ÇANAQQALA ŞƏHİDLƏRİNİN ANIM GÜNÜ İLƏ ƏLAQƏDAR BAKIDAKI TÜRK ŞƏHİDLİYİNDƏ MƏRASİM KEÇİRİLDİ
18 mart 2015-ci ildə Çanaqqala şəhidlərinin anım günü ilə əlaqədar Bakıdakı Türk Şəhidliyində mərasim təşkil edildi.
Əklil qoyma mərasimində Azərbaycan Türkiyə İş Adamları Birliyi
(ATİB) İdarə Heyəti sədrinin müavini Cem Becel, ATİB İdarə heyəti
üzvləri Kaya Karslı, Aydın Məmmədov, Rafiq Qarayev və ATİB Katibliyi
nümayəndələri iştirak etdilər.
Türkiyə Cumhuriyyəti və
Azərbaycan Respublikasının himnləri səsləndikdən sonra, tədbir
iştirakçıları Türk şəhidlərinin məzarlarını ziyarət edib, abidə
kompleksinə çələng qoyublar. Daha sonra mərasim iştirakçıları Şəhidlər
Xiyabanında azərbaycanlı şəhidlərin məzarını ziyarət edib, Əbədi Məşəl
Kompleksi önünə əklil qoyublar.