Abdulqafur Büyükfırat, Türkiyə səfirliyinin digər müşavirləri, həmçinin qonaqlar, valideynlər, tələbələr də iştirak edirdilər.

Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan ATİB ofisində qonaq oldu

15 dekabr 2014-cü ildə Azərbaycanda səfərdə olan Anadolu Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan ATİB ofisində qonaq oldu.

Görüşdə İdarə Heyətinin sədri Cemal Yangın, İdarə Heyəti sədrinin müavini Mehmet Sami Acarözmen, İdarə Heyətinin üzvü Aydın Məmmədov və Anadolu Universiteti Azərbaycan Proqramları koordinatoru cənab Azər Hətəmov iştirak edirdilər.

Qonağı salamlayan Cemal Yangın ATİB və fəaliyyətləri haqqında geniş məlumat verdi.

ATİB nümayəndələri Heydər Əliyevin məzarını ziyarət edib

12 dekabr 2014-cü il tarixində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə ATİB İdarə heyəti sədri Cemal Yangının rəhbərliyi altında ATİB İdarə Heyəti, ATİB üzvləri və  ATİB katibliyi Fəxri Xiyabanda Ümumilli Liderin məzarını ziyarət edib. Heydər Əliyevin məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub. ATİB Heyəti sonra akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

ATİB sədri “Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” fotosərgisinin açılışında iştirak edib

Dekabrın 11-də Bakıdakı Muzey Mərkəzində Türkiyənin Anadolu Agentliyinin və Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) arxivlərində ulu öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyəti ilə bağlı qorunub saxlanılan fotoşəkillərdən ibarət "Heydər Əliyev Anadolu Agentliyinin və AzərTAc-ın obyektivlərində” adlı fotosərgi açılıb.

 

Sərgidə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Cemal Yangın və sədr müavini Mehmet Sami Acarözmen iştirak edib.

Ulu öndər Heydər Əliyevin vəfatının 11-ci ildönümünə həsr edilən sərgi Anadolu Agentliyinin və AzərTAc-ın təşkilatçılığı, Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.

Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun Azərbaycan Türkiyə İşadamları Birliyinin koordinatoru olduğu Anadolu Universitetində Azərbaycandan distant təhsil alan bir qrup tələbə ilə görüşüb

Dekabrın 10-da Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Alper Coşkun Azərbaycan Türkiyə İşadamları Birliyinin koordinatoru olduğu Anadolu Universitetində Azərbaycandan distant təhsil alan bir qrup tələbə ilə görüşüb. Görüşdə ATİB İdarə Heyətinin sədri Cemal Yangın da iştirak edib.

ADİU ilə ATİB arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Dekabrın 10-da Azərbaycan Dövlət İqtisad Universiteti ilə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilənin məqsədi ATİB-in dəstəyi ilə universitet tələbələrinin yüksək ixtisaslı peşəkar kadr kimi yetişməsinə şərait yaratmaqdır.

Tədbirdə ATİB Üzvləri, İş Adamları, Türkiyənin Azərbaycandakı səfirliyinin müşavirləri və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllim və tələbə heyəti iştirak edib.

ATİB ilə Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

9 dekabr 2014-cü ildə Bakıda Caspian European Club-un təşkilatçılığı və maliyyə naziri Samir Şərifovun iştirakı ilə biznes-forum keçirilib.

Forumda Azərbaycanın 2015-ci il üçün büdcə siyasəti, neftin qiymətinin kəskin düşməsinin büdcəyə təsiri, Azərbaycanın dövlət maliyyəsinin idarə edilməsi məsələləri müzakirə olunub

Bakıda filosof alim Bakuvinin xatirəsi yad olunub

5 dekabr 2014-cü ildə Bakıda Azərbaycanın tanınmış filosof alim və şairlərindən biri, xəlvətilik təriqətinin ikinci qurucusu olan Seyid Yəhya Bakuvinin xatirəsi yad olunub.

Türkiyə Nazirlər Kabineti Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi Başqanlığının (TİKA) və Beynəlxalq İnkişaf və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən simpoziumda Bakuvinin keçdiyi həyat yoluna, onun ədəbi irsinə nəzər salınıb. Çıxışçılar dahi filosofu "Azərbaycandan dünyaya doğan günəş" adlandırıblar.

ATİB İdarə Heyətinin üzvü "Paşa Həyat Sığorta" ASC-nin dəstəyi ilə "Təbrizin sehirli nağılları" kitabının təqdimat mərasimində iştirak edib

5 dekabr 2014-cü ildə ATİB İdarə Heyətinin üzvü "Paşa Həyat Sığorta" ASC-nin dəstəyi ilə "Təbrizin sehirli nağılları" kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və başqaları iştirak edib.

Tədbirdə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti sədri Cemal Yangının başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.