ATİB İdarə Heyəti "Səhnədəki Türkiyə" adlı konsert proqramında iştirak edib
Türkiyənin məşhur sənətçilərindən Hüsnü Şənləndirici və Bürhan Öçal öz ifaları ilə qonaqlara xoş istirahətlər bəxş etdilər
Türkiyənin məşhur sənətçilərindən Hüsnü Şənləndirici və Bürhan Öçal öz ifaları ilə qonaqlara xoş istirahətlər bəxş etdilər
"Türk Dünyası Koordinasiya Mərkəzi Layihəsi” əhatəsində Eskişehir Vali köməkçisi Ali Çetinin sədrlik etdiyi heyət Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisini ziyarət etdi.
Filmin ssenarisi Çanaqqala savaşından dövrümüzə gəlib çatan bir məktubun əsasında hazırlanıb. Əsas rollarda Tansel Öngel, Nəsrin Cavadzadə, Hüseyin Avni Danyal, Bülent Şakrak, Nərmin Hüseynova və Barbara Sotelsekin çəkildikləri ekran əsəri təyyarəçi Salih Ekrem ilə Nihal adlı tibb bacısının hekayətindən bəhs edir. Müharibənin ən çətin günlərində onlar Fuat adında kimsəsiz uşağı himayəyə götürürlər. "Kiçik qazi Fuat” ləqəbli bu uşaq Salih Yüzbaşı ilə tibb bacısı Nihalın arasındakı ülvi sevginin yeganə şahidi olur.
ATİB nümayəndə heyəti "Holiday İnn Baku” otelini (Marine Plaza MMC), "Zenit Tour” şirkətlərini ziyarət ediblər.
Azərbaycan Türkiyə İş Adamları
Birliyi Türkiyənin Azərbaycandakı Din müşaviri Sadık Eraslanın və Ticaret müşaviri
Hüseyn Necip Yavuzun səlahiyyət müddətinin başa çatması münasibətilə vida yeməyi
verib
2004-cü ildən fəaliyyətə başlayan Azərbaycan Türkiyə İş Adamları Birliyi üzv şirkətlər üçün yeni biznes imkanlarının yaradılması istiqamətində fəaliyyət göstərir və şirkətlərin biznesdə uğur qazanması üçün imkanları çərçivəsində hər cür dəstək verir. Məhz bu çalışma nəticəsində təşkilatla əməkdaşlıq etmək istəyən və özünü təşkilatın bir üzvü olaraq görən şirkətlərin sayı artır. ATİB yeni üzvlərini salamlayır və bundan sonra da üzvlərinin nailiyyətlərinin artırılması istiqamətində fəaliyyətlərini davam etdirəcəyini bildirir.
Aprelin 4-dən 6-dək "AITF 2015” 14-cü Azərbaycan Beynəlxalq "Turizm və Səyahətlər” və "Horex Caucasus 2015” 7-ci Qafqaz Beynəlxalq "Mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar” sərgisi keçirilib. Birliyimizin üzvü İteca Caspian şirkətinin təşkil etdiyi bu sərgiyə Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) öz stendi ilə qatılıb. ATİB eyni zamanda bu sərginin informasiya tərəfdaşı olub.
3 aprel 2015-ci ildə Azərbaycan Universiteti ilə Azərbaycan-Türkiyə İşadamları Birliyi (ATİB) arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb. Əməkdaşlıq ölkə iqtisadiyyatının dinamik inkişafına cavab verə bilən, rəqabətyönümlü mütəxəssislərin hazırlanması üçün imkan və şərait yaratmağa istiqamətlənib.
18 mart 2015-ci ildə Çanaqqala şəhidlərinin anım günü ilə əlaqədar Bakıdakı Türk Şəhidliyində mərasim təşkil edildi.
Əklil qoyma mərasimində Azərbaycan Türkiyə İş Adamları Birliyi
(ATİB) İdarə Heyəti sədrinin müavini Cem Becel, ATİB İdarə heyəti
üzvləri Kaya Karslı, Aydın Məmmədov, Rafiq Qarayev və ATİB Katibliyi
nümayəndələri iştirak etdilər.
Türkiyə Cumhuriyyəti və
Azərbaycan Respublikasının himnləri səsləndikdən sonra, tədbir
iştirakçıları Türk şəhidlərinin məzarlarını ziyarət edib, abidə
kompleksinə çələng qoyublar. Daha sonra mərasim iştirakçıları Şəhidlər
Xiyabanında azərbaycanlı şəhidlərin məzarını ziyarət edib, Əbədi Məşəl
Kompleksi önünə əklil qoyublar.