12 dekabr 2025-ci il tarixində Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Prof.Dr. Birol Akgün, Səfirliyin əməkdaşları, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turqaner, Azərbaycanda fəaliyyət göstərən türk iş adamları, elm və təhsil müəssisələrinin və ictimaiyyətin nümayəndələri , qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin İdarə Heyətinin üzvü Rafiq Qarayev, Birliyin üzvləri Cemal Yangın, Barış Altıparmak, Elton Süleymanov və Kəmaləddin Mənsimov Fəxri Xiyabanı ziyarət edərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.