TƏMƏL DƏYƏRLƏR


liderlik: öz sahəsində lider olan bir təşkilat kimi mövqelərini qorumaq və daha da gücləndirmək;

müstəqillik: fəaliyyətində bütün maraq tərəflərinin ehtiyaclarını və maraqlarını nəzərə almaqla yanaşı, heç bir tərəfdən asılı olmamaq, müstəqil şəkildə öz strategiyasını və fəaliyyət planını müəyyənləşdirib icra etmək;

dürüstlük: xidmət benefisiarlarına və bütövlükdə cəmiyyətə qarşı dürüst davranmaqla öz müsbət reputasiyasını daim qorumaq;

ədalətlilik: baş verən hadisələrə münasibətdə və işçi heyəti ilə qarşılıqlı fəaliyyətdə bərabərlik və obyektivliyə nail olub məsuliyyət və səlahiyyətin optimal nisbətini tapmaq;

innovativlik: resurslardan istifadənin və fəaliyyətin səmərəliliyini artırmaq üçün daim yenilikləri öyrənmək və tətbiq etmək;

açıqlıq: yerli, regional və qlobal təşəbbüslərə çevik qoşulma, müxtəlifliklərə və fərqli münasibətlərə dözümlü yanaşma.