Aprelin 29-da ATİB və ATİAHİ-nin təşkilatçılığı ilə təhsil, təlim və konsaltinq sahəsində xidmət göstərən özəl müəssisələr üçün məlumatlandırma görüşü keçirilib. Görüşdə ATİB İdarə Heyətinin üzvü Nigar Ələsgərova, ATİAHİ sədr müavini Tehranağa Abdullayev və digər nümayəndələr iştirak ediblər. Tədbirdə təhsil işçilərinin hüquqları, ictimai dəstək və əməkdaşlıq məsələləri müzakirə olunub.