earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Milli Aviasiya Akademiyasında “Mən burdayam” autizm festivalı keçirildi

milli-aviasiya-akademiyasinda-men-burdayam-autizm-festivali-kecirildi-1
milli-aviasiya-akademiyasinda-men-burdayam-autizm-festivali-kecirildi-2
milli-aviasiya-akademiyasinda-men-burdayam-autizm-festivali-kecirildi-3
milli-aviasiya-akademiyasinda-men-burdayam-autizm-festivali-kecirildi-4
milli-aviasiya-akademiyasinda-men-burdayam-autizm-festivali-kecirildi-5

Mayın 1-də Milli Aviasiya Akademiyasında autizmli uşaqlar üçün “Mən burdayam” mövzusunda festival keçirilib. İDDO Psixi Sağlamlıq Proqramı və Milli Aviasiya Akademiyasının təşkilatçılığı, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) maliyyə dəstəyi ilə həyata keçirilən tədbirdə dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, o cümlədən ATİB İdarə Heyətinin üzvləri Nigar Ələsgərova və Seymur Bünyadov iştirak ediblər.

Festivalın açılışında çıxış edənlər artıq 3 ildir ardıcıl olaraq keçirilən tədbirin autizmli uşaqların cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb, onların təhsili, məşğulluğu və asudə vaxtlarının təşkili sahəsində perspektivdə görüləcək işlərdən danışıblar.

Tədbir konsert proqramı ilə davam edib. Proqram zamanı həmçinin autizmli uşaqlar mahnı və rəqslərlə çıxış ediblər. Daha sonra iştirakçılar autizmli uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Tədbirin sonunda autizmli uşaqların cəmiyyətə inteqrasiyasında fəal iştirak edən şəxslərə təşəkkürnamələr təqdim olunub.

Paylaş
Baxış sayı:
Baxış sayı
97
Tarix:
Tarix
01/05/2025
WhatsApp icon