earth-for-language az
Qeydiyyat
Qeydiyyat

29 aprel 2025-ci il tarixində “Biznes-Hüquq Dialoqu” layihəsi çərçivəsində ilk görüş keçirildi

29-aprel-2025-ci-il-tarixinde-biznes-huquq-dialoqu-layihesi-cercivesinde-ilk-gorus-kecirildi-1
29-aprel-2025-ci-il-tarixinde-biznes-huquq-dialoqu-layihesi-cercivesinde-ilk-gorus-kecirildi-2
29-aprel-2025-ci-il-tarixinde-biznes-huquq-dialoqu-layihesi-cercivesinde-ilk-gorus-kecirildi-3
29-aprel-2025-ci-il-tarixinde-biznes-huquq-dialoqu-layihesi-cercivesinde-ilk-gorus-kecirildi-4
29-aprel-2025-ci-il-tarixinde-biznes-huquq-dialoqu-layihesi-cercivesinde-ilk-gorus-kecirildi-5
29-aprel-2025-ci-il-tarixinde-biznes-huquq-dialoqu-layihesi-cercivesinde-ilk-gorus-kecirildi-6
29-aprel-2025-ci-il-tarixinde-biznes-huquq-dialoqu-layihesi-cercivesinde-ilk-gorus-kecirildi-7

29 aprel 2025-ci il tarixində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti, “Turan Legal and Tax Services” şirkəti və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşkilatçılığı ilə “Biznes-Hüquq Dialoqu” adlı yeni layihə çərçivəsində ilk görüş keçirilib. Layihənin əsas məqsədi ATİB üzvü olan şirkətlərin gündəlik fəaliyyətinə təsir edən hüquqi məsələlərin müəyyən olunması və bu məsələlərin interaktiv şəkildə müzakirəsidir. Görüşdə Dövlət Əmək Müfəttişliyi Xidmətinin məsul şəxsləri və hüquq mütəxəssisləri ATİB üzvlərinin suallarını cavablandırıblar. İştirakçılar bu platformaların işəgötürənlər üçün faydalı olduğunu vurğulayaraq, gələcəkdə bu formatda daha çox görüşlərin keçirilməsini arzuladıqlarını bildiriblər.

Paylaş
Baxış sayı:
Baxış sayı
111
Tarix:
Tarix
29/04/2025
WhatsApp icon