4 dekabr 2025ci il tarixinə Azərbaycan Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti Birliyin üzvü Hilton Baku Hotelini ziyarət edib.
Qonaqları Hotelin baş meneceri Erhan Gürsel və Satış direktoru Ülviyyə Əlizadə qəbul edib.
İlk olaraq ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov Hilton Baku Hotelinin Azərbaycanın turizm sektorunun inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək Şirkətin xidmət keyfiyyətinin artırılması, turizm infrastrukturunun təkmilləşdirilməsi və yerli əməkdaşlıq imkanlarının genişləndirilməsi sahəsində əhəmiyyətli rol oynadığını qeyd edib. Sədr "Hilton Baku"-nun vaxtaşırı qardaş ölkədən gələn iş adamları və sahibkar birliklərini qonaq etmək, eləcə də ikitərəfli və çoxtərəfli biznes görüşlərinə ev sahibliyi etməklə eyni zamanda Türkiyə və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafını dəstəklədiyini də nəzərə çatdırıb.
ATİB İdarə Heyətinin sədrinin dəyərli fikirlərini yüksək qiymətləndirdiyini bildirən Hotelin Baş Meneceri Erhan Gürsel Birliyin üzvləri sırasında olmaqdan böyük məmnunluğunu dilə gətiriib. Erhan Gürsel eyni zamanda Hilton Hotelinin gələcəkdə Azərbaycanın regional turizm potensialının inkişafına töhfə verəcək yeni layihələri həyata keçirməyi, həmçinin beynəlxalq təcrübə və innovasiyaları yerli turizm sektoruna inteqrasiya etməyi planlaşdırdığını qeyd edib.
Daha sonra Hoteldə baş tutan naharda Birliyin mövcud fəaliyyəti və perspektiv layihələr barədə fikir mübadiləsi aparılıb, o cümlədən qarşıda duran prioritetlər və birgə fəaliyyət istiqamətləri müzakirə olunub.