16 yanvar 2026-cı il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “Fotoxalça” şirkətini ziyarət edib.
Şirkətin ofisində keçirilən görüşdə “Fotoxalça” -nın direktoru Orxan Hüseynov, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvü Seymur Bünyatov və Katibliyin üzvləri iştirak ediblər.
Şirkətin direktoru Orxan Hüseynov 10 ildən artıqdır ki fəaliyyət göstərən “Fotoxalça” şirkətinin ən müasir texnologiyalarla xalça üzərinə ailə fotoları, portretlər və logolar toxumaqla hədiyyəlik məhsullar istehsal etdiyini bildirib. Direktor həmçinin Şirkətin illlər ərzində dövlət orqanları, qabaqcıl bank qurumları və özəl sektor subyektləri ilə əməkdaşlıqda korporativ layihələr icra etdiyini diqqətə çatdırıb.
“Fotoxalça”-nın Birliyin üzvləri sırasında olmağından məmnunluğunu ifadə edən İdarə heyətinin sədri Mürsəl Rüstəmov Şirkətin ATİB-in təşəbbüslərinə göstərdiyi daimi dəstək və diqqəti yüksək qiymətləndirdiyini vurğulayıb. “Fotoxalça”-nın innovativ istehsal və dizayn yanaşmalarının Şirkətin bazarda rəqabətə davamlı mövqedə qalmasına şərait yaratdığını qeyd edən Sədr bu fəaliyyətin həm də milli sənətkarlıq ənənələrinin qorunmasına və inkişafına dəstək verdiyini, eyni zamanda sosial-mədəni sahədə müsbət təsir yaratdığını bildirib.
Daha sonra Orxan Hüseynov Şirkət tərəfindən ATİB üçün xüsusi olaraq hazırlanılmış xatirə hədiyyəsini Mürsəl Rüstəmova təqdim edib.