Qeydiyyat
earth-for-language az
Mustafa Kemal Ataturk

Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir!

Haydar-Aliyev
Azərbaycan-Türkiyə İş Adamları Birliyi

Azərbaycan-Türkiyə İş Adamları Birliyi

Istanbul reklam market
RISK Company
TEKFEN Inshaat
Absheron logistika
Agdam aqrar
AKOND
Altunay
AS INSHAAT
AU AZ PROGRAMLARI
AVIS
AY COMPANY
AYMAN LOGO
AZERSUN
azerbaycan investisiya shirketi
AZER TURK BANK
BAKCELL
BAZARSTORE
BLESS GROUP
BORUSAN
BRAND MEDIA
BUREAU
CASPIAN EXPRESS
CJ
COCA COLA
DELTA TELECOM
EJOT
EVRIKA
FCBART
TURAN LEGAL
GULTEKIN
GUVEN TOUR
HANOGLU
HILTON
HUNER GROUP
HYATT REGENCY
IBIS HOTEL
IGA
GEO PROJECT
166
IMPROTEX
BAYRAMLI GORUP
INPROCON
INTERTEK
ITECA
NORM BMS
KOLIN
KOSHEBASHI
KPMG
QALA HAYAT
QARANT INSHAAT
LB AUDIT
LEZIZ CATERING
ISTANBUL CARSHI
CDC
BETA TEA
LOYAL COMPANY
LUXE HOME
MATRIXPRO
MGM GROUP
NABUCCO
NAREKS
PASHA SIGORTA
PASHALIFE
PASHA BANK
AQUAVITA
PMD PROJECTS
POITIVE CONSULTING
REAL INSHAAT
SCHNEIDER
TONUBY GROUP
TURKISH AIRLINES HAVA
TURQUOISE
ULTRA TEHCNOLOGIES
UNITY
VEYSELOGLU
YAPI KREDI
ZIRAAT BANK
FX Energy MMC
PFM Catering
Seranit Azərbaycan MMC
Fikrət Ələsgərli və partnyorları gömrük və vergi məsələləri üzrə konsaltinq“ MMC
AY Company
Foto xalça
“İnsun” Yaşam Mərkəzi

Haqqımızda

Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) 2004-cü ilin aprel ayında 2002-ci ildə təsis edilmiş Türk İş Adamları Dərnəyinin hüquqi varisi kimi fəaliyyətə başlamışdır. İlk dönəmdə 38 üzvü olan ATİB bu gün özündə Azərbaycanda fəaliyyət göstərən 90-a yaxın türk və Azərbaycan şirkətini birləşdirir və bu say günbəgün artmaqdadır.

20 illik fəaliyyətimiz dövründə iki qardaş ölkənin nümayəndələri olan üzvlərimizin bizneslərini ayrı-seçkiliyə yol vermədən, bərabər imkanlar yaradaraq təşviq etmiş, onlarla hökumət və vətəndaş cəmiyyəti arasında körpü olmağa, hər iki ölkənin sosial, mədəni və iqtisadi inkişafına dəstək olmağa çalışmışıq. 

Ətraflı oxu

20+

İllik fəaliyyət

88+

Üzv sayı

200+

Müxtəlif tədbir

35+

Layihə
Türk Şəhidliyində Çanaqqala qurbanlarının xatirəsi anılıb, çələnglər qoyulub.
18/03/2025

Martın 18-də Bakıda Türk Şəhidliyində Çanaqqala Şəhidləri Günü və Çanaqqala Zəfərinin 110-cu ildönümü münasibətilə anım mərasimi keçirilib

Bakıda Türk Şəhidliyində Çanaqqala Şəhidləri Günü və Zəfərin 110-cu ildönümü münasibətilə anım mərasimi keçirilib. Mərasimdə Türkiyə və Azərbaycan nümayəndələri iştirak ediblər.

read more Ətraflı oxu
Azərbaycanlı və türk iş adamları, din xadimləri və ictimaiyyət nümayəndələri iftar süfrəsində bir araya gəlib.
18/03/2025

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvü “Türk Hava Yolları” Ramazan iftarı təşkil edib

“Türk Hava Yolları” Azərbaycan şirkəti Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil edib. Tədbirdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov da daxil olmaqla iş adamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

read more Ətraflı oxu
Tədbir iştirakçıları milli geyim və əl işləri sərgisində
14/03/2025

ATİB üzvü Evrika Liseyində “Böyük Turan: Türkün Səsi – Qardaşlıq Dastanı” tədbiri keçirildi

Martın 14-də ATİB üzvü Evrika Liseyində türk xalqlarının mədəniyyətini və milli-mənəvi dəyərlərini əks etdirən “Böyük Turan: Türkün Səsi – Qardaşlıq Dastanı” adlı tədbir keçirilib.

read more Ətraflı oxu
DTİK Azərbaycan nümayəndəsi Barış Altıparmakın ev sahibliyi etdiyi iftar süfrəsindən bir görüntü
13/03/2025

DTİK-nin Azərbaycan nümayəndəsi Barış Altıparmakın ev sahibliyi etdiyi iftar süfrəsi təşkil olunub

Martın 13-də Dünya Türk İş Konseyinin (DTİK) Azərbaycan nümayəndəsi Barış Altıparmak tərəfindən iftar süfrəsi təşkil olunub. Tədbirdə Azərbaycan və Türkiyənin tanınmış şəxsləri, o cümlədən Elm və Təhsil naziri Emin Əmrullayev, TBMM-nin sabiq sədri Bülent Arınç və ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov iştirak ediblər.

read more Ətraflı oxu
Oğuzda keçirilən konfrans iştirakçıları
13/03/2025

Oğuzda “Əmək münasibətləri və məşğulluq: müasir çağırışlar və rəqəmsal həllər” konfransı keçirildi

Martın 13-də Oğuzda əmək münasibətləri və məşğulluğa həsr olunmuş konfrans keçirilib. Tədbir çərçivəsində əmək yarmarkası təşkil olunub və sahibkarlarla dəyirmi masa keçirilib.

read more Ətraflı oxu
ATİB İşgüzar Qadınlar Klubunun 8 Mart görüşü "İnsun" Yaşam Mərkəzində baş tutdu
06/03/2025

ATİB İşgüzar Qadınlar Klubunun 8 Mart görüşü keçirildi

Martın 6-da "İnsun" Yaşam Mərkəzində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İşgüzar Qadınlar Klubunun 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr edilmiş görüşü baş tutub. "Stressin qadın həyatına təsiri" mövzusunda keçirilən görüşdə dövlət və özəl sektor nümayəndələri iştirak ediblər. Tədbirdə stressin insan sağlamlığına təsiri və onun azaldılması yolları müzakirə olunub.

read more Ətraflı oxu
email

Abunə ol, xəbərlərdən ilk sən xəbər al!

Bizim yeniliklər və xüsusi təkliflərimizdən birinci sən xəbərdar ol! Email ünvanınızı daxil edərək abunə olun və ən son xəbərlərdən xəbərdar olun.

Tez-tez verilən suallar

Birlik üzvlərinə nə vəd edir? down

Birlik üzvlərinə digər üzvlərlə daimi biznes əlaqələri, ATİB vasitəsilə dövlət və qeyri-hökumət təşkilatlarına çıxış imkanları, ATİB-in təşkil etdiyi və ya dəvət olunduğu yerli və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər barədə mütəmadi məlumatlandırma, üzvlərin bizneslərinin müxtəlif yollarla təşviqi və təbliğatı, bir sıra endirimlər və s. imtiyazlar təqdim edir. 

Birliyə üzvlüyün hansı dərəcələri var? down

Azərbaycan-Türkiyə İş Adamları Birliyi üzvlərinə 3 üzvlük dərəcəsi təsis etmişdir. Bü üzvlüklər bir-birindən üzvlər üçün təklif edilən imtiyazlar ilə fərqlənir: Standart, Gümüş və Qızıl üzvlük.

Birliyin üzvlüyünə qəbul olunma proseduru necədir? down

ATİB üzvlüyünə qəbul olunmaq üçün namizəd ərizə ilə Birliyə müraciət etməlidir. Ərizə İdarə heyəti tərəfindən dəyərləndirildikdən və müvafiq araşdırılma aparıldıqdan sonra namizədin üzvlüyə qəbulu barədə qərar qəbul edilir və ona bu barədə məlumat verilir. Qərar müsbət olduğu halda Tərəflər arasında Üzvlük müqaviləsi imzalanır.

Üzvlük haqqının ödənilməsi müddəti nə qədərdir? down

Üzvlər Üzvlük müqaviləsi imzalandıqdan sonra 10 iş günü ərzində üzvlük haqqını ödəməlidirlər.

Üzvlərin vəzifələri nələrdir? down

Üzvlər Azərbaycan Respublikasının qanunvericiliyi, ATİB Nizamnaməsinin və digər normativ aktların tələblərinə, o cümlədən Üzvlük müqaviləsinin şərtlərinə hörmət və qeyd-şərtsiz riayət etməli, Birliyin tələb etdiyi məlumat və arayışları vaxtında, düzgün və tam həcmdə təqdim etməli, ATİB-in fəaliyyəti ilə bağlı kommersiya sirri təşkil edən, eləcə də, digər məxfi məlumatları yaymamalı və üzvlük haqqını vaxtında və tam həcmdə ödəməlidirlər.

Tez-tez verilən suallar

Bizə müraciət et