3 Mayda Heydər Əliyev Mərkəzində “Dildə, Fikirdə, Əməldə Birlik: Türk Dünyasının Gələcəyi” adlı panel iclası çərçivəsində türkdilli ölkələrin qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə dəyirmi masa keçirilib. Tədbiri Türkiyə Respublikası Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi təşkil edib.
Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) sədri Mürsəl Rüstəmov çıxışında türk birliyinin inkişafında QHT-lərin rolunu, ATİB-in bu sahədə gördüyü işləri və gələcək hədəfləri vurğulayıb. O, türk milli-mənəvi irsinin qorunması, ortaq sərmayə fondları, sənaye zonalarının yaradılması, gömrük sadələşdirmələri, gənclər hərəkatı, ortaq təhsil platformaları və yaşıl enerji layihələrinin təşviqinin əhəmiyyətini qeyd edib.