earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin 16 Yanvar 2025-ci ildə ilk iclası keçirilib

azerbaycan-turkiye-is-adamlari-birliyinin-2025-ci-ilde-ilk-iclasi-kecirilib-1

Yanvarın 16-da Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin 2025-ci ildə ilk iclası baş tutub.
İclasdan öncə İdarə Heyətinin cari və ehtiyat üzvləri ənənəyə uyğun olaraq Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər.
ATİB İdarə Heyətinin iclası Azərbaycanda ilk inklüziv kafe olan "Kaşalata" kafesində keçirilib. "Birgə və Sağlam" İctimai Birliyi tərəfindən yaradılan bu kafedə autizmli gənclər çalışır və onların cəmiyyətə qazandırılması hədəflənir.
"Birgə və Sağlam" İB-in sədri Aytən Qasımova-Eynalova ATİB üzvlərinə layihə barədə məlumat verib. İclasdan sonra kafenin baristası, autizmli gənc musiqiçi Əlisahib Bayramovun fortepiano ifası dinlənilib və xatirə fotoşəkli çəkilib.

Paylaş
Baxış sayı:
Baxış sayı
227
Tarix:
Tarix
16/01/2025
WhatsApp icon