16 yanvar 2026-cı il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin 2026-cı ildə ilk iclası baş tutub.
İclasdan əvvəl İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun başçılıq etdiyi nümayəndə heyəti ənənəyə uyğun olaraq Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanını və Xiyabanda yerləşən Türk Şəhidliyini ziyarət edib.