earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Tez-tez verilən suallar

Birlik üzvlərinə nə vəd edir? down

Birlik üzvlərinə digər üzvlərlə daimi biznes əlaqələri, ATİB vasitəsilə dövlət və qeyri-hökumət təşkilatlarına çıxış imkanları, ATİB-in təşkil etdiyi və ya dəvət olunduğu yerli və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər barədə mütəmadi məlumatlandırma, üzvlərin bizneslərinin müxtəlif yollarla təşviqi və təbliğatı, bir sıra endirimlər və s. imtiyazlar təqdim edir. 

Birliyə üzvlüyün hansı dərəcələri var? down

Azərbaycan-Türkiyə İş Adamları Birliyi üzvlərinə 3 üzvlük dərəcəsi təsis etmişdir. Bü üzvlüklər bir-birindən üzvlər üçün təklif edilən imtiyazlar ilə fərqlənir: Standart, Gümüş və Qızıl üzvlük.

Birliyin üzvlüyünə qəbul olunma proseduru necədir? down

ATİB üzvlüyünə qəbul olunmaq üçün namizəd ərizə ilə Birliyə müraciət etməlidir. Ərizə İdarə heyəti tərəfindən dəyərləndirildikdən və müvafiq araşdırılma aparıldıqdan sonra namizədin üzvlüyə qəbulu barədə qərar qəbul edilir və ona bu barədə məlumat verilir. Qərar müsbət olduğu halda Tərəflər arasında Üzvlük müqaviləsi imzalanır.

Üzvlük haqqının ödənilməsi müddəti nə qədərdir? down

Üzvlər Üzvlük müqaviləsi imzalandıqdan sonra 10 iş günü ərzində üzvlük haqqını ödəməlidirlər.

Üzvlərin vəzifələri nələrdir? down

Üzvlər Azərbaycan Respublikasının qanunvericiliyi, ATİB Nizamnaməsinin və digər normativ aktların tələblərinə, o cümlədən Üzvlük müqaviləsinin şərtlərinə hörmət və qeyd-şərtsiz riayət etməli, Birliyin tələb etdiyi məlumat və arayışları vaxtında, düzgün və tam həcmdə təqdim etməli, ATİB-in fəaliyyəti ilə bağlı kommersiya sirri təşkil edən, eləcə də, digər məxfi məlumatları yaymamalı və üzvlük haqqını vaxtında və tam həcmdə ödəməlidirlər.

Tez-tez verilən suallar