earth-for-language az
Qeydiyyat
Qeydiyyat

ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov “Referans Medical Group” MMC-nin dəvəti ilə Referans Medical Group ilə Anadolu Sağlıq Mərkəzi Johns Hopkins arasında əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində iştirak edib.

atib-idare-heyetinin-sedri-mursel-rustemov-referans-medical-group-mmc-nin-deveti-ile-referans-medical-group-ile-anadolu-sagliq-merkezi-johns-hopkins-arasinda-emekdasliq-muqavilesinin-imzalanma-merasiminde-istirak-edib-1

17 noyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov "Referans Medical Group" MMC-in dəvəti ilə Referans Medical Group və Anadolu Sağlıq Mərkəzi Johns Hopkins arasında əməkdaşlıq müqaviləsinin imzalanması mərasimində iştirak edib.



Referans Medical Group Müşahidə Şurasının sədri Hansıyar Babayev və Anadolu Sağlıq Mərkəzi Johns Hopkinsin nümayəndəsi Fatih Bünül tərəfindən imzalanan müqaviləyə əsasən Referans Medical Group daxilində fəaliyyət göstərən Referans Hayat Hospitalda Anadolu Sağlıq Mərkəzi Johns Hopkins-in rəsmi nümayəndəliyi fəaliyyət göstərəcək.



Tədbirdə çıxış edən Fatih Bünül Türkiyə-Azərbaycan dostluğunun və iki ölkə arasında səhiyyə sahəsində birgə inkişafın vacibliyini vurğulayıb. O, “Referans Medical Group”un peşəkarlığını, innovativ yanaşmalarını və tibbi xidmətlərin inkişafına verdiyi töhfələri yüksək qiymətləndirərək, tədbirin uğurla təşkil olunmasına görə minnətdarlığını bildirib.



Həmçinin, əməkdaşlığa ixtisaslı həkimlərin cəlb olunması və vətəndaşlara daha əlçatan tibbi xidmətlərin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.



“Referans Medical Group”un Müşahidə Şurasının sədri Hansıyar Babayev ölkəmizdə müasir tibbi texnologiyaların tətbiqi, peşəkar kadrların hazırlanması və sağlamlıq turizminin inkişafı istiqamətində atılan addımların əhəmiyyətini vurğulayıb. Həmçinin bu cür beynəlxalq əməkdaşlıqların tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə töhfə verdiyini qeyd edib.



Bu əməkdaşlıq çərçivəsində pasiyentlər yüksək beynəlxalq standartlara cavab verən diaqnostika və müalicə xidmətlərinə yerli şəraitdə çıxış imkanına malik olacaqlar. Türkiyə və Amerika səhiyyə protokollarına əsaslanan müasir müalicə metodları, ixtisaslı həkim heyəti və qabaqcıl texnologiyalar artıq Referans Hayat Hospitalda əlçatandır.

Paylaş
Baxış sayı:
Baxış sayı
92
Tarix:
Tarix
17/11/2025
WhatsApp icon