earth-for-language az
Qeydiyyat
Qeydiyyat

28 Aprel – Rəqəmsallaşma və Süni İntellektin İş Yerlərinə Təsiri Konfransı

28-aprel-reqemsallasma-ve-suni-intellektin-is-yerlerine-tesiri-konfransi-1

28 Aprel 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən “Rəqəmsallaşma və Süni İntellektin İş Yerlərinə Təsiri” mövzusunda konfrans keçirildi. Tədbir Ümumdünya Əməyin Mühafizəsi Gününə və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunmuşdur. Tədbirdə millət vəkilləri, dövlət və özəl sektor nümayəndələri, beynəlxalq təşkilatlar və iş adamları iştirak etdilər. Konfransda “Əməyin mühafizəsi”, “Layiqli Əmək”, “AHİK Plus” layihələri təqdim olundu, musiqi proqramı keçirildi və müsabiqə qalibləri mükafatlandırıldı.

Paylaş
Baxış sayı:
Baxış sayı
107
Tarix:
Tarix
28/04/2025
WhatsApp icon