earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Azərbaycan Respublikası ərazisində qadağan olunmayan, ATİB-in Nizamnaməsi və Birliyin təməl dəyərləri ilə ziddiyət təşkil etməyən sahibkarlıq fəaliyyəti ilə məşğul olan, habelə, üzvlüyünün ölkələrimizə iqtisadi, sosial və mədəni sahələrdə faydalı ola biləcəyi istənilən Şirkətlə əməkdaşlığa açığıq.

 

Azərbaycan-Türkiyə İş Adamları Birliyi üzvlərinə digər üzvlərlə daimi biznes əlaqələri, ATİB vasitəsilə dövlət və qeyri-hökumət təşkilatlarına çıxış imkanları, ATİB-in təşkil etdiyi və ya dəvət olunduğu yerli və beynəlxalq səviyyəli tədbirlərdə iştirak, sahibkarlıq fəaliyyəti ilə bağlı qanunvericilik aktlarında dəyişikliklər barədə mütəmadi məlumatlandırma, üzvlərin bizneslərinin müxtəlif yollarla təşviqi və təbliğatı, bir sıra endirimlər və s. imtiyazlar təqdim edir.  

Istanbul reklam market

“İstanbul Reklam Market” MMC- Qızıl Üzv

Kaya Karslı – Direktor

Əlaqə telefonu: (+994 55) 264 14 15

Ünvan: Bakı ş. Xəzər rayonu, Qala qəs. Ağamalı 19

www.irm.az

 

 

Istanbul Reklam Market MMC 2003-cü ildə Kaya Karslı tərəfindən təsis edilmişdir və bazarda 20 ildən artıqdır ki fəaliyyət göstərir. 

 

Azərbaycanda İSO standartları ilə çalışan ilk reklam firması olmaq, həmçinin, Bakcell, Coca-Cola, ADY, Sham-Fi, Beta kimi onlarla böyük markalarla uzun illərdir davam edən əməkdaşlıq, görülən işlərin keyfiyyətinin bariz nümunəsidir.

 

Müştəri məmnuniyyəti Şirkətin əsas piroriteti oldugundan hər zaman onlar üçün əlçatan olmuşdur.

 

5-10 illik təcrübəsi olan montaj  komandası ilə müştəri zövqünə uyğun, yüksək keyfiyyətdə iş qeyd olunan müddətdə təhvil verilir.

 

Bununla yanaşı Şirkətin atelyesində 3 rəqəmsal çap makinası, CNC və Plotter kəsim, UV çap aparatı, dokum (vakuum) atelyesi mövcuddur və bütün istehsal və montaj işləri Şirkətə məxsusdur.

RISK Company

R.I.S.K. Elmi Istehsalat Şirkəti - Standart Üzv       

Anar Əligülov – Direktor

Əlaqə telefonu: (012) 4973737

Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 59

www.risk.az

 

 

R.I.S.K. Elmi İstehsalat Şirkəti İnformasiya Texnologiyaları sahəsində kompleks çözümlər hazırlayan və təqdim edən bir şirkətdir. 

 

Şirkət telekommunikasiya operatorları, banklar və iri nəqliyyat  müəssisələri üçün informasiya infrastrukturunun yaradılması, həmçinin dövlət müəssisələri üçün e-hökumət həllərinin hazırlanması üzrə ixtisaslaşmışdır. 

 

R.I.S.K. Şirkəti 1993-cü ildən etibarən fəaliyyət göstərir və hal-hazırda şirkətdə 220-dən artıq mütəxəssis çalışır. Şirkətin fəaliyyəti 2003-cü ildə İSO 9001:2000 keyfiyyət sertifikatına layiq görülmüşdür. 

 

R.I.S.K. Elmi İstehsalat Şirkəti IBM, Cisco, Dell, SUN Microsystems, Emerson, Avaya, Microsoft, Oracle və digər dünya miqyaslı şirkətlərin Azərbaycanda rəsmi tərəfdaşıdır.

 

 

TEKFEN Inshaat

Tekfen İnşaat ve Tesisat A.Ş - Standart Üzv

Ümit Hira – Ölkə təmsilçisi

Əlaqə telefonu:(012) 404 76 41/42/43

Ünvan:  Bakı şəhəri, Xocalı prospekti, Dəmirçi tower, 9-cu mərtəbə         

www.tekfen.com.tr

 

 

TEKFEN İnşaat ve Tesisat A.Ş. Türkiyənin və regionun ən qabaqcıl inşaat şirkətlərindən biridir. Təsis edildiyi 1956-cı ildən etibarən, 50 ildən artıq bir müddət ərzində öz zəngin təcrübəyə malik işçi qüvvəsi, böyük maşın-mexanizm, avadanlıq parkı və düzgün qurduğu fəaliyyət siyasəti sayəsində TEKFEN İnşaat ve Tesisat A.Ş. inşaat sektorunda böyük nailiyyətlər əldə etmişdir.

 

Şirkət bu gün də, həm Türkiyədə, həm də dünyanın müxtəlif ölkələrində, o cümlədən, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Yəmən, Qatar, Amman, Mərakeş, Azərbaycan, Gürcüstan Qazaxıstan, Özbəkistan, Rusiya Federasiyası, Bolqarıstan və Almaniyada bir-birindən fərqli və mürəkkəb inşaat sahələrində öz səmərəli fəaliyyətini davam etdirir və həyata keçirdiyi bütün layihələri uğurla başa vuraraq sifarişçilərinin rəğbətini qazanır.

 

TEKFEN İnşaat ve Tesisat A.Ş., Azərbaycanın inşaat bazarına çox böyük uğurla uyğunlaşa bilmiş, bu bazarda 15 ildən artıq bir müddət ərzində müxtəlif həcmli layihələrə imza atmış və həyata keçirmişdir.

 

Hal-hazırda, TEKFEN İnşaat ve Tesisat A.Ş.-də çalışan peşəkar və ixtisaslı kadrlar sifarişçilərin daim dəyişən tələblərini ödəməyə çalışırlar. İşçi qüvvəsi bütünlükdə iş yükündən asılıdır. Azərbaycanda həyata keçirdiyi layihələrə TEKFEN İnşaat ve Tesisat A.Ş., subpodratçılar daxil olmaqla minlərlə işçi cəlb etmişdir və onlar üçün layihələr boyunca effektiv təlim proqramı təşkil edilmişdir. Şirkətin əldə etdiyi nailiyyətlər əsas etibarilə regionda fəaliyyət göstərən Beynəlxalq Neft Konsorsiumu sıralarında böyük sifarişçi maraqlarının artmasına səbəb oldu.

 

Aşağıda TEKFEN İnşaat ve Tesisat A.Ş.-nə Azərbaycanda həvalə edilmiş layihələr sadalanmışdır:

 

  • Səngəçal Terminalı layihəsi-Mexanika İşləri, Elektrik Avadanlıqlarının və Nəzarət-Ölçü Cihazlarının Quraşdırılması.
  • Səngəçal Terminalında neftin saxlanması üçün 4 ədəd Çənin tikintisi layihəsi.
  • ABƏŞ Qərb Marşrutu -Yeni və Bərpa Edilən Boru Xətti layihəsi.
  • ÇIRAQ-1 Təzyiqlə Suvurma layihəsi.
  • Səngəçal Terminalının Genişləndirilməsi, İlkin İnşaat İşləri layihəsi.
  • Səngəçal Terminalının Genişləndirilməsi, Əsas İnşaat İşləri layihəsi.
  • CWP (Kompressor və Suvurma Platforması) Üst Tikililərinin Emalatı layihəsi.
  • Abşeron Yarımadasında, Qaradağ – Sumqayıt arasında Azəriqaz üçün tikilən Təbii Qaz Boru Xətti və Kompressor Stansiyası layihəsi.
  • STB-1 Barjasının Modernləşdirilməsi İşləri layihəsi.
  • PCWU (Texnoloji Proseslər, Kompressiya, Suvurma və Məişət Avadanlıqları) Platforması layihəsi.
  • Səngəçalda Qaz İxracı Terminalının tikintisi layihəsi.
  • COP-WC (Çıraq Neft Layihəsi - Qərbi Çıraq Platformasının Üst Tikililərinin, Qazma Qurğularının Emalatı və Yaşayış Bloklarının İnteqrasiyası) layihəsi.
  • ARDNŞ-nin Yeni İnzibati Binasının tikintisi layihəsi.

 

Öz fəaliyyətlərində qlobal keyfiyyət standartlarına əməl edən Şirkət daim inkişaf edir, gündən-günə böyüyür və fəaliyyət sahələrini daha da genişləndirir.

 

Hal-hazırda TEKFEN İnşaat ve Tesisat A.Ş.-nin fəaliyyət sahəsi boru xətləri, nasos stansiyaları, sənaye müəssisələri, neft çənləri, neft və kimya kompleksləri, neft emalı müəssisələri, enerji mərkəzləri, su rezervuarları, dəmir yolları, avtomobil yolları, körpülər, tunellər, dəniz terminalları, hava limanları, peyk şəhərləri, biznes mərkəzləri, hərbi şəhərcikləri və digər obyektlərin tikintisini və onların açar-təhvilini əhatə edir.

 

AA Legal

AA Legal MMC - Qızıl üzv

Esmira Vahidova - Direktor

Əlaqə telefonu: 012 441 00 40

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Abbas Zamanov küçəsi 17/19

 

“AA Legal” MMC 2010-cu ildə yaradılmış, bütün növ hüquq, audit və əmlak məsələləri ilə bağlı xidmətlər göstərən Azərbaycan hüquq və konsaltinq şirkətidir. Şirkət Əsasən mülki, cinayət, inzibati, ailə, əmək, gömrük, vergi, miqrasiya, kommersiya və korporativ hüquq məsələlərində, həmçinin Azərbaycan Respublikasında hüquqi şəxslərin yaradılması və fəaliyyətinə hərtərəfli hüquqi dəstək verilməsi, audit yoxlamanın aparılması, problemli kreditlərin, borcların yığılması sahəsində ixtisaslaşmışdır. 

 

Şirkətdə 13 ildən çox qeyd edilən sahələr üzrə ixtisaslaşmış əməkdaşlar - hüquqşünaslar, vəkillər, auditorlar, mühasiblər və digər mütəxəssislər fəaliyyət göstərir.

 

“AA Legal” MMC bundan əlavə ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda daşınmaz əmlakın alqı-satqısını həyata keçirir. Müxtəlif sahələrdə partnyorları ilə sıx əməkdaşlıq edərək bu günə kimi bir çox layihələri uğurla icra etmişdir.

 

“AA Legal” MMC “PAŞA Holding” MMC, “PAŞA Sığorta” ASC, “PAŞA Technology” MMC, “PAŞA Poperty Management” MMC, “PAŞA İnşaat” MMC, “İnşaat Servisez” MMC, “AFN Trade“ MMC, “Zəhmət-Ruzi” MMC, “Master Builders Solutions Azerbaijan” MMC, “SKY Electronics” MMC o cümlədən banklar və fiziki şəxslər ilə  əməkdaşlıq edir.

 

Şirkət əməkdaşlıq etdiyi hüquqi və fiziki şəxslərə daha strateji, xəfif və uzlaşdırılmış əməkdaşlıq üçün biznesə uyğunlaşdırılmış xidmət və məsləhətlər təklif edir

Absheron logistika

ABŞERON LOGİSTİKA MƏRKƏZİ – Standart Üzv

Ziya Ağayev – İdarə Heyətinin Sədri

Əlaqə telefonu: 050 220 01 99

Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57

https://absheronport.az/az

 

Tarixi İpək Yolunun mərkəzində yerləşən ABŞERON LOGİSTİKA MƏRKƏZİ, beynəlxalq sertifikata malik, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk özəl logistik mərkəzdir. Abşeron Logistika Mərkəzi 13 avqust 2018-ci ildə fəaliyyətə başlamışdır. Mərkəz, Azərbaycanın paytaxtı Bakı şəhərinin Qaradağ rayonunda - Lökbatan qəsəbəsində yerləşir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi ilə xidmətinizdədir.

 

65,7 ha ərazini əhatə edən mərkəzdə konteyner, vaqon, gömrük, broker, terminal, saxlanma, ofis icarəsi, nəqliyyat və 3PL xidmətləri göstərilir. İdxal-ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.

 

Yaradılmış bir pəncərə sistemi ilə yüksək səviyyəli və operativ xidmət göstərilir. Bu sistemin əsas məqsədi ayrı-ayrı məntəqələrdə göstərilən bir sıra xidmətlərin bir nöqtədən həyata keçirilməsi və bununla da vaxta qənaət edərək xərclərin azaldılmasıdır.

 

Mərkəzin fəaliyyəti dəmir yollarından vaqon və konteynerlərin qəbulu proseslərindən başlayaraq yüklərin ünvana çatdırlmasına qədər avtomatlaşdırılmış proqram təminatı vasitəsi ilə həyata keçirilir. Belə ki, mərkəzdə mövcud olan proqram təminatı Azərbaycan Dəmir Yolları və Dövlət Gömrük Komitəsinin proqram təminatları ilə qarşılıqlı inteqrasiya edilərək “bir pəncərə” sisteminin prinsiplərinə uyğun olaraq sahibkarlar üçün fasiləsiz və şəffaf xidmətin göstərilməsinə şərait yaradır. Bu da öz növbəsində həm Dövlət Gömrük Komitəsi, həm də Azərbaycan Dəmir Yolları tərəfindən qarşılıqlı məlumat mübadiləsini təmin etməklə səmərəliliyi artırır.

Agdam aqrar
Ak Danis

Ak Danis Hüquq Şirketi – Qızıl Üzv

Məharət Hüseyinli – Direktor

Əlaqə telefonu: 012 564 48 49

Ünvan: Əhməd Rəcəbli kuc ev 1963

 

Ak&Daniş Attorney Partnership yerli və xarici müştərilərə kommersiya əməliyyatları, şirkət birləşməsi və satınalması, beynəlxalq müqavilələr, arbitraj, bank və maliyyə hüququ, layihə maliyyəsi, məhkəmə çəkişmələri, daşınmaz əmlak investisiyaları, enerji hüququ, infrastruktur investisiyaları, icra və iflas hüququ sahələrində xidmət göstərir. Hüquqi məsləhət və vəkillik xidmətləri göstərmək üçün fəaliyyət göstərən hüquq firmasıdır.

AKOND

“AKOND” QSC – Qızıl Üzv

Orxan Bağırov – Direktor

Əlaqə telefonu: 012 555 22 33/35

Ünvan: Bakı şəhəri, Babək prospekti 38a AZ1074  Bakı/Azərbaycan

 

A-kond şirkəti rəqabətçil və davamlı böyümə potensiyalına malik dünya səviyyəli xidmətləri göstərməyi və bunu həyata keçirərkən işçilərini təhlükəsiz iş yerləri ilə təmin etməyi, şəffaflığı, beynəlxalq keyfiyyət standartlarını və ətraf mühitin qorunmasını özündə əsas tutaraq 2006- cı ildən Azərbaycan Respublikasında binaların, üzən qurğuların və platformaların mərkəzləşdirilmiş isitmə və soyutma sistemlərinin həmçinin split kondisioner sistemlərinin quraşdırılması və xidməti işlərinə start vermişdir.

 

Split kondisioner və VRF sistemləri üzrə bir “Dünya Markası” olan SANYO şirkətinin Azərbaycandakı rəsmi distributorluğunu alaraq, A-kond gücünə güc qatmışdır.

 

Şirkət öz daxili keyfiyyət standardlarını yüksəltmək məqsədi ilə şirkətin etik kodekslərini təsis etmişdir.

Altunay

ALTUNAY GROUP - Standart Üzv

Ruslan Rizayev - Direktor

Əlaqə telefonu: 051 291 11 21 / 070 205 01 02

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu. Fətəlixan Xoyski prospekti 32

 

Altunay Grup istehsalçı şirkət kimi 2015 - ci ildən fəaliyyətə başlayıb. İlk olaraq təbii daş üzlüklərin istehsalı və satışı ilə məşğul olan Şirkət zaman keçdikcə fəaliyyətini daha da genişləndirmiş və qısa müddət ərzində təmir, tikinti, abadlıq, yol işində, həmçinin beton, xəndək və drenaj işlərində də təcrübə qazanmışdır.

 

Altunay Gurup MMC nın təbii daş üzlüklərinin və korbonat daş məhsullarının istehsalı ölkə bazarında keyfiyyətinə görə xüsusi yeri tutur.

 

Ümumilikdə Şirkətin 5 ofis işçisi və 50 dən çox usta və fəhlə kollektivi var.

 

ARENOL

Arenol Group- Qızıl üzv

Tolga Şahin - Təsisçi

Telefon: 051 280 96 70

Ünvan: Bakı şəhəri, Xavər Vəliyev küçəsi 3, Zabrat 

 

Arenol Group Construction şirkətinin əsas fəaliyyət sahəsi metal konstruksiyadan bütün növ tikintilərin həyata keçirilməsidir.

 

  • Təmir tikinti,
  • Dizayn tikintisi,
  • Landşaft dizaynı,
  • Eksteryervə interyer dizaynı
    fəaliyyət növlərinin arasındadır.

 

25 ildir ki, tikinti sahəsində təcrübəli kadrlarıyla birgə layihələr hazırlanılır.

 

Şirkət zəlzələyə davamlı, metal konstruksiyalı binalar təmin edir. 

AS INSHAAT

AS İnşaat  - Qızıl Üzv

Azad Bağırlı – Direktor

Əlaqə telefonu: (012) 526 00 01

Ünvan: AZ1141, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küç., 576-cı mərhələ 

[email protected]

 

 

“AS İnşaat” MMC  “AS Group” şirkətlər birliyinə daxil olan ən böyük şirkətlərdən biridir. 2003-ci ildə inşaat sektorunda yeni bir marka formalaşdırmaq üçün yaradılmış şirkət, 19 illik fəaliyyəti dövründə həm özəl, həm də dövlət sifarişli layihələrin icrasında iştirak etmişdir. Yarandığı gündən texnologiya və insan kapitalına yatırım etməyi qarşısına məqsəd qoyaraq, fəaliyyət göstərdiyi illər ərzində Bakı şəhəri də daxil olmaqla, bölgələrdə 100-dən çox layihəyə imza atmışdır. 

 

“AS İnşaat” həyata keçirdiyi layihələrdə müştərilərin istəklərini ən yüksək səviyyədə qarşılamaq üçün daima yeniliklərin axtarışındadır, inşaat sektorundakı inkişafları yaxından izləyir və müasir metodlarla texnologiyaların tətbiqini diqqətlə araşdırır. Layihələrinin yalnız beynəlxalq standartlara deyil, eyni zamanda müasir tələblərə də cavab verməsini təmin edir. 

 

AS İnşaat şirkətinin uğurunun sirri xüsusi bir düsturda deyil. Sadəcə olaraq inşaat sektorunda ixtisaslı kadrlara vaxtında və düzgün yatırım edərək möhkəm təməl yaradıb. Gördüyü işlərin uğurla başa çatması və yüksək keyfiyyətlə təhvil verilməsi, ətrafına topladığı mütəxəssislərlə birgə çalışmasına bağlıdır. Şirkətin inkişafına təkan verən əsas güc isə onun insan kapitalıdır. Şirkət uzun illərdir davam edən müvəffəqiyyətinin təməlində dayanan dəyərlərə hər zaman sadiq olmuşdur:

 

1. Şəffaflıq – Şirkət müştərilərinə, rəqiblərinə və cəmiyyətinə qarşı davranışda hər zaman şəffaflığa üstünlük vermişdir. Bazarın və onun iştirakçılarının inkişafının tək yolunu şəffaflıqda olduğunu görür və buna uyğun davranır. Ona görə də etik kodeksinə ciddi əməl etməklə fərqli bir mədəniyyət sərgiləyir.

 

2. Etibarlılıq - Əməkdaşları ilə qarşılıqlı inam, hörmət və anlaşma əsasında münasibət qurur, onların uğurlarını paylaşır və uğursuzluqlarına qarşı birlikdə mübarizə aparır. Bu isə həyata keçirilən bütün işlərdə etibarlılıq və nizam-intizam qazandırır.

 

3. Əməkdaş təhlükəsizliyi – Ola biləcək təhlükəli riskləri aradan qaldıraraq əməkdaşların fəaliyyətlərini sağlam və təhlükəsiz şəkildə həyata keçirə biləcəkləri rahat iş mühiti yaradır. Bu istiqamətdə əməyin mühafizəsi və təhlükəsizliyi daima prioritet olaraq saxlanılır.

 

4. Ətraf mühit - İstər şirkət daxilində, istərsə də icra olunan layihələrdə ölkənin ekoloji balansını qorumağa çalışır. Şirkət bu daxili siyasətini əməkdaşlıq etdiyi fərdi və korporativ müştəriləri də aşılamaqdadır.

 

“AS İnşaat” MMC-nin icra etdiyi layihələrdən nümunələr:

 

  1. Mərkəzi Bankın Sumqayıt Ehtiyat Mərkəzinin inşası;
  2. “Villa Siena” premium villa şəhərciyi
  3. “Renessans Palace” premium yaşayış kompleksi
  4. Çirkab su anbarlarının tikintisi
  5. Mazımçay sərhəd gömrük keçid məntəqəsi
  6. “Samur” sərhəd gömrük keçid məntəqəsi
  7. Hövsan Olimpiya İdman Kompleksinin tikintisi
  8. “Göl Park” yaşayış kompleksi
  9. “Rivercity” layihəsi (Gürcüstan)
  10. “Dirsi” yaşayış kompleksi (Gürcüstan)
  11. “Park Residence” yaşayış binası
  12. Zəngilan rayonunun Ağalı kəndində salınan “Ağıllı kənd” layihəsi 
  13. Arximed Turbini tipli Su Elektrik Stansiyası 
  14. Ələt Azad İqtisadi Zonasında aparılan tikinti işləri
  15. Xanoba Gömrük Postunun tikintisi 
AU AZ PROGRAMLARI

“Anadolu Vizyonu Kurs Destek Ve Turizm Sanayi Ticaret Anonim Şirketi”- nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi – Qızıl üzv

Azər Hətəmov – Koordinator

Əlaqə telefonu: *7772 , +994125630909 , +994708920707, +994518920707

Ünvan : Bakı şəhəri,  İbrahimpaşa Dadaşov küç. 74V

www.anadolu.edu.az / az.anadolu.edu.tr
[email protected]

 

 

Türkiyə Respublikasının Anadolu Dövlət Universiteti 1958-ci ildən Eskişehirdə fəaliyyət göstərir. 1982-ci ildən etibarən Türkiyədə ilk olaraq Açıq öyrətim sistemini təşkil edərək uzaqdan təhsil (distant təhsil) verməyə başlamışdır və qısa zamanda ölkənin, eləcə də, dünyanın böyük universitetləri arasında müasir, dinamik və yenilikçi bir universitet olaraq yerini almışdır.


Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin 2009-cu ildə TR Ali Təhsil Şurası (Yüksek Öğretim Kurulu-YÖK) və Anadolu Universitetinə ünvanlanmış məktubu və YÖK-ün bu məktuba müvafiq qərarına əsasən 2009-cu ildən başlayaraq Universitet Azərbaycanda yaşayan Azərbaycan,Türkiyə və digər ölkə vətəndaşlarının da universitetdə distant formada ali təhsil almaları üçün imkan yaratmışdır. ATİB-in də təşəbbüsü ilə həyata keçirilən bu layihədə Universitetdə distant formada ali təhsil alan tələbələrə əlavə təhsil xidmətlər göstərilməsi qərara alınmışdır. Bu məqsədlə müvafiq razılaşma protokolları əsasında Türkiyənin "Anadolu Vizyonu Kurs Destek ve Turizm Sanayi Anonim Şirketi" və bu Şirkətin Azərbaycan Nümayəndəliyi tərəfindən Anadolu Universiteti Azərbaycan Proqramlarının Azərbaycandakı Türkiyə və Azərbaycan vətəndaşları, eləcə də digər digər ölkə vətəndaşı olan tələbələrinə əlavə texniki təhsil xidmətləri göstərilməkdədir. Həmin xidmətlər sırasına abituriyentin Universitetə qeydiyyata alınması, onların Universitetlə əlaqələrinin asanlaşdırılması, tələbələrə Türkiyədən göndərilən müvafiq sənədlərin (tələbə arayışı, tələbə bileti və s.) çatdırılması, Türk dili hazırlıq kurslarının təşkili və s. bu kimi xidmətlər daxildir. Bu sıraya tələbələrin ATİB-ə üzv şirkətlərdə staj keçmələrini də əlavə etmək olar. 

 

Hazırda Azərbaycandan 3000 nəfərə yaxın tələbə Anadolu Universitetində distant formada ali təhsil almaqdadır. Bu tələbələrin bir hissəsi birinci ali təhsil, müəyyən bir hissəsi ikinci ali təhsil,digərləri isə paralel olaraq təhsil alırlar. Universitetdə Türkiyəyə getmədən Azərbaycandan bakalavr (lisans), subbakalavr (önlisans) təhsil pilləsində təhsil almaqla yanaşı, 3aylıq e-Sertifika Proqramlarında da 100-ə yaxın ixtisas, peşə üzrə təhsil almaq imkanı yaradılmışdır. 

 

2009-cu ildən bugünədək 1000 nəfərdən çox tələbə Anadolu Universiteti Azərbaycan Proqramlarından məzun olmuşdur.

 

 

 

AVIS

AVİS – RENT A CAR – Standart  üzv

Kerem Demir – Direktor

Əlaqə telefonu:  (012) 497 55 53

Ünvan: Dəmirçi Plaza

 

AVIS, Türkiyənin ən böyük istehsal və xidmət nəhənglərindən biri olan Koç Holding-in üzvü SET AUTO LTD tərəfindən 15 aprel 1997-ci il tarixindən Azərbaycan bazarına təqdim edilmişdir. 

 

2002-ci ilə qədər Avtomobil icarəsi sektoru Azərbaycanda özünü çox sabit göstərmiş, 2002-ci ildən etibarən neft sektorunun inkişafı və qoyulan sərmayələrin həcminin artması da bu sahənin inkişafına bir az da təkan vermişdir. 2002-ci ildən etibarən AVIS Azərbaycan avtomobil icarəsi və sürücü xidməti göstərmək məqsədilə öz avtoparkını 1000 avtomobilə qədər artırmışdır. 

 

Bu gün AVIS 1000-dən çox avtomobili olan avtoparkı ilə Azərbaycanda uzunmüddətli və qisamüddətli avtomobil icarəsi sektorunun lideridir

 

AY COMPANY
AYMAN LOGO

AYMAN T.T MMC – Qızıl Üzv

Ülfət Hüseynov –  Direktor

Əlaqə telefonu: (055) 766 86 50

Ünvan: Bakı şəhəri, Xətai rayonu ağ şəhər 1 ci fəvvarələr küç bina 3 m 40 

 

AYMAN MMC şirkəti 2017-ci ildən Azərbaycanda tikinti-təmir, tikinti audit, quraşdırma və layihələndirmə sektoru üzrə fəaliyyət göstərir. Şirkətin uğurlu fəaliyyətini təmin edən əsas amillərdən biri unikal layihələrin yüksək keyfiyyət göstəriciləri ilə, dünya standartları səviyyəsində nəzərdə tutulan müddətlərdə icra edilməsidir. Ayman MMC şirkətinin işləri İSO 9001 və IDO 45001 standartlarına uyğun olaraq görülür.

 

ŞİRKƏT LAYİHƏLƏRİ AŞAĞIDAKI PRİNSİPLƏR ƏSASINDA HƏYATA KEÇİRİR:

 

Sifarişçi tələbinə uyğun olaraq, resursların planlamasını təşkil etmək;

Tərəflər arası koordinasiyanı qurmaq və inkişaf etdirmək;

Görülən işlərin keyfiyyətinə diqqət etmək;

Layihəni vaxtında tamamlamaq və təhvil vermək;

 

Həmçinin, AYMAN MMC şirkəti, ən əlverişli topdan qiymətlərlə tikinti materialları və avadanlıqların tam inteqrasiyalı təchizatını təklif edir.

AZERSUN

"Azersun Holding" MMC- Qızıl üzv

Savaş Uzan - Direktor

Əlaqə telefonu:  (012) 404 19 19

Ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti 92 A

 

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azersun Holding" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir. 
Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azersun Holding", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir. 


Fəaliyyətə başladığı gündən etibarən, bir ölkənin inkişafı üçün sadəcə iqtisadiyyatla bağlı atılan addımların kifayət qədər olmadığına inanan "Azersun Holding", həyata keçirilən iqtisadi layihələrin bəşəriyyətin mədəniyyət toplusuna və sosial həyat vərdişlərinə söykənmədən, ondan ilham almadan onu dəstəkləməsə lazımi şəkildə reallaşmayacağına inanır. Bu dəyərli mirasın ərsəyə gəlməsi, qorunması və gənclərə ötürülməsi yönündə "Azersun Holding", öhdəsinə götürdüyü missiyanı dünən olduğu kimi bu gün də eyni həyəcanla yerinə yetirməkdədir. “Azersun Holding” Azərbaycanı Azərbaycan edən mədəniyyət dəyərlərini sadəcə ölkə adına deyil, dünya adına da böyük zənginlik olaraq görür və bu dəyərləri qorumağı, yaşatmağı, gələcək nəslə ötürməyi missiyasının bir hissəsi kimi qəbul etməkdədir.

azerbaycan investisiya shirketi

Azərbaycan İnvestisiya Şirkəti – Qızıl üzv

İcraçı Direktor – Ülvi Mansurov

Əlaqə telefonu: (012) 488 80 10

Ünvan: Azərbaycan pr. 6, Bakı, Azərbaycan

 

Azərbaycan İnvestisiya Şirkəti ASC (AİŞ) Prezidentin müvafiq Sərəncamı ilə 2006-cı ildə yaradılıb. AİŞ-in bütün payları Azərbaycan dövlətinə məxsusdur.

 

Şirkət Müşahidə Şurası tərəfindən idarə edilir. AİŞ-in məqsədi Azərbaycan Respublikasının qeyri-neft sektoruna kapital investisiyalarının yatırılmasıdır.

AZER TURK BANK

Azər Türk Bank ASC – Qızıl Üzv

Orxan Hüseynov - İdarə Heyətinin sədri 

Əlaqə nömrəsi:  945 / (055) 777 09 45

Ünvan: Bakı, C. Məmmədquluzadə küç. 85; 192/193

 

Azər-Türk Bank Açıq Səhmdar Cəmiyyəti 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 iyun 1995-ci il tarixli  234 nömrəli lisenziyası ilə 11 iyul 1995-ci ildən fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş bank lisenziyası, Banka milli və xarici valyutada fiziki və hüquqi şəxslərdən depozitlər və ya digər qaytarılan vəsaitlər cəlb etmək, öz adından və öz hesabına kreditlər vermək, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirmək hüququ verir. Bank öz hesabına və ya müştərilərin hesabına qiymətli metalların və daş-qaşların satın alınması və satılması, qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi üzrə fəaliyyət növləri istisna olmaqla, "Banklar haqqında" Azərbaycan Respublikası Qanunu ilə nəzərdə tutulmuş digər fəaliyyət növlərini də həyata keçirir.

 

“Azər Türk Bank” ASC Türkiyə, ABŞ, İngiltərə, Almaniya və Rusiya bankları ilə müxbir münasibətlərə malikdir.  Korporativ və fiziki müştərilərəbank məhsul və xidmətlərinin geniş spektrini təklif edir.

 

Bank Bakı Banklararası Valyuta Birjası, Azərbaycan Banklar Assosiasıyası, Bakı Fond Birjası, Hökumət Ödəniş Portalının , habelə Western Union, UPT, Contact və Monex beynəlxalq təcili pul köçürmə sistemləri, eyni zamanda SWIFT, MasterCard və Visa beynəlxalq  ödəniş sistemlərinin üzvü və tərəfdaşıdır.

 

 

BAKCELL

Bakcell - Qızıl üzv

Klaus Müller – Direktor 

Əlaqə telefonu: 555 / (+994 12) 498 89 89

Ünvan: Bakı şəhəri, AZ 1025, 8 Noyabr pr. 113

 

Bakcell Azərbaycanda mobil rabitə xidməti göstərən ilk şirkətdir. Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell 3 milyondan artıq abunəçini geniş çeşidli və yüksək keyfiyyətli müasir telekommunikasiya xidmətləri (zəng və mobil internet) ilə təmin edir.

 

BAZARSTORE

Bazarstore QTSC – Standart Üzv

Mahmut Okcu  - Direktor

Əlaqə nömrəsi:(+994 12) 447 99 01

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 108

 


1991-ci ildən başlayaraq Azərbaycanda qida istehsalı və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkəti “Azersun Holding” 2011-ci ildə növbəti uğurlu layihəsini həyata keçirərək pərakəndə sektoruna böyük bir töhvə verdi və Bazarstore MMC-ni yaratdı. 10 ildən çoxdur ki, Bazarstore MMC Azərbaycanda pərakəndə sahəsinin öndəri və söz sahibi missiyasını davam etdirir. Ölkənin ən geniş coğrafiyasında xidmət göstərən Bazarstore MMC Bakı mağazaları ilə yanaşı ölkəmizin 20-ə yaxın şəhər və rayonunda da fəaliyyət göstərir.

Qurulduğu gündən etibarən müştəri ehtiyac və tələblərinə, təzəliyə, güvənirliyə, sərfəli qiymətə və bol çeşidə fokuslanan Bazarstore MMC pərakəndə sektorunda Azərbaycanın ən böyük supermarket şəbəkələrindən biridir.


2021- ci ilin fevral ayında müştərilərin Bazarstore MMC mağazasında tapa biləcəyi bütün məhsulların qapıya çatdırılması xidmətini təklif edən bazarstore.az saytı yaradıldı. Müştərilər mağazalarda satılan məhsulların hər birini eyni qiymət və keyfiyyətlə 7 gün 24 saat boyunca internet üzərindən sifariş verə bilirlər.


Missiyası : Bacarıqlı, xoşbəxt çalışanları və güclü şirkət infrastrukturuyla daim müştəri məmnuniyyətini məqsəd hesab edərək, davamlı sabit inkişafı təmin edərək böyümək, pərakəndə sahəsində təcrübə və peşəkarlığı müştəri məmnuniyyətinə çevirməklə güvənilən, sərfəli və yüksək xidmət göstərmək.


Məqsəd : Çalışanları, müştəriləri, tədarükçüləri və iş ortaqları üçün edə biləcəyimizin ən yaxşısını etmək və dəyər yaratmaq. Pərakəndə sahəsində keyfiyyət standartını qoruyub saxlamaqla istehlakçı tələblərini ən yaxşı şəkildə qarşılayaraq liderliyi davam etdirmək.

 

BLESS GROUP

"BLESS GROUP" MMC- Qızıl Üzv

Ziya Bağırlı – Direktor 

Əlaqə nömrəsi: (+994 50) 303 03 61

Ünvan: Ağ səhər 2 ci fevvareler kucesi

 

Bless Group inert (qum, çınqıl), inşaat, abadlaşdırma və  təmir-tikinti materiallarının satışı ilə məşğuldur.  

 

Bless Group laminat parket istehsalında dünya brendi "Aston Louis Luxury Parquet" brendinin Azərbaycanda rəsmi nümayəndəsidir. 

BORUSAN

Borusan MAKİNA Servis ve Ticaret A.S - Qızıl üzv

Ömer Emre Demirkale - Ölkə üzrə Direktor

Tel: +99412 377 02 28
Ünvan: Salyan Highway 15 km Shikhov,Baku ,Azerbaijan AZ1023

www.borusancat.az
     
 

1994-cü ildən etibarən Borusan Qrupunun tərkibində olmaqla "Caterpillar®" məhsullarının Türkiyədəki rəsmi təmsilçiliyini edən “Borusan Makina ve Güc Sistemleri Sanayi ve Ticaret” Anonim Şirkəti 1997-ci ildə Bakıda Azərbaycan Respublikasındakı nümayəndəliyini təsis etmişdir. Şirkət Azərbaycanla yanaşı, Gürcüstan, Qazaxıstan, Qırğızıstan və Uzaq Şərqi Rusiyada da distribüterlik fəaliyyətini təşkil etməkdədir.


Şirkətin əsas fəaliyyət sahəsi tikinti və dağ-mədən texnikalarının, dizel və qaz generatorlarının və avadanlıqlarının topdan və pərakəndə satışından və təmirinin təşkilindən ibarətdir. Eyni zamanda həmin texnika, generator və avadanlıqların ehtiyat hissələrinin satışını da həyata keçirir. Borusan Makina ve Güç Sistemleri satış və satış sonrası dəstək xidmətləri, zəmanətli ikinci əl tikinti texnikalarının daxil olduğu saysız həll yolları təklif etməklə yanaşı 20 ildən çoxdur ki, fasiləsiz olaraq BP-nin neft və qaz nasosları üzrə əsas təchizatçısı və texniki xidmət təminatçısıdır. Hal-hazırda şirkətimiz təmir xidmətlərinə dair müqavilələr üzrə “SOCAR”, “BP”, “PAŞA İNŞAAT”, “AKKORD” kimi nüfuzlu şirkətlərlə əməkdaşlıq edir.


Şirkətin missiyası: 

Geniş məhsul portfeli ilə işgüzar tərəfdaşlarının ehtiyaclarına uyğunlaşdırılmış kompleks həllər təklif edərək yüksək müştəri sadiqliyini və davamlı əməkdaşlığı təmin etmək.

BRAND MEDIA

BRAND MEDİA GROUPS - Qızıl üzv

Elşən Məmmədov - Direktor 

Əlaqə nömrəsi: *3500

Ünvan: Bakı şəhəri, Rəsul Rza 75,  Qış Park Plaza 

 

“Brand Media Groups” şirkəti 10 ildən artıq ki, reklam sahəsində fəaliyyət göstərir. Bu illər ərzində yüzdən artıq yerli və xarici brendə öz məhsul və xidmətlərini təşviq etməsində dəstək olan şirkət davamlı olaraq cəlbedici reklam məkanlarını müəyyən etməkdə və reklam yayımını həyata keçirtməkdədir.

 

Biznes proseslərini təkmilləşdirmək, postpandemiya dövründə bizneslərin kommunikasiyasına daha çevik şəkildə dəstək olmaq məqsədilə şirkət 2021-ci ilin sonunda rebrendinq etmiş və dəyər və prinsiplərini daha da möhkəmləndirərək, 2022-ci ildən regional bazarlara çıxmağı hədəfləmişdir.

 

Hazırda Bakı və Abşeron üzrə 100-dən artıq “outdoor” (çöl) reklam yerləri təqdim edən, eləcə də eksklüziv müqavilələrlə Dəmir Yollarında, “Port Baku Residence”də reklam yayımını həyata keçirən Şirkət davamlı olaraq reklam məkanlarını monitorinq edir və müştərilər və son istifadəçilər üçün daha çox fayda gətirən məkanlar üzrə reklam yerlərini saxlayır və ya yeniləyir. Azərbaycan Dövlət Reklam Agentliyi ilə sıx əməkdaşlıq edən şirkət həmçinin reklamların vizual gözəlliyinə, uyğunluğuna xüsusi diqqət yetirir və müştəri və partnyorlarla bu istiqamətdə də konsaltinqlər edir.

 

2021-ci ildən başlayaraq  “Brend Media Group” öz fəaliyyət sahəsini genişləndirərək “Cinema Plus” kinoteatrlar şəbəkəsi ilə müqavilə bağlamış və şəbəkənin həm Bakı şəhərində, həm də regionlardakı kinoteatrlarında reklam yerləşdirməklə bağlı eksklüziv hüquqlar əldə etmişdir. Şirkət reklam sahəsindəki qlobal trendləri izləyərək öz müştərilərinə kreativ həllərlə də dəstək olmaqdadır. Həmçinin müxtəlif tədbirlərin və kampaniyaların təşkil edilməsi xidmətlərini də təqdim edir.

 

BUREAU

Bureau 19 – Gümüş Üzv

Aygül Kərimova - Direktor

Ünvan: Səməd Vurğun 34, mərtəbə 19

 

 

Bureau19 şirkəti 19 aprel 2021-ci il tarixində təsis olunmuşdur. 

 

Şirkət Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyi, Express Bankın Atatürk prospektində yerləşən IT Akademiyası, Əhmədli filialı və Babək Plazada yerləşən İnkişaf Mərkəzi, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin yataqxanası, Lutvelizade1 (Azərbaycan pr.), Lutvelizade 2 (Koroğlu R. küç.) mağazalar şəbəkəsi və bir çox yaşayış və qeyri yaşayış sahələrinin dizayn layihələrini həyata keçirmişdir.    

CASPIAN EXPRESS

Kaspian Express MMC- Qızıl üzv

Arif Bəşirov - Direktor

 

Caspian Express MMC Azərbaycanın polimer sənayesində 2008-ci ildən yenilikçi və yüksək texnologiyalı həllərlə öncəlik edir. Polimer istehsalı, plastik emalatı və müasir extruziya xəttəri, termoformasiya maşınları və müxtəlif plastik məhsulların istehsalı üçün injeksiyon qəlibləmə kimi sahələrdə qabaqcıl premium avadanlıqlar təklif edərək müştərilərinə daimi dəstək olur.

 

Şirkətin missiyası Azərbaycan sənayesinin inkişafına dəstək olmaq və yerli istehsalçıların global bazarlarda rəqabət qabiliyyətini artırmaqdır. 

 

Müştərilərinin istehsal proseslərini daha effektiv və məhsuldar hala gətirərək, onların uğurlarına ortaq olmağı hədəfləyir. Şirkət müştərilərinə üç il zəmanət, yüksək səviyyədə servis xidməti, xammal təchizatında dəstək və işçilər üçün peşəkar təlimlər təklif edir.

CJ

CJ İCM FZCO - Standart Üzv 

Emil İmamov – Direktor

Əlaqə telefonu: +99412 596 56 62

Ünvan: Bakı şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 102 A "City Point Baku" BC 

 http://www.cj-icmlogistics.com

 

CJ ICM Logistics Türkiyə - Cənubi Koreya beynəlxalq müştərək şirkəti olaraq Azərbaycanda 20 ildən artıqdır ki, bütün növ nəqliyyat vasitələri ilə (hava, dəmir yolu, quru, dəniz və multimodal) beynəlxalq yük daşımaları, gömrük rəsmiləşdirilməsi, iri həcmli və iri tonnajlı yüklərin daşınması, anbarlama və s. loqistika xidmətləri göstərməkdədir. 

 

Şirkət Orta Dəhliz marşrutu üzrə bütün ölkələr (Çin, Qazaxstan, Azərbaycan, Gürcüstan, Türkiyə və s.) daxil olmaqla, ümumilikdə 154 şəhərdə təmsil olunmaqdadır. CJ İCM Logistics Orta Asiyada, Avropada, Orta Şərqdə və Afrikada ən əhəmiyyətli loqistika layihələrinin həyata keçirilməsində iştirak etməkdədir.

COCA COLA

“Azərbaycan Coca Cola Bottlers Ltd” MMC - Qızıl üzv

Rəna Məmmədova - Baş Direktor

Əlaqə telefonu: (012) 4880801

Ünvan:  Bakı şəhəri, Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Babək Plaza

 

Azərbaycanda 1996-cı ildə fəaliyyətə başlayan "Azerbaijan Coca-Cola Bottlers" MMC-nin hazırda 350 nəfərdən artıq əməkdaşı var. Şirkətin Azərbaycandakı təchizatçılarını, distribyutorlarını, partnyorlarını və s. nəzərə alındıqda şirkət ölkədə 5000-dən çox iş yerini dəstəkləyir. 

 

"Azerbaijan Coca-Cola Bottlers" MMC 7 fərqli ticarət nişanı altında beynəlxalq standartlara uyğun məhsullar istehsal edir və istehlakçılara təqdim edir.

 

"Azerbaijan Coca-Cola Bottlers" MMC bu günə kimi ölkə iqtisadiyyatına öz töhfəsini verərək 170 milyon dollardan artıq invesitisiya yatırıb və ümumilikdə 300 milyon dollardan artıq məbləğdə dövlət büdcəsinə vergi ödəyib. Şirkət sosial layihələrə və proqramlara dəstək məqsədilə 3 milyon dollara yaxın investisiya ayrılıb.

 

DELTA TELECOM

Delta Telecom LTD MMM- Qızıl üzv

Ramazan Vəliyev- Direktor

Əlaqə telefonu: (+994 12) 404 12 12,  (+994 50) 203 12 95

Ünvan: Azərbaycan, Bakı şəhəri, Müzəffər Həsənov küçəsi, 69.

[email protected]

 

Delta Telecom 2000-ci ildən telekommunikasiya və informasiya texnologiyaları bazarında müvəffəqiyyətlə fəaliyyət göstərən Qafqaz regionunda yeganə aparıcı operatordur.

 

Müasir Delta Telecom korporativ sifarişçilər, dövlət strukturları, banklar, özəl müəssisələr, Qafqaz İSP-lərinin 78%-i  və Azərbaycanda olan bütün İSP-lər üçün kompleks şəkildə həllərin tətbiqi, həmçinin istənilən xidmətin keyfiyyətinin artırılması məqsədilə gün ərzində 24 saat fəaliyyət göstərən quraşdırıcı və servis-qəza xidmətləri təşkil edir.

 

Müəssisənin fəaliyyətinin əsas istiqaməti miqyasından asılı olmayaraq müəssisə və təşkilatlar üçün istənilən kompleksli telekommunikasiya layihələrinin işlənilib hazırlanması və həyata keçirilməsidir.

 

Müəssisə Azərbaycan ərazisində layihələr üzrə işlərin aparılması üçün lazım olan dövlət lisenziyaları və sertifikatlarına yiyələnmişdir.

 

Müəssisənin əsas iş prinsipləri:

  • Təklif olunan xidmət haqqında təfərrüatlı məlumat vermək;
  • Qısa müddət ərzində avadanlığın çatdırılması;
  • Əməkdaşların yüksək ixtisası;
  • Kompleks şəkildə həllər;
  • Hər bir sifarişçiyə fərdi yanaşma;

 

Şirkətin müştəriləri Azərbaycan Beynəlxalq Bankı, Capital Bank, Respublika Bank, Vergilər Nazirliyi, “Azercot” şirkəti, Respublika Seysmik Mərkəzi, Dövlət Gömrük Komitəsi, XTMD, Daxili İşlər Nazirliyi, Dövlət Sərhəd xidməti , Yol polisi, Fövqəladə Hallar Nazirliyi, Respublikanın bütün rayonlarının İcra orqanları və sairə təşkilat və müəssisələrdir.

 

Delta Telecom regionlarda və dağlıq ərazilərdə yerləşən yüzlərlə kəndləri telefoniya, peyk və internet xidmətləri ilə təmin edir. 

 

EJOT

Ejot - Standart Üzv

Burak Akıdil - Direktor

Əlaqə telefonu:   (012) 5973870

Ünvan: Bakı şəhəri Səməd Vurğun küçəsi ev 92 mənzil 34

 

Bakı ofisimiz 18 yanvar 2017 tarixində Ejot Almaniyanın Azərbaycan nümayəndəliyi açma qərarından sonra  yaradılmışdır.

 

Ejot metal özündən açılan bolt, plastik və mühəndislik plastik boltu, kompleks şəkilli soyuq döyülmüş parçalar, eləcə də dam sistemləri, fasad örtükləri və ejotherm adını verilmiş bina təcrid sistemləri kimi son dərəcə yenilikçi məhsul yelpazəsini müştərilərinə təqdim etməkdədir. EJOT bütün əlaqə və montaj problemlərini müştəri ilə yaxın əməkdaşlıq quraraq həll edir. 

 

Şirkətin fəaliyyətində əsas məqsədi "ağıllı" həllər təqdim etməkdir. Ejot məhsulları montaj keyfiyyətini zəmanət altına almaqla yanaşı ümumilikdə proses xərclərini azaldır.  EJOT hələ dizayn mərhələsində müştərilərinə iqtisadi həll və doğru əlaqə ölçülməsi haqqında peşəkatr tətbiq mühəndisliyi tövsiyələri verir. Montaj müddətlərini optimallaşdırır və müştərilərinə xüsusi həll yolu ilə inkişaf etdirir. 

 

EJOT dünya səviyyəsində 30 filialında çalışan 2500-dən artıq əməkdaşı ilə  90 illik tarixi olan bir şirkətdir.

EVRIKA

Evrika Liseyi - Qızıl üzv

Ofeliya Muradova- Direktor

Əlaqə telefonu: +99412 525 10 00 / +99412 525 10 01

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi 1/4 Bina 1 (Məktəbəqədər və ibtidai təhsil) 

              Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsi 1/6 Bina 2 (Ümumi orta, tam orta təhsil, ingilis bölməsi)  

[email protected]

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keyfiyyətli və sistemli təhsilin inkişafı məqsədilə “Evrika liseyi” adlı müasir təhsil müəssisəsi 2010-cu ildə Xudaqulu Əhət oğlu Rzayev tərəfindən yaradılmış, 2011-ci ildən isə tədris fəaliyyətinə başlamışdır.

 

Artıq 10 ildən artıqdır ki, Evrika liseyi gələcəyin faydalı insanlarını, vətənpərvər övladlarını, ölkəsini dünyada təmsil edən gənclərini yetişdirir. Şagirdləri ilə qürur duyur, ən yeni təhsil metodları ilə fəaliyyətinə davam edir. 

 

Evrika liseyinin məqsədi sadəcə ölkəsi üçün deyil, eyni zamanda yaşadığı dünya, ekosistem üçün faydalı ola biləcək gələcək nəsillər yetişdirmək, yeni ideologiyalar tətbiq etməkdir. Liseyin məqsədi təcrübəyə əsaslanan təhsildir. Öyrəndiyini tətbiq etməyi öyrətmək məktəb olaraq ilkin məqsəddir. 

 

Lisey Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindədir. Liseydə təlim Azərbaycan, rus, ingilis və türk dillərində aparılır. Tədris planı dövlət ümumtəhsil məktəbinin tədris planları əsasında yaradılır. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən liseydə təhsilin 4 pilləsi mövcuddur:

  1. Məktəbəqədər hazırlıq – 5 yaş;
  2. İbtidai təhsil – I-IV siniflər;
  3. Ümumi orta təhsil – V-VIII siniflər;
  4. Tam orta təhsil – IX-XI siniflər.
FCBART

FCB ART Group – Standart Üzv

Ersel Serdarli – İdarəedici Direktor

Əlaqə telefonu: (+994 12) 492 63 18

Ünvan: Bakı şəhəri Rəsul Rza kuçəsi 19 mənzil 19

[email protected]

 

1986-cı ildə İstanbulda qurulan ARTGROUP 2015-ci ildə 80-dən çox ölkədə 120-dən çox ofisə və 8000 işçiyə sahib dünyanın ən əhəmiyyətli əlaqələrindən biri olan FCB şəbəkəsinə qatıldı. Agentlik 30 ildən çox müddətdir Türkiyədə reklam sektorunun əhəmiyyətli bir üzvü olmağı davam etdirir.

 

2009-cu ildə fəaliyyətə başlayan FCB Artgroup Bakı o gündən bu günə bir çox yerli və beynəlxalq markanın ünsiyyətini idarə etmişdir. Azərbaycan reklamçılığını beynəlxalq səviyyədə təmsil etməyi məqsəd hesab edən və işçilərinə müsbət kreatif bir iş mühiti təmin etməyə diqqət göstərən agentlik, eyni zamanda 2021-ci ildə Azərbaycanda beynəlxalq Great Place To Work sertifikatına layiq görülən tək şirkət olmuşdur.

 

FCB ARTGROUP İstanbul, Bakı, Almata, Daşkənt, Süleymaniyə, İslamabad, Tiflis və Kiev ofislərindəki 100-dən artıq işçisi ilə, Türkiyə, Qafqaz və Orta Asiya bazarında bütün xidmətləri tam şəkildə  tək dam altında təqdim edə bilən yeganə kreatif və dicital agentlik olaraq fəaliyyət göstərir.

TURAN LEGAL

“Turan Legal and Tax Services” MMC -  Qızıl üzv

Zalbəy Ağadadaşov – Direktor

Əlaqə nömrəsi: (+99412) 525 90 09  

Ünvan: Füzuli küç. 37., Park View Biznes Mərkəzi, 5-ci mərtəbə

 

"Turan Legal and Tax Services" 40-dan çox təcrübəli hüquqşünasdan ibarət komandası ilə təhsil, İT, startap, səhiyyə, əczaçılıq, pərakəndə satış, turizm, sənaye istehsalı, tikinti və bir çox başqa sahələrdə ixtisaslaşmış hüquq və vergi xidmətləri göstərən şirkətdir. Bu günə qədər 150-dən çox müştəriyə xidmət göstərmiş şirkət, korporativ, kommersiya, əmək, vergi, maliyyə, əqli mülkiyyət və hüququn digər sahələrində, həmçinin vergi konsaltinqi üzrə tam autsorsinq həlləri təqdim edir.

 

Əsas xidmətləri ilə yanaşı, korporativ sosial məsuliyyət layihələrində də fəal iştirak edən şirkət, Azərbaycanın regionlarında fəaliyyət göstərən vəkillər və sosial işçilərlə birlikdə qaçqınlara pulsuz hüquqi yardım göstərmək məqsədilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə əməkdaşlıq edir.

 

"Turan Legal and Tax Services" şirkəti 2022 və 2024-cü illərdə Legal 500 EMEA reytinqində “Aparıcı Şirkət” kimi tanınmış, 2023-cü ildə isə IFLR1000-ə daxil olmuşdur. Şirkətin müştəriləri arasında "Pasha Travel", "Tabaterra", "Push30", "Sea Breeze", "Landau School", "Sabah Hub", "Prosol", "Supertoys", "Parla Pharmaceuticals" və digər şirkətlər yer alır.

GULTEKIN

Gültekin Logistics MMC – Qızıl Üzv

Şirzad Mustafayev – Direktor 

Əlaqə telefonu: (+994 50) 669 99 11

Ünvan:  Bakı şəhəri Babək Plaza B bloku 7- ci mərtəbə

[email protected]

 

Gültekin Transportation nəqliyyat sektorunda uzun illərin təcrübəsi və etibarı ilə xidmət edir. Şirkət təsis edildiyi gündən etibarən müştəri məmnuniyyətinə üstünlük verərək nəqliyyat sahəsində keyfiyyətli və peşəkar həllər təqdim etməyi hədəfləyir.

 

Şirkət nəqliyyat proseslərinin hər bir mərhələsində diqqətlə işləyir və müştərilərinin əşyalarını yeni ünvanlarına təhlükəsiz şəkildə çatdırır. Təcrübəli və təlim keçmiş komanda nəqliyyat xidmətlərinin hər bir detalını ustalıqla öyrənərək hər cür hərəkətli ehtiyaclara uyğun həllər təklif edir. Müştərilərin əşyalarının daşınmasının hər bir mərhələsində - paketdən nəqliyyata, montaj və sökülmədən yerləşdirilməyə qədər peşəkar dəstək verir.

 

Gültekin Nakliyat önzünün müasir nəqliyyat donanması və dövlət avadanlığı ilə şəhərdaxili və şəhərlərarası nəqliyyat xidmətlərində etibarlılığını sübut etmişdir. Müştəri yönümlü yanaşması ilə müştəriləriə ən yüksək səviyyədə xidmət göstərilməsini öz fəaliyyət prinsipi olaraq qəbul etmişdir. Şirkətin məqsədi hər zaman ən yaxşı xidmət göstərməkdir buna görə sektorda baş verən yenilikləri izləyərək daim təkmilləşməni tətbiq edir.

GUVEN TOUR

Güven Tour - Standart Üzv

Fatih Güven – Direktor 

Əlaqə telefonu: (+99412) 498 98 58

www.guventour.com

 

“Güven Tour” MMC müştərilərinə aşağıdakı xidmətləri təklif edir:

  • Biletlərin  bronlaşdırılması 
  • Dünyanin istənilən nöqtəsində otel rezervasiyası
  • Transfer xidməti
  • Xaricdə ekskursiya,müalicəvi,toy və s. turların təşkili
  • Viza xidmətlərinin göstərilməsi
HANOGLU

Hanoğlu Baklava- Standart Üzv

Xanoğlan Ramazanov - Direktor

Əlaqə telefon: (+99450) 716 16 61

Ünvan: Bakı şəhəri Ceyhunbəy Hacıbəyli 53 f

[email protected]

 

10 sentyabr 2021-ci il tarixində “Hanoğlu” MMC olaraq fəaliyyətə başlamış “Hanoğlu Baklava & Lokum” bu gün də öz istehsalını davam etdirir.

 

Paxlava istehsalının incəliklərini mahir ustalardan alan və bunu ənənəvi hala gətirən komandamız həm türk, həm də azərbaycanlı vətəndaşlardan ibarətdir.

 

Məhsullarda istifadə edilən fıstıq Türkiyənin Gaziantep bölgəsində istehsalçıdan birbaşa alınaraq içliyi qabığı qırılmış formada Azərbaycana gətirilir. Paxlavalar kərə yağından hazırlanır və tərkibində qlükoza yoxdur. Təbii və keyfiyyətli məhsullardan hazırlandığı üçün mədədə narahatlıq hissi yaratmır.

 

“Hanoğlu Baklava və Lokum” tam keyfiyyətli və təbii tərkibə məxsus məhsulları ilə müştərilərin damaq zövqünə xitab etmək üçün fəaliyyətini davamlı olaraq təkmilləşdirməyə çalışır.

HILTON

Hilton hoteli – Standart Üzv

Aykut Korkmaz- Direktor

Əlaqə telefonu:  (012) 464 50 00

Ünvan: Bakı şəhəri Azadlıq prospekti 1B

 

Hilton Baku - ən müasir avadanlıqla təchiz olunmuş, nəfis interyerli geniş nömrələrdə və komfortlu lükslərdə unudulmaz istirahət deməkdir.

 

Yüksək sürətli İnternetə çıxış və fərdi iş yeri olduğuna görə müştərilər nömrəni tərk etmədən işləmək imkanına malikdir. Daha çox genişlik və dəbdəbə arzulayan müştərilərə “Executive Lounge” təklif edilir, bura 17-ci mərtəbə hündürlükdən şəhərin gözəlliyindən həzz almaq üçün eksklüziv giriş də daxildir.

 

Restoran və barlar:

CILANTRO – möhtəşəm restoranda nəfis Aralıq dənizi mətbəxi və Orta Asiyanın ekzotik yeməkləri Sizi gözləyir.

SUGAR LOUNGE – öz nəfis atmosferi ilə valeh edir. Burada Siz bütün gün ərzində bir fincan ətirli çaydan və yüngül qəlyanaltılardan həzz ala bilərsiniz.

Sky Grill – 24-cü mərtəbədə yerləşən dəbdəbəli restoranın pəncərəsindən siz şəhərin və Xəzər dənizinin gözəl mənzərələrinə baxıb zövq ala, həmçinin ət və təzə dəniz məhsullarından heyranedici yeməklərdən dada bilərsiniz.

360 – otelin 25-ci mərtəbəsində yerləşən öz oxu ətrafında fırlanan barda bizim barmenlərin başgicəlləndirici kokteyllərinin qarşısında tab gətirə bilməyəcəksiniz. Orijinal yeməklərdən dadın və şəhərin gecə mənzərəsindən ləzzət alın. 

Xəzər dənizinin sahilində, şəhərin ən mərkəzində yerləşən müasir və möhtəşəm Hilton Baku otelinin pəncərəsindən açılan valehedici mənzərədən zövq alın.

 

Konfrans və tədbirlər

Ümumi sahəsi 2300 m2-dən çox olan konfrans-zallarının mövcudluğuna görə mehmanxanada sərgilər və toylar daxil olmaqla, müxtəlif miqyasda bütün növ tədbirlərin keçirilməsi mümkündür. Müştərilərə aşağıdakılar təklif edilir:

  • Maksimal tutumu 700 nəfərədək qonağın olduğu 18 konfrans-zal.
  • Bakıda ən geniş zallardan biri olan, 661 kv.m. sahəsi olan böyük zal.
  • Ağır avadanlığı və hətta minik avtomobillərini qaldırmağa qadir olan yük lifti.
  • Yüksək sürətli simsiz İnternetə giriş.
  • Tədbirlərin keçirilməsinə dəstək üçün zəruri avadanlıqla təchiz edilmiş biznes-mərkəz.

 

Otaqlar

Nömrələr 5-dən 21-ə qədər olan mərtəbələrdə yerləşir. Ümumilikdə 309 nömrə mövcuddur: 103 bir böyük çarpayılı standart nömrə, 49 iki ayrılmış çarpayılı standart nömrə, 15 Delyuks standart nömrə, 26 bir böyük çarpayılı Executive təmsilçilik nömrəsi, 13 iki ayrılmış çarpayılı Executive yaxşılaşdırılmış nömrə, 35 bir böyük çarpayılı təmsilçilik nömrəsi, 27 birotaqlı ailəvi nömrə, 2 təmsilçilik ikiotaqlı ailəvi nömrə, 35 lüks nömrə və 1 Prezident lüksü

 

Eforea Spa

Hilton Baku otelinin 23-cü mərtəbəsində Eforea spa-mərkəzi yerləşir, burada Siz simanızı dəyişdirə və rahatlana bilərsiniz. Hilton otellərinin yeni spa-konsepsiyası qonaqlarına geniş seçimdə müalicəvi və kosmetik proseduraları təqdim edir. Komfortlu mühitdə relaksasiya və cavanlaşdırma üçün ideal şərait, 23-cü mərtəbənin hündürlüyündən Bakının və Xəzər dənizinin cəlbedici gözəlliyi eforea spa-mərkəzini sehrli atmosferlə doldurur. Eləcə də idmanla məşğul olmaq üçün spa-mərkəzdə trenajor zalı və qapalı hovuz nəzərdə tutulmuşdur.

HUNER GROUP

HUNER GROUP – Qızıl üzv

Ehtiram Quliyev – Təsisçi və Baş Direktor

Əlaqə telefonu: (012) 409 00 44   (050) 409 00 44

Ünvan: Bakı şəhəri Ağ Şəhər, Park rayonu, 1-ci Şərq küçəsi, 5

[email protected]

 

Xidmət göstərdiyi bütün sahələrdə uğurlu nəticələr əldə edən Huner Group fərqli yanaşması, yaradıcı həlləri, özünəməxsus tərzi və peşəkar komandası ilə müxtəlif layihələr həyata keçirir.

 

Vizyonu:

Şirkətin fəaliyyət göstərdiyi sektorlarda, beynəlxalq keyfiyyət standartlarını qorumaq, etibarlı və nüfuzlu marka dəyərini ölkəmizdə və dünya arenasında daim artıraraq, davamlılığını təmin etməkdir.

 

Missiyası:

Xidmət göstərdiyi sahələrdə zəngin təcrübələri ilə iqtisadiyyatın və cəmiyyətin inkişafı üçün əhəmiyyətli işlər həyata keçirən, sektorunda fərqli yanaşması və keyfiyyəti ilə rəğbət duyulan şirkət olmaqdır.

 

Dəyərləri və etik normaları:

Ünsiyyət və səmimiyyət – Statusundan asılı olmayaraq insanlarla səmimi ünsiyyət içərisində olmaq, insan münasibətlərini dürüstlük, güvənirlilik, nəzakət və etika çərçivəsində qurmaq kollektivin ortaq dəyərləridir.

Şəffaflıq, etibarlılıq və ədalətlilik – Biznes etikası, iş mühitinə yanaşması, qərarları, başda əməkdaşları və müştəriləri olmaqla ətraf mühitə münasibəti şəffaflıq, etibarlılıq və ədalətlilik prinsiplərinə əsaslanır.

Məsuliyyətli olmaq – Şirkət inanır ki, məqsəd və missiyasına uyğun olaraq gördüyü bütün işləri vaxtında və keyfiyyətlə icra etmək məsuliyyətli olmaq deməkdir. Bu şirkətin başlıca etik norması və dəyəridir.

Komanda ruhu – İşlərinin icrası, icrasıyla bərabər nəticəsi, məhsuldarlığı və xüsusilə pozitiv iş mühitinin yaradılması üçün komanda işi şirkəti birləşdirən ən vacib dəyərlərindən biridir.

HYATT REGENCY

“Hyatt Regency Baku” Mehmanxana  - Standart üzv

Orxan Ələkbərov – Baş Menecer

Əlaqə telefonu: (+99412) 490 12 34

Ünvan: Bakı şəhəri Yasamal rayonu, İzmir küçəsi 6

https: baku.regency.hyatt.com

[email protected]

 

1995-ci ilin may ayında açılmış Hyatt Regency Baku  strateji olaraq şəhərin alış -veriş və biznes mərkəzlərinin yaxınlığında yerləşən Bakıdakı ilk beynəlxalq beşulduzlu mehmanxanadır. Mehmanxana Neftçilər prospekti, Nizami küçəsi və mənzərəli Dənizkənarı Milli Parka beş dəqiqəlik məsafədə yerləşir. Heydər Əliyev Beynəlxalq Hava Limanına isə 30 dəqiqəlik məsafədədir.

 

Mehmanxana hovuz, bağ və ya şəhər mənzərəsi olan 159 premium geniş qonaq otağı təklif edir.

 

Otelin iclas və tədbir zallarında 350-yə qədər qonaq yerləşdirməklə istənilən tədbir üçün mükəmməl məkanlar təklif olunur. İstər yüksək səviyyəli görüşlər, istərsə konfrans və ya kiçik tədbirlər, ziyafətlər üçün uyğun olan 15 zal mövcuddur.

 

Mehmanxana ərazisində həmçinin Hyatt Regency İdman Mərkəzi və SPA fəaliyyət göstərir. Burada ən müasir idman zalı, geniş aerobika studiyası, bağlı və açıq hovuzlar, buxar və sauna otaqları, spa mərkəzi, tenis və skvoş meydançalarından istifadə edə bilərsiniz. Məşqlər peşəkar təlimçilər tərəfindən keçirilir.

ZIVELLA

Mesut Ofis Mebeli MMC (ZİVELLA) – Standart Üzv

Abdurrahman Uzun - Təsisçi

Əlaqə telefonu: (+99412) 5635353

Ünvan: Bakı şəhəri  Atatürk prospekti 34-D, 

[email protected]

 

Firma “Mesut Ofis Mebeli” olaraq Türkiyədə uzun illər əldə etdiyi təcrübələrlə 2003-cü ildən etibarən Azərbaycanda Zivella loqosu ilə fəaliyyətə başlamışdır.

 

Şirkət ofis mebeli, mətbəx mebeli, restoran, kafe, bar, stol-stulların satışı ilə məşğuldur. 

 

Zivella ötən müddət ərzində təklif etdiyi məhsulların keyfiyyətini artırdığı kimi kadrlarının da peşəkarlığını artıraraq, müştərilərinə problemsiz və yüksək səviyyəli xidmət təklif edir.

IBIS HOTEL

ibis Hotel – Qızıl Üzv

Camal Abdullayev - Direktor

Əlaqə telefonu: (+99412) 488 89 99

Ünvan: Bakı şəhəri Babək pr. 10C

 

Heydər Əliyev Beynəlxalq Hava Limanından cəmi 22 km məsafədə və Bakının biznes mərkəzinin tam mərkəzində yerləşən  ibis Hotel  həm işgüzar, həm də istirahət məqsədilə səyahət edənlər üçün ideal  qonaqlama yeridir.

 

Otel əsasən biznes, konqres, konfrans və sərgi mərkəzləri, eləcə də ən münasib qiymətə unikal qonaqlama və tədbir təşkili seçimləri təqdim edir. 

 

ibis Baku City Hotel obyektlərinə 202 tam kondisionerli yataq otağı daxildir.  Bütün qonaq otaqlarında, lobbi sahəsində və iclas otaqlarında yüksək sürətli Wi-Fi girişi mövcuddur. 

 

ibis Baku City kokteyl qəbullarınız, işgüzar funksiyalarınız, konfranslarınız, görüşləriniz və banketləriniz üçün hər biri ən müasir video/audio avadanlığı ilə təchiz olunmuş müxtəlif məkanlar təklif edir. ibis Baku City Hotel 3 gün işığı olan iclas zalında 250 nəfərə qədər qonaq üçün banketlər təqdim etməyə hazırdır. İşçi nahar əsas Restaurant Urbanfood74-də təqdim olunur.

 

IGA

IGA Import Group AZ- Qızıl Üzv

Rəşad Məmmədov – İcraçı Direktor

Əlaqə telefonu: (+994) 70 595 99 79   

Ünvan: Bakı şəhəri Üzeyir Hacıbəyov, 57

 

“İmport Group AZ” MMC şirkəti 2007-ci ildən Azərbaycanda tikinti-təmir, tikinti auditi, quraşdırma və layihələndirmə sektoru üzrə fəaliyyət göstərir. Şirkətin uğurlu fəaliyyətini təmin edən əsas amillərdən biri unikal layihələrin yüksək keyfiyyət göstəriciləri ilə dünya standartları səviyyəsində nəzərdə tutulan müddətlərdə icra edilməsidir. “İmport Group AZ” MMC şirkətinin işləri İSO 9001 və IDO 45001 standartlarına uyğun olaraq görülür.

 

ŞİRKƏT LAYİHƏLƏRİ AŞAĞIDAKI PRİNSİPLƏR ƏSASINDA HƏYATA KEÇİRİR:

  •  Sifarişçi tələbinə uyğun olaraq, resursların planlamasını təşkil etmək;
  • Tərəflər arası koordinasiyanı qurmaq və inkişaf etdirmək;
  • Görülən işlərin keyfiyyətinə diqqət etmək;
  • Layihəni vaxtında tamamlamaq və təhvil vermək.

 

Həmçinin, İGA şirkəti ən əlverişli topdan qiymətlərlə tikinti materialları və avadanlıqların tam inteqrasiyalı təchizatını təklif edir.

GEO PROJECT

GEO Project- Qızıl üzv

İlkin Əliyev – Direktor

Əlaqə telefonu: (+994 12) 496 08 06

Ünvan: Bakı şəhəri, Təbriz küçəsi. 64 (100), 3-cü mərtəbə

www.geoproject.az

 

“GEOPROJECT” MMC 2015-ci ildə yaradılmışdır. Şirkətin əsas misiyası insan həyatının, təbii ehtiyyatların və ətraf mühitin idarəedilməsi, inkişafı və təhlükəsizliyinin bir sıra istiqamətləri və sahələri üzrə planetimizdə böyük sürətlə yenilənən ən son elmi tərəqqinin və texnologiyaların mənimsənilməsində və tətbiq edilməsində aktiv fəaliyyət göstərməklə müxtəlif xidmətlər təqdim etməkdən ibarətdir. Yarandığı dövrdən etibarən GEOPROJECT” MMC ayrı-ayrı dövlət təşkilatlarının, yerli və xarici kompaniyaların və fiziki şəxslərin müraciətləri əsasında çoxsaylı uğurlu layihələr, o cümlədən tikinti və təmir işləri, mühəndisi axtarış işləri, topoqrafik tədqiqatlar, geodeziya ölçmələri, “GİS”- in tətbiqi, məkan məlumatlarının təchiz edilməsi və emalı, ərazi planlaşdırılması və digər xidmətlər üzrə böyük həcmdə layihələr həyata keçirmiş, beynəlxalq səviyyəli layihələrin icrası üzrə böyük təcrübəyə mailkdir. Şirkət inşaat prosesinin bütün mərhələlərində sərmayədarların (sifarişçilərin) qarşılaşdıqları məsələlərin həllində, yəni ideyanın yaranmasından layihənin həyata keçirilməsinə qədər bütün mərhələlərdə təcrübə toplamışdır.

 

Şirkət maliyyə cəhətdən dayanıqlığa, müasir texnologiyalara və yüksək potensiala sahib olmaqla, yerinə yetirlmiş işlərin keyfiyyəti, operativliyi və müştərilərə həssas münasibətinə görə Azərbaycan Respublikasında etibarlı və vicdanlı tərəfdaş kimi tanınmışdır.

 

Şirkətin məqsədi qarşıda duran vəzifələr üçün daha optimal həll yollarının təklif edilməsindən ibarətdir ki, bunlar da təkcə mövcud fəaliyyət növlərinin effektivliyinin artırılması ilə deyil, həmçinin daimi və potensial müştərilərin işgüzar maraqlarının daha geniş dairəsini əhatə etməklə istehlakçıların tələblərinə tam cavab verməlidir. Şirkət ən yaxşı inşaat şirkətlərindən biri olmağa və inşaat biznesinə yüksək texnoloji yanaşma nümayiş etdirməklə, lider adı qazanmağa can atır.

 

Təcrübə, peşə biliklərinin daim təkmilləşdirilməsi və sonsuz təxəyyül gücü bizim təkrarolunmaz, parlaq və yaddaqalan işlər görməyimizə imkan verir. Bizim komanda bir-biri ilə həmfikir olan mütəxəssislərdən ibarətdir ki, onlar da qeyri- standart problemlərin həllində təcrübəyə malikdirlər. Bizlərdən hər birimiz öz işini sevir və ən mükəmməl nəticələr əldə etməyə can ataraq yeni biliklərdən və qabaqcıl texnologiyalardan istifadə etməyə çalışır. Bizim şirkətin strukturu istehsalat, maliyyə və yüksək peşəkarlığa malik kadr ehtiyatlarından maksimum effektiv şəkildə istifadə etməyə imkan verir.

 

Peşəkar iş icraçılarının nəzarəti sayəsində “GEOPROJECT” MMC inşaat prosesinin istənilən mərhələsində hər hansı iş siklini operativ və keyfiyyətli şəkildə yerinə yetirir.

 

Keyfiyyət şöbəsinin səriştəli işçilərinin, həmçinin Əməyin mühafizəsi, Təhlükəsizlik Texnikası və Ətraf mühitin mühafizəsi üzrə mühəndisin yüksək peşəkarlığı sayəsində obyektlərdə iş qəzalarının sayı minimuma endirilir. Həm təhlükəsizlik texnikası, həm də ətraf mühit aspektləri üzrə bütün iş növləri üçün əvvəlcədən təlimat və dəyərləndirmə aparılır. Şirkətin rəhbərliyinin əməkdaşları dinləmək və onların təşəbbüslərini qəbul etmək bacarığı idarəemənin mükəmməlliyini göstərən mühüm faktordur və şübhəsiz, bu da Keyfiyyətin İdarə olunması Sisteminin tətbiqinə müsbət təsir göstərir.

 

“GEOPROJECT” MMC fəaliyyət istiqamətləri üzrə xidmətlərin yerinə yetirilməsi üçün müasir avadanlıqlara sahib olmaqla yüksək texniki imkanlara və əmlaka malikdir.

 

Cəmiyyətə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə tələb edilən fəaliyyət sahələri üzrə müvafiq qurumlar tərəfindən lisenziyalar və icazə sənədləri verilmişdir.

166

Yük Taksisi.AZ MMC- Qızıl üzv

Aqil Zeynalov – Baş Direktor

Əlaqə telefonu: 166,  (+994 50) 253 46 16 / (+994 50) 231 16 21

Ünvan: Bakı şəhəri, Yeni Həyat Plaza, Zərifə Əliyeva 55

 

Beynəlxalq yükdaşıma xidməti sizə digər ölkələrdən məhsulların gətirilməsi və ya sifarişlərinin çatdırılması xidmətlərini təqdim edir. Həm etibarlı həm də uyğun qiymətə yüklərinizi bizə həvalə edə bilərsiniz. Beynəlxalq yükdaşıma xidmətimiz istifadə olunan dasinma xidməti və ya nəqliyyatın növünə uyğun olaraq fərqlli qiymətlərə uyğun təklif edilir. Beynəlxaq yükdaşıma qanunlarına xüsusi riayət olunaraq, güvən hiss edəcəyiniz xidmət təqdim edilir.

 

Dünyanın bir sıra nöqtələrinə sürətli və münasib qiymətlərə daşınmaların təmin edilməsini, daşınma prosesinin başdan sonra şirkətin əməkdaşları tərəfindən nəzarətdə saxlanmasını, müştərilərinin operativ məlumatlandırılmasını və daşınmalarda təhlükəsizlik prinsiplərinə xüsusi diqqət ayrılmasını özlərinə prioritet seçiblər.

 

Şirkətin xidmətlərinə aşağıdakılar daxildir:

  • Dəmiryolu yükdaşimalari
  • Hava yükdaşimalari
  • Dəniz yolu ilə yükdaşima
  • Avtomobil yükdaşimalari

 

Beynəlxalq yükdaşımadan əlavə ölkədaxili yükdaşıma, kiçik ölçülü və zəruri hesab edilən əşyaların daşınması üçün nəzərdə tutulan yüngül yükdaşıma, həmçinin daha çox yüngül və az yüklərin daşınması üçün yük taksisi xidməti də fəaliyyət göstərir. 

 

Yalnız paytaxt və şəhərlərdə deyil, Azərbaycanda istənilən ünvanda xidmət göstərilir. 

IMPROTEX

Improtex MMM - Qızıl Üzv

Vüqar Ələkbərov –  Vitse Prezident

Əlaqə telefonu: (012) 498 02 27/28

Ünvan: Bakı şəhəri, 20 yanvar küçəsi, 33

 

“İmprotex" Şirkətlər Qrupu 1991-ci ildə yaranıb. Bir neçə il ərzində “İmprotex” şirkəti öz fəaliyyətini müxtəlif istiqamətlərdə inkişaf etdirərək adi turizm şirkətindən çoxşaxəli şirkətlər qrupuna çevrilib. Şirkət sadə turların təşkilatçılığından baş ofisi Bakıda yerləşən, BƏƏ və Çində nümayəndəliyi olan çoxşaxəli bir korporasiyaya qədər inkişaf yolu keçib. “Improtex Group” hazırda Azərbaycanda ən geniş və müvəffəqiyyət qazanmış holdinqlərdən biridir.

 

 

 

 

 

BAYRAMLI GORUP

Bayramlı GROUP MMC  - Qızıl Üzv

Cavid Bayramlı - Direktor

Əlaqə telefonu:  (+994 12) 465 66 42 / (+994 77) 360 22 21 

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov 17-2 , AZ1072

www.bayramligroup.com

 

BAYRAMLI GROUP 2017-ci ildə BAYRAMLI GROUP DIŞ TİCARET LİMİTED ŞİRKETİ olaraq İstanbulda təsis olundu. Əsas fəaliyyət istiqamətini keçmiş sovet, ərəb və şərqi Avropa ölkələrinə laboratoriya və kosmetologiya məhsullarının Türkiyədən ixracatı və tranzit satışı üzərində quran Şirkət 2018-ci ildə Bakıda BAYRAML GROUP MMC  olaraq növbəti filialını açdı. Hal-hazırda şirkət Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Qətər, Bəhreyn, BƏƏ, Oman, Liviya, Bolgarıstan və Kosovada dövlət və özəl laboratoriya və xəstəxanalarla əməkdaşlıq edir. Laboratoriya sahəsində klinik diaqnostik, qida, fitosanitar və veterinar laboratoriyaların layihələndirilməsi və konsultasiyası və eyni zamanda laborator avadanlıqların və reaktivlərin təchizatını həyata keçirir. 2019-cu ildə BAYRAMLI GROUP MMC tərkibində Sophiss markası olaraq kosmetika sahəsində fəaliyyətə başlayan Şirkət bir neçə Avropa markasının Azərbaycan üzrə nümayəndəsidir.

 

BAYRAMLI GROUP MMC fəaliyyət göstərdiyi bütün sahələrdə əsas hədəfi yeni bazarların tapılması və o bazarlarda Azərbaycan və Türkiyəni layiqincə təmsil etməkdir.

INPROCON

İNPROCON – Standart üzv

Elnur Nəcəfli – Direktor 

Əlaqə telefonu: (012) 488 07 51

Ünvan: Bakı şəhəri, Babək prospekti 1131, Babək Plaza blok C, Ofis 8-3 ,  AZ1025 Bakı

www.inprocon.eu

 

İNPROCON layihələrin idarə edilməsi, məsləhətçilik və inşaat xidmətlərinin göstərilməsində ixtisaslaşmış və dünyanın bəzi olkələrində fəaliyyət göstərən bir Alman şirkətidir. Azərbaycan, Rusiya, Qazaxıstan, Çin, Qətər, Efiopiya və dünyanın digər dövlətlərində təsis edilmiş filiallarla müxtəlif regionlarda müvəffəqiyyətlə çalışmaqdadır. Azərbaycanda İNPROCON 2011-ci ildən etibarən fəaliyyət göstərməkdədir. Bu illər ərzində müxtəlif iri və orta layihələr İNPROCON tərəfindən müvəffəqiyyətlə tamamlanıb, təhvil verilmişdir.

 

İNPROCON sənaye, neft-kimya zavodları, elektrik stansiyaları, bərpa edilə bilən enerji məmbələri parkları, infrastruktur, idman qurğuları, çox mərtəbəli binalar, ofis və yaşayış binaları layihələrinin idarə ediməsi və texniki nəzarətin həyata keçirilməsində geniş təcrübəyə və lazımi potensiala malikdir.

 

İNPROCON texniki-iqtisadi əsaslandırmaların, tender sənədlərinin hazırlanmasından başlayaraq, layihələndirmənin yoxlanılması və koordinasiyası, müqavilələrin tərtibi və administrasiyası, layihə və inşaatın idarə edilməsi, kefiyyətin təmin edilməsi və nazarəti də daxil olmaqla, layihənin tam təhvil verilməsi mərhələsinə qədər layihələrin istənilən mərhələlərində yüksək keyfiyyətlə xidmət göstərmək iqtidarındadır. İNPROCON həm sifarişçi nümayyəndəsi kimi, həm də baş podratçı şirkətləri adından layihələrin idarə edilməsində böyük təcrübə toplamışdır. Bu da öz növbəsində layihədə yarana biləcək problemlərin vaxtında aşkarlanması və qabaqlayıcı tədbirlərin görülməsini mümkün və layihənin müvəffəqiyyətini təmin edir.

 

İNPROCON MMC  INPROCON şirkətlər qrupunun üzvü olaraq, qrupdaxili resurslarından istifadə etmək iqtidarındadır. Bu da öz növbəsində İNPROCON MMC-yə xidmətlərin keyfiyyətini yüksəltmək imkanı yaradır. 

 

İNPROCON əsas etibarilə aşığıda qeyd edilmiş iş növləri üzrə yüksək keyfiyyətli inşaat xidmətlərini münasib qiymətlərlə icra etmək iqtidarındadır:

 

Abadlıq işləri (Hard Landscaping)

Yol inşaat işləri (Road construction)

Tamamlama işləri (Fit-out)

Beton dəlik və kəsim işləri (Concrete drilling and cutting)

Kiçik və orta həcmli metal-konstruksiya istehsalı və quraşdırılması

Kiçik və orta həcmli fasad işləri

Kiçik və orta həcmli elektrik işləri (zəif axın daxil)

Kiçik və orta həcmli dəmir-beton işləri

 

Əsas xidmətlərlə yanaşı, İNPROCON təchizat və satınalma xidmətləri də təklif edir.

INTERTEK

İntertek Makina – Standart Üzv

Hüseyin Bilek – Direktor

Əlaqə telefonu: (012) 310 53 73

Ünvan: Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsi, 1195-ci məhəllə ev 9. mənzil 26.

 

“İntertek Makina Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı, “Uygunlar DIS TİCARET A.Ş”. Grupunun tərkibində olaraq Yol tikintisi və İnşaatı üzrə ixtisaslaşmış nəqliyyyat vasitələrinin və xüsusi texnikalarının Azərbaycanda satışını həyata keçirir.

 

18 ildir uğurla fəaliyyət göstərən biznes qrupu Yol tikintisi və Dağ-mədən texnikaları, xüsusi ixtisaslaşmış anbar texnika və avadanlıqlarının satışı, texniki xidməti və ehtiyat hissə təminatını təşkil edir.

 

“İntertek Makina Anonim şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı Çin, Türkiyə və bir çox Avropa ölkələrinin ən qabaqcıl brendlərini müştərilərə təklif edərək, göstərdiyi yüksək xidməti ilə müştərilərini məmnun etməkdədir.

ITECA

“Iteca Caspian LLC” şirkəti – Standart Üzv

Fərid Məmmədov – Regional direktor

Əlaqə telefonu: (012) 404 10 00

Ünvan: Bakı şəhəri, Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 7-ci mərtəbə

www.iteca.az

 

Xəzər regionunun ən böyük sərgi və konfranslarının təşkilatçısı “Iteca Caspian LLC” şirkəti aparıcı sərgi və konfrans təşkilatçılarından biri - “ITE Group plc” şirkətinin tərəfdaşıdır və 2000-ci ildə təsis edilmişdir. “Iteca Caspian LLC” şirkəti hər il Azərbaycan və Gürcüstanda 20-dən çox sərgi və konfrans təşkil edir. Şirkətin təşkil etdiyi sərgilərin siyahısına aşağıdakılar daxildir: Neft və Qaz, İnşaat, Telekommunikasiya Vasitələri və İnformasiya Texnologiyaları, Mühafizə və Təhlükəsizlik, Qida Sənayesi, Kənd Təsərrüfatı, Nəqliyyat, Səhiyyə, Gözəllik və Sağlamlıq, Səyahət və Turizm, Qonaqpərvərlik (Otel işi) Sənayesi, Təhsil və Karyera, Ekologiya.

 

Artıq uzun illərdir ki, Azərbaycanda keçirilən bu sərgilər hər il Ümumdünya Sərgi Sənayesi Assosiasiyası (UFİ) tərəfindən təşkilat səviyyəsinin auditindən keçir. “UFİ tərəfindən bəyənilmişdir” nişanı “Neft və Qaz” (“Caspian Oil & Gas”), “İnşaat” (BakuBuild), “Qida Sənayesi” (“WorldFood Azerbaijan”), “Səhiyyə” (“BIHE”), “Telekommunikasiya və İnformasiya Texnologiyaları” (“BakuTel”) və “Turizm və Səyahət” (“AITF”) sərgilərinə verilmişdir və bu, sərgilərin yüksək təşkilatçılıq səviyyəsinə və statistik göstəricilərin doğruluğuna dəlalət edir.

 

Sərgilər rəsmi olaraq Azərbaycanın dövlət strukturları tərəfindən dəstəklənir. Bu sərgilərdən bəziləri isə Birləşmiş Millətlər Təşkilatı (BMT), Beynəlxalq Elektrik Rabitə İttifaqı (BERİ), Ümumdünya Turist Təşkilatı və Hökumətlərarası TRASEKA Komissiyasının Daimi Katibliyi kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də dəstək alır. Sərgi iştirakçılarının coğrafiyası orta hesabla dünyanın 50-dən çox ölkəsini əhatə edir. “Iteca Caspian LLC” şirkəti və onun təşkil etdiyi sərgilər dəfələrlə “Sərgilərin təşkili sahəsində ilin şirkəti”, “1 nömrəli sərgi markası” və s. bu kimi nominasiyalarda müxtəlif mükafatların laureatı olmuşdur.

 

Fəaliyyət göstərdiyi illər ərzində, “Iteca Caspian LLC” şirkətinin təşkil etdiyi sərgilər geniş ictimaiyyət arasında populyarlıq və etimad qazanmağa müvəffəq olmuşdur.

NORM BMS

”Norm Otomasyon Elektromekanik İthalat ihracat Sanayi ic ve O.s. Ticaret Limited” – Qızıl üzv 

Erdem Ercin – Baş Direktor

Əlaqə telefonu: (+994 12) 555 60 58

Ünvan: Afen Plaza-nın girişi,  Showroom Schnayder Electric

 

Avtomatik mühəndislik şirkəti «NORM OTOMASYON», nəzarət sistemləri və ağıllı ev sisteminin qurulmasını satır. Şirkətdə xarici layihələr üzrə bir çox heyət üzvləri çalışır. Şirkət Azərbaycanda və Qafqazda bir çox layihələr tətbiq edib

KOLIN
KOSHEBASHI

Köşebaşı MMC  - Qızıl Üzv

Seymur Bünyatov – Direktor 

Əlaqə telefonu: (+994 12) 564 85 00

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küç.15 A

 

Köşebaşı MMC 2013-cü ildən etibarən Azərbaycanda fəaliyyət göstərməyə başlayan türk mətbəxinə aid restoran olmaqla, 10 ildən çoxdur ki, peşəkar işçi heyəti ilə yerli və beynəlxalq müştərilərə xidmət göstərməkdədir. İstər keyfiyyət, istər xidmət, istərsə də ləzzət baxımından fəaliyyətdə olduğu illər boyunca daima qonaqların rəğbətini qazanmışdır. Professional işçi heyəti və göstərilən yüksək xidmət ilə istənilən tədbir, görüş və qonaqlama baxımından daima ən öndə olmuşdur. 

KPMG

KPMG in Azerbaijan – Qızıl Üzv

Səbuhi Əbülhəsənli – İdarəedici Partnyor

Əlaqə telefonu: +994 51 667 5768

Ünvan: Port Baku South Tower | 153 Neftchilar ave | Baku AZ1010

 

 “KPMG” peşəkar audit, vergi və məsləhət xidmətləri göstərən müstəqil şirkətlərin qlobal təşkilatıdır. “KPMG International Limited” (“KPMG International”) şirkətinə üzv şirkətlər “KPMG” brendi altında fəaliyyət göstərir və peşəkar xidmətlər təqdim edirlər. “KPMG” dedikdə, “KPMG” təşkilatı daxilində ayrı-ayrı üzv şirkətlər və ya bir yaxud kollektiv şəkildə bir neçə üzv şirkət nəzərdə tutulur. “KPMG” şirkətləri 143 ölkə və ərazidə fəaliyyət göstərir və bütün dünya üzrə üzv şirkətlərdə 270,000-dən çox partnyor və əməkdaş çalışır.

 

Hər bir “KPMG” şirkəti hüquqi baxımdan müstəqil və ayrıca hüquqi şəxsdir və özünü bu cür təqdim edir. “KPMG”-yə üzv olan hər bir şirkət öz öhdəlikləri üzrə məsuliyyət daşıyır. “KPMG International Limited” məsuliyyəti zəmanətlə məhdudlaşdırılmış özəl ingilis şirkətidir. “KPMG International Limited” və onun əlaqəli müəssisələri müştərilərə xidmətlər göstərmirlər.

 

KPMG 1998-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və hazırda şirkətin ofisində 160-yə yaxın əməkdaş çalışır.

 

Şirkətin məqsəd və hədəfi biliyini müştərilərinin, əməkdaşlarının və dünyanın kapital bazarları üçün faydaya çevirməkdir. 

QALA HAYAT

Qala Həyat Sığorta ASC- Gümüş Üzv

Anar Talıbov – Sədr 

Əlaqə telefonu: 1540 / (+994 12) 404-77-74

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi 5a

 

“Qala Həyat” Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti 13 041 600 AZN nizamnamə kapitalına malik olan ölkənin ən aparıcı həyat sığortası şirkətlərindən biridir. Şirkətin əsas səhmdarı aktivlərinin həcminə görə ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” ASC-dir.

 

İri həcmli nizamnamə kapitalı ilə sığorta bazarının əsas iştirakçısı olan “Qala Həyat” Sığorta Şirkətinin əsas fəaliyyət istiqaməti və məqsədi sərfəli həyat sığortası məhsulları təqdim etməklə Azərbaycan xalqına güvənli və etibarlı sığorta xidməti göstərməkdir.

 

Təsis edildiyi gündən öz fəaliyyətini yüksək keyfiyyətli xidmət və beynəlxalq idarəetmə sistemi və standartları əsasında quran “Qala Həyat” Sığorta Şirkəti sığorta sahəsində yüksək təcrübəli peşəkarlardan ibarət komandaya malikdir.

 

Hazırda şirkət müştərilərə sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş həyat sığortası siniflərinə aid bütün növ məhsulları təqdim edir.

 

“Qala Həyat” Sığorta Şirkəti İcbari Sığorta Bürosunun, həmçinin AMCHAM, “Caspian European Club”, Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının üzvüdür. 

QARANT INSHAAT

Qarant İnşaat – Standart Üzv

Sovetxan Kazımov -  Direktor

Əlaqə telefonu: +994 51 555 07 07

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 35

 

2010-cu ildə fəaliyyətinə MMC- kimi başlayan “Qarant İnşaat”, 2020-ci ildən öz fəaliyyətini MTK hüquqi statusunda davam etdirməkdədir. Hündürmərtəbəli binaların tikintisinə yönəlmiş “ Qarant İnşaat” MTK hal-hazırda Nəsimi rayonu, 20 Yanvar küçəsi 35 ünvanında 16 mərtəbəli, yüksək keyfiyyət infrastrukturlu binanın tikintisini yekunlaşdırmaqdadır.  Master işçi qüvvəsi, yüksək standartlara cavab verən materiallarla tikilən bina hər bir sakinin istəyinə uyğundur. 

 

LB AUDIT

L.B.Consulting MMC -  Standart Üzv

Lamiyə Bayramova - Direktor

Əlaqə telefonu: (012) 436 96 75

Ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti 42/42

 

L.B.Consulting MMC beynəlxalq səviyyədə effektiv və faydalı şəkildə konsaltinq xidmətləri təklif edən aparıcı şirkətdir.  L.B.Konsaltinq UİA üzvüdür Şirkət Azərbaycanda fəaliyyət göstərən yerli və xarici şirkətlərə müxtəlif sektorlarda korporativ, özəlləşdirmə, bank fəaliyyəti, vergi, intellektual mülkiyyət, əmək, kommersiya hüquqları, müqavilələrin hazIrlanması, Qanunvericiliyin hüquqi analizi, hüquqi qeydiyyat, hüquqi sənədlərin tərcüməsi, maliyyə, maliyyə hesabatlarının BMHS standartlarına uyğun tərtib edilmiş maliyyə hesabatlarına transformasiyasını, mühasibat uçotu, vergi  məsələləri, miqrasiya hüququ, fərdi ( iş ) icazələrinin alınmasına dair, əmək qanunvericiliyi və mülki qanunvericilik üzrə məsləhət xidmətləri (konsaltinq) təklif edir.

LEZIZ CATERING

Ləziz Catering MMC- Gümüş Üzv

Eyyub Cavanşirov- Direktor

Əlaqə telefonu: (+994 50) 559 91 11

Ünvan: Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə 1022 

 

"Ləziz Catering" yeni yaranan şirkət olmasına baxmayaraq, işə professional yanaşması, yüksək səviyyəli xidməti və keyfiyyətə önəm verməsi ilə qısa zamanda ətrafına geniş müştəri kontingenti toplayaraq seçilmiş bir marka olmaq yolunda irəliləyir. 2014-cü ildən fəaliyyətə başlayan "Ləziz Catering" 500 kv.m-dən artıq ərazidə dünya standartlarına cavab verən müasir mətbəx avadanlıqları ilə təchiz edilib.

 

Keyfiyyətli məhsul və xidmət prinsipini əsas götürən Şirkət gülərüzlü, gənc, dinamik kollektivi ilə müştərilərinin sağlam qidalanmalarına öz töhfəsini verir. Azərbaycanlı və türk aşbazların hazırladıqları bir-birindən ləziz yemək çeşidləri sırasında iki qardaş xalqın mətbəxinin əvəzolunmaz dadları üstünlük təşkil edir.

ISTANBUL CARSHI

İstanbul Çarşı Import Export Ltd - Qızıl Üzv

Cemal Yangın – İdarə Heyətinin Sədri

Əlaqə telefonu: (012) 498 20 86 / 498 00 48

Ünvan: Bakı şəhəri, Gülbala Əliyev N 9 Bayıl

www.istanbulcarsi.com

 

“Istanbul Çarşı Import & Export Ltd” şirkətinin təməli 1994-cü ildə Azərbaycanın paytaxtı Bakı şəhərində qoyulmuşdur. Şirkət tikinti avadanlıqları sahəsində tanınmış dünya markalarının distributоru olaraq, bu markaların Azərbaycan və Gürcüstanda nümayəndəsi və beynəlxalq ticarəti ilə məşğuldur. Şirkət alüminium fasad və pəncərə sistemləri, pvc qapı pəncərə sistemləri hazırlayır. Həmçinin, müştərilərinə satış sonrası texniki xidmət göstərməkdədir. Istanbul Çarşı Import & Export Ltd eyni zamanda, şirkət daxilindəki inşaat qrupu ilə tikinti işləri aparır. Türkiyədə və dünyanın digər ölkələrində texniki təhsil almış işçiləri ilə bazarda öz yerini tutmuş Şirkət Azərbaycan bazarında daimi olduğunu bu günə qədər gördüyü işləri ilə sübut etmişdir. İri layihələrdə tikinti işləri aparır, proyekt və işçilərlə əlaqədar layihə hazırlayaraq interyerlə birlikdə tam təhvil verir.

 

Şirkətin Gürcüstanda “Geo construction Ltd”, Əlcəzairdə “Sarl Istanbul pvc&alımınyum ltd” və “Sarl blue lıne ltd” adlı yeni fialları açılmışdır.

CDC

“Caspian Drilinq Kompani Ltd” MMC – Qızıl Üzv

Elçin Ağakişiyev - Direktor

Əlaqə telefonu: (012) 404 41 80 

Ünvan: Bakı şəhəri, Nəsib bəy Yusifbəyli küçəsi 116A 

 

26 illik fəaliyyət tarixi olan “Kaspian Drilinq Kompani Ltd” MMC özünü Xəzər dənizinin qazma sənayesində qabaqcıl şirkət kimi tanıtmışdır.

 

“Kaspian Drilinq Kompani Ltd” MMC şirkətinin əsas heyəti (yerli və xarici) neft və qaz sənayesində 25-35 illik beynəlxalq təcrübəyə malik qazma, geologiya, mühəndis, dənizçilik, elektrik və mexanika sahələri üzrə təhsilli işçilərdən ibarətdir. 

 

Ümumilikdə, şirkətdə 650 dən çox əməkdaş çalışır. Xəzər dəniz regionunda qazma əməliyyatlarının yerinə yetirilməsi məqsədi ilə Dədə Qorqud, İstiqlal və Heydər Əliyev yarımdalma qazma qurğuları “Kaspian Drilinq Kompani Ltd” MMC şirkətinin istifadəsinə verilmişdir. 

 

“Kaspian Drilinq Kompani Ltd” MMC şirkətinin kəşfiyyat qazma əməliyyatları nəticəsində Azəri-Çıraq-Günəşli və Şah Dəniz yataqları kəşf edilmişdir. Şirkətinin məqsədi öz fəaliyyətini yalnız Xəzər dənizində davam etdirmək deyil, həmçinin beynəlxalq neft və qaz layihələrində iştirak etməklə özünü dünya miqyasında da tanıtdırmaqdadır.

BETA TEA

“Bayce” Limited şirkəti – Standart Üzv

Hasan Haykıran- Direktor 

Əlaqə telefonu: (+994 12) 408 66 95/96

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti  2061-ci məhəllə

 

“Beta Gıda Sanayi ve Ticaret A.Ş.”-ın əsası 1978-ci ildə kiçik bir müəssisə olaraq Adanada qoyulmuşdur.

 

İlk illərdə qeyri-qida məhsullarının ticarəti ilə fəaliyyət göstərsə də, zaman keçdikcə fəaliyyətini brendləməni təmin etdiyi qida sektoruna dəyişmişdir.


Türkiyəyə idxal çayı gətirən ilk firma olan “Beta Gıda” türk istehlakçısına fərqli ləzzət təqdim etmişdir. MDB ölkələrinə çay idxal edən ilk özəl müəssisə məhz Beta olmuşdur.

 

“Beta Gıda” bu gün Azərbaycan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan, Rusiya və İraq kimi ölkələrdə bir sıra brendləri ilə fəaliyyət göstərməkdədir. Amerika, Orta Şərq və Şərqi Avropa bazarlarına girişlər isə davam etməkdədir.

 

“Beta Tea”, “Bayce”, “Champion” və “Howhad Brand” brendləri “Beta A.Ş.”-ın çay sektorunda dünya miqyasında fəaliyyət göstərən 4 əsas brendidir. Brendlərinə olan inamı hər zaman qorumağa var qüvvəsi ilə çalışan “Beta Gıda” illər keçdikcə daha da güclənərək fərqli məhsul qruplarına daxil olmuşdur. Fərqli qida sahələrində fəaliyyətini çox uğurlu və keyfiyyətli “Benuta”, “Beta Caffito”, “Xəzər çay”, “Hazella”, “Nussa”, “Besta”, “Snax”, “Funcy” kimi brendlərlə davam etdirir.


Adana şəhərində Hacı Sabancı Mütəşəkkil Sənaye Bölgəsində yerləşən qida qablaşdırma müəssisəsində ən son texnologiya ilə təmin olunmuş “Beta Gıda” Türkiyədə və Türkiyədən kənarda öz müştərilərinə xidmət göstərməkdədir.

 

Son illərdə Trabzonda Sürmənə bölgəsində çay fabrikini satın alan “Beta A.Ş.” türk çayını beynəlxalq standartlara uyğun istehsal etməyə başlamışdır.

LOYAL COMPANY
LUXE HOME
MATRIXPRO
MGM GROUP

MGM Group- Qızıl üzv

Muhammed Güven – Təsisçisi 

Əlaqə telefonu: (012) 480 18 12

Ünvan : Bakı şəhəri, Dəmirçi Plaza 

 

MGM GROUP AZERBAIJAN 2017-ci ildən təsis edilib və bu gün təhlükəsizlik sistemləri sahəsində, (CCTV, elektron idarə etmə, qiriş-nəzarət sistemləri, və s.) böyük təcrübəyə malikdir. Eyni zamanda bir sıra tanınmış şirkətlərin Azərbaycanda yeganə distribyutoru və inteqratordur. Şirkət fiziki şəxslərdən və kiçik müəssisələrdən tutmuş, dövlət idarələri (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi) və iri şirkətlərə qədər (Bakı Abadlıq Xidməti, PMD, Sea Breeze Resort, Fortis Group, Sumqayıt Kimya Zavodu və s.) geniş müştəri dairəsi ilə əməkdaşlıq edir. Belə ki, şirkət olaraq bütün müştərilərə zəmanətli və keyfiyyətli xidmət və məhsul təqdim edir. 



Xidmətləri:

Video müşahidə sistemlərinin təchizatı və quraşdırılması.
Təhlükəsizlik sistemlərinin təchizatı və quraşdırılması (Şlaqbaum, Turniket.)
Acsess Control sistemlərinin təchizatı və quraşdırılması (Barmaq izi , Üz tanıma və s.)
Sistemləşdirilmiş kabellərin çəkilişi.
Səs sistemlərinin təchizatı və quraşdırılması.
Elektron kilidlərin təchizatı və quraşdırılması.
Ümumi texniki xidmətlərin göstərilməsi.

NABUCCO

Nabucco Memarlıq və İnşaat MMC - Standart Üzv

Kamaləddin Mənsimov - Baş Direktor

Əlaqə telefonu: (+994 12) 530 62 03 

Ünvan: 1058 Tbilisi küçəsi, ev 34

nabucco.az

 

“Nabucco A&C” MMC fəaliyyətinə 2009-cü ildən başlamışdır. Bu zaman ərzində bir çox kənd təsərrüfatı, sənaye və kommersiya təyinatlı tam komplektli germetik polad binaların layihələndirilməsi, istehsalı, çatdırılması, quraşdırılması və servisini həyata keçirmişdir. Yarandığı gündən yüksək keyfiyyəti, davamlı inkişafı və peşəkarlığı  rəhbər tutan Şirkət, fəaliyyət göstərdiyi illər ərzində Respublikamızda çoxlu sayda layihələr həyata keçirmişdir. 2009 – cu il tarixində Respublikanın şimalında Xudat şəhərində 2 000 tonluq anbar – soyuducu Nabucco Memarlq və İnşaat MMC tərəfindən inşa edilib. “Nabucco Memarlıq və İnşaat” MMC 2012 – ci il tarixində “Lindab Buildings” (ASTRON) İsveç şirkəti ilə əməkdaşlığa başlayaraq, birlikdə bir çox önəmli layihələrə imza atıblar.

 

Şirkət bir neçə vacib istiqamətlər üzrə öz fəaliyyətini müvəffəqiyyətlə həyata keçirir:

1. Sənaye binaları, soyuducu anbarları , logistika terminalları;

2. Ticarət mərkəzləri, idman kompleksləri, avtosalonlar, parkinqlər, ofislər, otellər, klinikalar, məktəblər və uşaq bağçaları, avia anqarlar, vaqon depoları

 

NAREKS

“Nareks” MMC– Qızıl Üzv

Tahsin Gündem - Direktor

Əlaqə telefonu: (+994 12) 511 53 41

Ünvan: Bakı şəhəri, Əhməd Rəcəbli, 69 K

 

2012 –ci ildə qurulan Nareks Bina Avtomatika sistemləri (BMS), ağıllı ev sistemləri (Smart Home), yanğın təyinetmə ve qazla söndürmə sistemləri üzrə Siemens Building Technologies Rəsmi Azərbaycan Distribütörü və bir Mühəndislik firmasıdır.

 

Elektromexanik və Avtomatika sistemləri sahəsində Türkiyə, Azərbaycan və Qafqazda bir çox layihələrə imza atmıştır.

 

Sistemləriniz üçün yuxarıda göstərildiyi kimi ən yaxşı məhsulları seçərək, aşkarlama , nəzarət , əyani yoxlama, hərəkət nəzarəti, iqlim nəzarəti, Elektromexanik infrastrukturu və s. sektorda fəaliyyət göstərərək qabaqcıl firmaları Nareks MMC şirkəti sizlərə təklif edir, bu məhsulları proqramlaşdırır və Müştərilərinə Mühəndislik Xidməti göstərir.

 

2017-ci ildə Əhməd Rəcəpli 69K ünvanında açılan Mağazasında Siemens Building Technologies şirketine aid bütün məhsullar təmin edilir.

NI GROUP

“NI Group” MMC - Qızıl Üzv

Əbilova Hafizə - Direktor

Əlaqə telefonu: (+994 50) 423 53 54 / (+994 12) 412 57 22

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, M. Rəsulzadə qəsəbəsi Baksol ərazisi 1

www.nigroup.az 

 

“NI Group” MMC şirkəti 01.08.2017-ci ildə təsis edilmişdir və hal-hazırda 80-dən çox işçi heyəti ilə fəaliyyət göstərir. Şirkət mebel, tikinti, sənaye sektoru üçün tələb olunan bütün növ boya məhsulları, cilalayıcılar, yapışqanlar, bıçaq və mişarlar, mebel aksesuarları, alətlər  və s.-in satışını həyata keçirir. Şirkət həmçinin mebel istehsalında gündəlik tələbat malları olan lent və dairəvi mişarlarının, frez, cnc, rəndə bıçaqlarınının itilənməsi ilə yanaşı Azərbaycanda bir ilkə imza ataraq ilk dəfə son model texnologiya ilə frez bıçaqlarının təmiri və sifarişə uyğun olaraq hazırlanmasını da həyata keçirir.

 

“NI Group” MMC İbaValresa, İbakimya, DYO, Helios, Smirdex, Freud, Maydos, Organik Kimya kimi dünya markalarının rəsmi nümayəndəsidir.

 

Şirkətin daha bir uğuru “Gaya Abrasive” əmtəə nişanı altında yumşaq rulon cilalayıcılarının Azərbaycanda professional istehsal xəttinin qurulması və bu cilalayıcıların Rusiya , Türkiyə , Yaxın və Orta Şərq ölkələrinə ixrac edilməsidir. 

PASHA SIGORTA

“PAŞA Sığorta” ASC - Qızıl üzv 

Ülviyyə Cabbarova- İdarə Heyətinin Sədri

Əlaqə telefonu: (012) 505 12 22

Ünvan: Bakı şəhəri, Sahil Plaza, M. Useynov Prospekti 61 

 

2006-cı ildən fəaliyyətə başlayan “PAŞA Sığorta” Açıq Səhmdar Cəmiyyəti Azərbaycanın qeyri-həyat sığorta xidmətləri bazarında tanınmış liderlərdən biridir. Hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Kapitalın bu cür yüksək səviyyəsi “PAŞA Sığorta” şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. “S&P Global Ratings” qlobal reytinq agentliyi “PAŞA Sığorta” ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB” səviyyəsində, reytinq üzrə proqnozun üzrə “Müsbət”ə keçdiyini təsdiqləyib. “PAŞA Sığorta” ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 12 oktyabr tarixli 476 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. 

PASHALIFE

“PAŞA Həyat Sığorta” ASC – Qızıl Üzv

Niyaz İsmayılov – İdarə Heyətinin sədri

Əlaqə telefonu: (012) 5673236

Ünvan: Bakı şəhəri, M. Useynov küçəsi 61 Sahil Plaza

www.pasha-life.az

 

“PAŞA Holding” şirkətlər qrupuna daxil olan “PAŞA Həyat Sığorta” ASC 24 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 14 fevral 2011-ci il tarixli lisenziyası əsasında həyat sığortası sahəsi üzrə xidmətlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. Təsis olunduğu zaman “PAŞA Həyat Sığorta” ASC-nin nizamnamə kapitalı 7.000.000 (yeddi milyon) AZN təşkil edirdisə, fəaliyyətinin ilk 3 ilinin nəticəsi olaraq Cəmiyyətin nizamnamə kapitalı 5,75 dəfə artırılaraq, hazırda 40.250.000 (qırx milyon iki yüz əlli min) manata çatdırılıb. “PAŞA Həyat Sığorta”dinamik inkişaf edən universal həyat sığortası şirkəti olaraq hazırda Azərbaycan sığorta qanunvericiliyi ilə nəzərdə tutulmuş bütün həyat sığortası siniflərinə aid hər bir müştərinin tələblərinə cavab verən aşağıda qeyd olunan məhsullar təqdim edir: 

 

• Həyatın ölüm halından sığortası 

• Həyatın yaşam sığortası 

• Sağalmaz xəstəliklərdən sığorta

 • İşsizlik sığortası 

• Əmək qabiliyyətinin itirilməsi hallarından sığorta 

• İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta 

 

Sığorta bazarında öz mövqeyini möhkəmləndirmək məqsədilə “PAŞA Həyat Sığorta” təqdim etdiyi məhsulların şərtlərinin müştərilər üçün daha sərfəli olması istiqamətində daimi iş aparır. Sığorta risklərinin etibarlı təkrarsığortası sahəsində “PAŞA Həyat Sığorta” ASC yüksək reytinqli beynəlxalq aparıcı təkrarsığorta şirkətləri ilə əməkdaşlıq edir. “PAŞA Həyat Sığorta” Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA), Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK), Azərbaycan-Amerika Ticarət Palatasına (AMCHAM) və İcbari Sığorta Bürosuna üzvdür. Şirkət keyfiyyətin idarəedilməsi üzrə "TÜV Thüringen" ISO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına malikdir. 2013-cü ilin yekunlarına görə, “PAŞA Həyat Sığorta” şirkəti Rumıniyanın “XPRIMM Insurance Report” beynəlxalq sığorta jurnalı tərəfindən “ən mənfəətli həyat sığortası şirkəti” nominasiyası üzrə xüsusi beynəlxalq mükafata layiq görülüb. 2014-cü ildə “PAŞA Həyat Sığorta” ASC “Azərbaycanın mədəni irsinin təbliğində xidmətlərə görə” nominasiyası üzrə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Milli irs” mükafatı ilə təltif edilmişdir.

PASHA BANK

PAŞA Bank ASC – Qızıl Üzv

Cavid Quliyev – İdarə Heyətinin sədri

Əlaqə telefonu: (012) 496 50 00

Ünvan: Bakı şəhəri,  Yusif Məmmədəliyev küçəsi 13

www.pashabank.az

 

2007-ci ildə yaradılmış “PAŞA Bank” ASC Azərbaycanın aparıcı korporativ bankıdır. “PAŞA Bank” ASC investisiya bankçılığı, ticarətin maliyyələşdirilməsi, aktivlərin idarə edilməsi də daxil olmaqla əsas maliyyə xidmətlərini, o cümlədən kiçik və orta sahibkarlıq üçün tam xidmətlər dəstini təklif edir. Bank iqtisadiyyatın qeyri-neft sektorunun əsas sahələrinə-nəqliyyat, tikinti, ticarət və Azərbaycan iqtisadiyyatının müxtəlifliyinə öz töhfəsini verən digər sahələrə xidmət göstərir.

 

“PAŞA Bank” ASC kapital səviyyəsinə görə Azərbaycanın ən iri özəl bankıdır, həmçinin aktivlərinin həcminə görə TOP-5 özəl bankları siyahısına daxildir. 

 

“PAŞA Bank” ASC bu gün dünyanın 14 dilində danışan 300 nəfərdən çox ixtisaslı əməkdaşın daxil olduğu beynəlmiləl komandadır. “PAŞA Bank” ASC ən iri regional maliyyə təşkilatlarından birinə çevrilməsi üzərində hər gün işləyir və artıq bu gün dünya səviyyəli məhsul və xidmətlər təklif edir. “PAŞA Bank” ASC Azərbaycanda iri investisiya holdinqi olan, o cümlədən sığorta, tikinti, tikinti materialların istehsalı, turizm və biznesin digər istiqamətlərində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir

AQUAVITA

“TAC” MMC – Qızıl Üzv

Arzu Yusifova – Baş Direktor

Əlaqə telefonu: (012) 447 29 91

Ünvan: Bakı şəhəri, Sulutəpə qəs.,Şamaxı şossesi 5

www.tajbev.com 

 

Əsası 1997-ci ildə qoyulmuş “TAC” MMC qısa bir zamanda daxili bazarda içməli su istehsalçıları arasında liderlik mövqelərindən birinə sahib olan şirkətlərdəndir. Şirkət əsasən iki əsas brend ilə tanınır: qablaşdırılmış bulaq suyu “Aquavita” və spirtsiz içkilər olan “Gülüstan”. “TAC” şirkəti həmçinin təmizlənmiş “Three Stars” sularıın və “Bizim Şahdağ” mineral sularının istehsalçısıdır.

 

Daha sonra “TAC” MMC mineral su və limonad istehsalında lider şirkətlərdən birinə çevrildi.

 

2011ci ilin yayında “TAC” MMC –nin Sulutəpə qəsəbəsində yerləşən zavodunda yeni içməli su və spirtsiz içkilər istehsalını həyata keçirən almaniya şirkəti olan “Krones ”avadanlığı quraşdırıldı. “Krones” dünyada tanınmış qida məhsulları xəttlərinin istehsalı ilə məşqul olan şirkətdir.

PMD PROJECTS

“PMD Group” MMC - Qızıl üzv

Nəriman Topçibaşev - İdarə Heyətinin sədri

Əlaqə telefonu: (+994) 12 505 04 00 / (+994 12) 505 05 00

Ünvan: Bakı şəhəri, Port Baku Towers, Neftchilar Avenue 153

 

Ölkənin ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “PMD Group” MMC 2013-cü ildən fəaliyyətə başlamışdır.

 

Şirkət yaşayış kompleksləri, müasir alış-veriş mərkəzləri, premium otellər, biznes mərkəzləri kimi nəhəng memarlıq layihələrinə imza ataraq böyük nailiyyətlər əldə etmişdir. Həmçinin, tarixi əhəmiyyətli binalar “PMD Group” MMC tərəfindən bərpa və reabilitasiya edilərək şəhərimizə gözəllik qatmışdır. Hazırda genişmiqyaslı və uğurlu layihələri ölkəmizin hər tərəfini əhatə edir. Davamlı səylər nəticəsində bazarın aparıcı və nümunəvi şirkətlərindən birinə çevrilmişdir.

POITIVE CONSULTING
REAL INSHAAT

Real İnşaat – Standart Üzv

Nizami Allahverdiyev - Direktor

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ülvi Bünyadzadə küçəsi 17

 

2003-cü ildən etibarən fəaliyyət göstərən “REAL İNŞAAT” şirkəti Respublika ərazisində çoxlu sayda müxtəlif təyinatlı obyektlərin tikinti-quraşdırma işlərini, yeraltı qaz və su xətlərinin çəkilişi, su və kanalizasiyə xətlərinin tikintisi işlərini yerinə yetirir. “REAL İNŞAAT”-ın gələcək inkişaf planları bu sahədə Azərbaycanda gedən inkişaf proseslərinə və dünyaya öz töhfəsini verməkdir. Şirkət Azərbaycanda olduğu kimi xaricdə də fəaliyyət göstərməkdədir. Gürcüstan Respublikasında, Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən filliallar bu ölkələrində cəmiyyətinə daim faydalı olmaq niyyətindədir. 

SCHNEIDER

Schneider Electric Middle East Projects” Azərbaycan Respublikasındakı Filialı - Qızıl Üzv

Dan Vlasceanu - Orta Asiya üzrə Prezident

Əlaqə telefonu: (012) 404 8366 

Ünvan: Bakı şəhəri, Ritz plaza, Maradanov Qardashlari 117 C     

www.se.com

 

Dünya miqyasında enerjinin idarə olunması üzrə ixtisaslaşan və 100-dən çox ölkədə fəaliyyət göstərən “Schneıder Electrıc” şirkəti bir çox bazar seqmenti üzrə kompleks həll variantlarını təklif etməklə yanaşı, həm də kommunal xidmətlər və infrastruktur, habelə sənaye sahələri və texnika istehsalçıları, qeyri-yaşayış binaları, məlumat mərkəzləri və şəbəkələri, eləcə də yaşayış binaları kimi sahələrdə hakim mövqeyə malikdir. 

 

Əsas diqqətini enerjinin təhlükəsiz, etibarlı, səmərəli, sərfəli və ekoloji baxımdan zərərsiz şəkildə istifadə olunmasına yönəldən şirkətlər qrupu 144.000 nəfərdən çox işçi heyəti sayəsində satış həcmini 2016-cı ildə 25 milyard avroya qədər yüksəltməyə müvəffəq olmuş və beləliklə də, fiziki şəxslərin və ayrı-ayrı təşkilatların öz enerjilərini maksimum səmərə ilə istifadə etmələrinə fəal surətdə kömək etmək əzmini nümayiş etdirmişdir.

SEBA

Seba ASC- Qızıl üzv

Faiq Hüseynov - İdarə Heyətinin Sədri

Ünvan: Xırdalan şəhəri, H.Əliyev prospekti 1

www.saba.az 

 

“SƏBA” Açıq Səhmdar Cəmiyyəti Dəvəçi Quşçuluq Fabrikinin maddi-texniki bazasının yenidən qurulması sayəsində 1996-ci ildə yaranıb və hazırda “Təbiətdən mətbəxə” konsepsiyasını rəhbər tutaraq Azərbaycan Respublikasında dünya standartlarına tam cavab verən qida məhsullarının istehsalını həyata keçirir.

 

Fəaliyyətinin ilk günündən etibarən “Səba” ASC-nin hədəfi istehlakçı məmnunluğu, yüksək peşəkarlıq, təbiətə qayğı ilə yanaşmanı nəzərdə tutan istehal prosesi olmuşdur. İnnovasiyaların müntəzəm tətbiqi, kənd təsərrüfatı sahəsindəki ən son təcrübələrə əsaslanan yetişdirmə və kəsim prosesi şirkətin uğurunun ana xəttini təşkil edir.

 

“Hər gün yeni məhsul” konsepti ilə fəaliyyət göstərən və bazarda brendə çevrilmiş “Səba Gündəlik” - ət və süd məhsulları mağazaları vasitəsilə istehlakçılara doğma məhəllə dükanı qədər yaxın olmaq prinsipinə böyük önəm verilməkdədir. Yalnız “Səba” ticarət nişanlı məhsulların satıldığı 80-dən artıq “Səba Gündəlik” ət-süd mağazalar şəbəkəsi Bakı, Sumqayıt, Abşeron və cənub bölgələrini əhatə etməkdədir.

 

“Səba” ASC istehlakçı maraqlarını daim diqqət mərkəzində saxlayaraq, istehsal etdiyi məhsulların keyfiyyəti barədə dayanıqlı müsbət rəy yaratmaqla ölkəmizdə qida sektorunun etibarlı bir təminatçısı olaraq öz brend məhsulları ilə bazarında lider olmağı özünə məqsəd bilmişdir.

TONUBY GROUP

TONUBY MMC- Qızıl üzv

Əlaqələndirici Şəxs:  Toğrul İbrahimov   

 

"Tonuby" reklam şirkəti həmişə iş keyfiyyətini müştəri məmnuniyyətini fəaliyyətinin əsas prinsipləri kimi təyin etdiyi üçün inkişafdan da geri qalmamış və bu gün xeyli sayda korporativ və fərdi müştərilərə poliqrafik layihələr, çöl reklamları, daxili reklam işləri, LED ekran və monitorlar, sərgi stendləri, avtomobil brendiq, displey tanıtım stendləri, neon reklam, vinil banner reklam və s. fəaliyyət növləri ilə xidmət edir. Artıq şirkətin 10 ili aşan fəaliyyət dövründə peşəkar ustaları və dizaynerləri sayəsində təmsil etdikləri sektorda adını duyurmuşdur və bu gündə rəqabətdən geri qalmır, daim inkişaf edir.

TURKISH AIRLINES HAVA

Türk Hava Yolları - Standart Üzv

Hamid Eldeleklioğlu – Bakı ofisinin nümayəndəsi

Əlaqə telefonu:      (012) 4977300

Ünvan: Xocalı prospekti, Dəmirçi Plaza, 2 mərtəbə    

 

 

20 may 1933-cü ildə qurulmuş Türkiyə Respublikasında fəaliyyət göstərən beynəlxalq hava yolları şirkətidir. Mərkəzi Atatürk Hava limanıdır.

 

Dünyanın 128 ölkəsində 328 nöqtəyə uçuşlar təşkil etməklə “Dünyanın Ən Çox Ölkəsinə uçan Hava Yolu” şirkəti adını qazanmışdır.

 

Azərbaycanda hazırda Bakı, Gəncə və Naxçıvana uçuşlar həyata keçirir.

 

TURQUOISE

Turquoise MMC - Standart Üzv

Ali İhsan Genç – Təsisçi  

Əlaqə telefonu: (012) 341 03 73 / 74

Ünvan: Abşeron rayonu, Hökməli qəsəbəsi (Bakı-Şamaxı yolu) 16cı kilometr

www.turquoise-az.com

 

TURQUOISE MMC şirkəti 2002-ci ildə yaradılmışdır. Şirkət inşaat sektorunda BASF YKS, SERPO, PALME, POLYFIBERS v’ DRAMIX-in Azərbaycandakı yeganə təmsilçisi və satıcısıdır. Şirkətin təmsil etdiyi markaların çox uzun təcrübə potensialı vardır. 

ULTRA TEHCNOLOGIES

Ultra İnşaat MMCQızıl üzv

Halil Ibrahim Kırbalı - Direktor 

Əlaqə telefonu: (+994 12) 449 55 55

Ünvan: Bakı şəhəri, A.M.Cuma küçəsi 60

 

Ultra Technologies şirkəti ölkənin ən böyük İT şirkətlərindən biri olaraq regionda lider şirkətlərdən birinə çevrilmək missiyası ilə 17 ildən çoxdur fəaliyyət göstərir. Şirkət 160-dan çox yerli və xarici peşəkar heyətdən ibarətdir. Ultra Technologies Azərbaycanda iri miqyaslı kompleks İT layihələr həyata keçirmişdir.

 

Şirkətin əsas fəaliyyəti sistem inteqrasiyalar, yüksək texnologiyaların idxalı, proqramlaşdırma, İT infrastruktur həlləri, İT audit, texniki dəstək xidmətləridir.

 

Ultra Technologies e-Təhsil, e-Kitabxana, E-İmza, e-Sənəd Dövriyyəsi və s. elektron həllərin tətbiqi üzrə ən fəal əməkdaşlıq təqdim edə biləcək şirkətdir. Şirkət eyni zamanda dünyanın ən iri İT korporasiyalarının yüksək statuslu rəsmi tərəfdaşıdır. Bunlar İntel, Microsoft, Oracle, Cisco, HP, İBM, Dell və s.-dir.

UNITY

Unity Technologies MMC- Gümüş Üzv

Rəvan Məmmədrzayev – Direktor 

Əlaqə telefonu: (+994 12) 525 20 76  / (+994 51) 232 99 55 / daxili nömrə: 155

Ünvan: Bakı şəhəri, Ağ şəhər, Mərkəzi Bulvar küçəsi 5

www.unitytechnologies.az

 

UNITY TECHNOLOGIES MMC İT autsorsinq şirkətidir. Serverlərin, şəbəkələrin, Telefoniya və videomüşahidə sistemlərinin qurulması xidmətlərini göstərir. Şirkət olaraq əsas fəaliyyət istiqaməti və təklif edilən xidmətləri IT infrastrukturunun sıfırdan qurulması və ya yenilənməsi, texniki dəstək xidmətləri (HelpDesk), məlumat texnologiyaları və hesablama texnikası sahəsinə dair fəaliyyətdən ibarətdir. Şirkət həm də İT avadanlıqlarının topdan və pərakəndə satışı ilə məşğuldur. Şirkətin məqsədi, təşkilatlarda biznes proseslərin stabilliyini, təhlükəsizliyini təmin edən və effektivliyini artıran faydalı IT xidmətlər göstərmək və keyfiyyətli avadanlıqlarla təmin etməkdir. 

VEYSELOGLU

Veysəloğlu Şirkətlər Qrupu – Qızıl Üzv

Aydın Talıbov – Təsisçi və Baş İcraçı Direktor

Əlaqə telefonu: (+994 12) 514 30 30

Ünvan: Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 2-ci eninə 2

www.veyseloglu.az

 

30 ilə yaxındır Azərbaycanın qeyri-neft sektorunda uğurla fəaliyyət göstərən Veysəloğlu Şirkətlər Qrupu ölkə iqtisadiyyatına dəyər qatmağa davam edir. Bu gün Şirkətlər Qrupu 22 mindən çox əməkdaşı sayı ilə qida sektorunda ölkənin ən iri işəgötürən təşkilatlarından biridir.

 

Veysəloğlu Şirkətlər Qrupu tərkibində pərakəndə, distribusiya, logistika və istehsalat daxil olmaqla, tədarük zəncirinin müxtəlif sahələrini əhatə edən çoxşaxəli FMCG (gündəlik istehlak malları) qrupudur. Dayanıqlı inkişafı dəstəkləmək Veysəloğlu Şirkətlər Qrupunun əsas fəlsəfəsidir.

 

Qrupa daxil olan şirkətlər aşağıdakılardır: 

  • “Veysəloğlu Distribusiya”
  • “Araz” supermarketlər şəbəkəsi
  • “OBA” marketlər şəbəkəsi
  • “Ulduz” Şokolad Fabriki
  • “AVT Logistics”
  • “V-Trade” distribusiya
  • “VG” (Veyseloglu Georgia)
  • “Vesta-Horeka” distribusiya
  • “Xonça” Fabriki
  • “Veysəloğlu-Rossmann”
  • “Entree Azərbaycan”
  • “Sirab” mineral sular zavodu
  • Pepco
  • “VİP-PROD” MMC
  • Badamlı

 

Şirkətlər Qrupu 2022-ci və 2023-cü ildə dünyada tanınmış konsaltinq şirkətlərindən biri olan Deloitte şirkətinin Azərbaycanda təşkil etdiyi nüfuzlu “Best Managed Companies” müsabiqəsində qaliblərdən biri elan edilib.

YAPI KREDI

YapıKredi Bank Azərbaycan QSC – Qızıl Üzv 

Cenk Yüksel – İdarə Heyətinin Sədri

Əlaqə telefonu: (012) 4977795

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, 628-ci məhəllə, C.Məmmədquluzadə küçəsi, 73 G

www.yapikredi.com.az

 

"Yapı Kredi Bank Azərbaycan" QSC Azərbaycan Respublikası Milli Bankından 11 yanvar 2000-ci il tarixində “Koçbank Azərbaycan” LTD adı ilə  bank fəaliyyəti ilə məşğul olmaq üçün 243 saylı lisenziya almışdır.

 

2005-ci ilin sentyabr ayında Türkiyədəki Yapı Kredi Bankası A.Ş. Koç Maliyyə Xidmətləri ailəsinə daxil olmuşdur. Koçbank Azərbaycan LTD 2007-ci ilin əvvəlindən etibarən fəaliyyətini “Yapı Kredi Bank Azərbaycan” QSC adı ilə davam etdirir.

 

Hal-hazırda  Bank Azərbaycan müştərilərinə bankçılığın Pərakəndə və Korporativ sahələrində məhsullar təklif edir. “Yapı Kredi Bank Azərbaycan” QSC-nin əsas məqsədi mövcud olan qlobal bankçılıq təcrübəsini Azərbaycan vətəndaşlarının istək və tələblərinə uyğun olaraq təkmilləşdirib ölkənin Bankçılıq sektoruna öz töhvələrini verməkdir.

 

2012-ci ilin Sentyabr ayında dünyanın on ən yaxşı kredit kartı markalarından biri Worldcard-ı Azərbaycan müştərilərinin təqdim edən bank, eyni zamanda İnternet Bankçılıq, Mobil Bankçılıq kimi innovativ məhsullarını da qısa zamanda istifadəyə açmışdır.

 

Fəaliyyət göstərdiyi müddətdə Yapı Kredi Bank Azərbaycan müxtəlif mükafatlara layiq görülmüşdür:

 

  • 2018-ci ildə Global Banking and Finance Review tərəfindən Ən Etibarlı Bank Azərbaycan Mükafatı
  • 2015-ci ildə banco.az portalında müştərilərin səsverməsi nəticəsində Ən Yaxşı İnternet Bankçılıq Məhsulu, Azərbaycan
  • 2015-ci ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı İnternet Bankçılıq Məhsulu, Azərbaycan
  • 2015-ci ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı Pərakəndə Bank, Azərbaycan
  • 2015-ci ildə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən Aktiv Bank fəaliyyəti göstərdiyinə görə təşəkkür məktubu
  • 2014-cü ildə Global Banking and Finance Review tərəfindən Ən İnnovativ Korproativ Bank, Azərbaycan
  • 2014-cü ildə Global Banking and Finance Review tərəfindən Ən Yaxşı Yeni Pərakəndə Bank, Azərbaycan
  • 2012-ci ildə Master Card tərəfindən Ən Yaxşı Marketinq Kampaniyası-Worldcard
ZIRAAT BANK

“Ziraat Bank Azərbaycan” ASC – Qızıl Üzv

Selçuk Demir – İdarə Heyətinin sədri

Əlaqə telefonu: (012) 4368475

Ünvan: Yasamal rayonu, Həsən bəy Zərdabi 191

 

Geniş filial şəbəkəsi və xidmət çeşidliliyi ilə sürətli və əlverişli şəkildə müştərilərinə xidmət göstərən bank 150 ildən artıq bir müddətdir ki, sektorda dəyişikliyin bayraqdarı və lideri mövqeyindədir.

 

Ziraat Bank öz əhatə dairəsini genişləndirərkən fəaliyyətini həyata keçirəcəyi ölkələrdəki Türkiyə əhalisini, türk iş adamlarını və bu ölkə ilə Türkiyə arasında cari və potensial ticarət əlaqələrini araşdırıb təhlil edir. Bu kontekstdə Ziraat Bank yaxın tarixi və mədəni əlaqələri olduğu Müstəqil Dövlətlər Birliyi regionunda da fəaliyyətini genişləndirməyi planlaşdırır.

 

Makro genişlənmə strategiyasına müvafiq olaraq Ziraat Bank Türkiyə ilə inkişaf etməkdə olan əlaqələri ilə yanaşı iqtisadi artım və sərmayə potensialına və coğrafi strateji mövqeyinə görə Azərbaycanda da “Ziraat Bank Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti adı altında törəmə Bankını açmışdır. Bank Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 2014-cü il tarixində verilmiş 255 saylı lisenziya əsasında fəaliyyətə başlamışdır.

 

Bank üç səhmdardan ibarət olmaqla açıq səhmdar cəmiyyəti formasında təsis edilmişdir. Bunlardan, 99.98% səs vermə hüququna malik səhmlərin sahibi T.C.Ziraat Bankası ASC, 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Teknoloji ASC və 0.01% səs vermə hüququna malik səhmlərin sahibi Ziraat Yatırım Menkul Değerler ASC-dir.