Tarix:15-12-2014, 00:00
15 dekabr 2014-cü il tarixində Türkiyənin Anadolu Dövlət
Universitetinin qəbul imtahanlarında müvəffəqiyyət qazanaraq
Universitetin tələbəsi olmağa layiq olan gənclərə tələbə biletlərinin
təqdimetmə mərasimi keçirilirdi.
Gəncləri və onların valideynlərini təbrik etmək üçün təşkil olunmuş
tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Alper Coşkun, Anadolu Dövlət
Universitetinin rektoru Prof. Dr. Naci Gündoğan, Azərbaycan-Türkiyə
İşadamları Birliyinin (ATİB) İdarə heyətinin sədri Cemal Yangın, Anadolu
Dövlət Universiteti "Azerbaycan Proqramları" koordinatoru Azər Hətəmov,
Səfirliyin Təhsil Müşaviri Abdulqafur Büyükfırat, Türkiyə səfirliyinin
digər müşavirləri, həmçinin qonaqlar, valideynlər, tələbələr də iştirak
edirdilər.