earth-for-language az
Qeydiyyat
Qeydiyyat

Mürsəl Rüstəmov

İdarə Heyətinin sədri - "Pozitiv Konsaltinq" MMC

Rüstəmov Mürsəl Sərdar oğlu 2 iyul 1981-ci il tarixində Cəbrayıl şəhərində anadan olmuşdur. 

 

Bakı Dövlət Universitetinin hüquq fakültəsini 2002-ci ildə bakalavr, 2004-cü ildə magistr dərəcələri ilə bitirmişdir. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirərək iqtisadiyyat üzrə ali təhsilə yiyələnmişdir.

 

2006-2010-cu illərdə “PAŞA Sığorta” ASC-də sığorta hadisələri üzrə mütəxəssis, sığorta hadisələri və hüquqi təminat üzrə baş mütəxəssis, sığorta hadisələri və hüquqi təminat üzrə koordinator, sığorta hadisələri və hüquqi təminat departamentinin müdiri, daxili audit xidmətinin rəhbəri vəzifələrində çalışmışdır. 

 

2010-2017-ci illərdə  “PAŞA Həyat Sığorta” ASC-nin İdarə heyətinin sədri olmuşdur.

 

2009-cu ildə “Pozitiv Konsaltinq” MMC-ni təsis etmiş, 2017-2018-ci illərdə Şirkətin İdarə heyətinin sədri, 2018-2020-ci illərdə baş direktoru olmuşdur. 

 

2020-ci ildən “Səba” ASC-in Direktorlar Şurasının üzvdür.

 

2013-cü ildə Azərbaycan–Türkiyə İş Adamları Birliyinin İdarə Heyəti sədrinin müavini 2023-cü ildə Birliyin İdarə heyətinin sədri seçilmişdir.

 

Ailəlidir, 2 övladı var. 

Rəna Məmmədova

İdarə Heyəti sədrinin müavini - "Coca-Cola Azərbaycan" MMC

Rəna Məmmədova Bakı Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişdir. 

 

O, 1987-ci ildən professional karyerasına başlamış və bu müddət ərzində Mərkəzi Elmi-Tədqiqat İnstitutunda, daha sonra isə Azərbaycan Sənaye, İnvestisiya və Kommersiya Bankında çalışmışdır.

 

1996-cı ildən etibarən Rəna Məmmədova “Coca-Cola İçecek” şirkətində fəaliyyət göstərməyə başlamış və şirkət daxilində müxtəlif rəhbər vəzifələrdə çalışmışdır. 2004-cü ildə Coca-Cola-nın Azərbaycan Təchizat Sistemlərinin rəhbəri vəzifəsinə təyin edilmiş, 2018-ci ildən etibarən isə Türkmənistan Təchizat Sistemlərinə də rəhbərlik etmişdir.

 

2020-ci ildə o, “Coca-Cola İçecek” Azərbaycanın Baş Direktoru vəzifəsinə təyin olunaraq, şirkətin tarixində bu vəzifəni tutan ilk azərbaycanlı və qadın rəhbər olmuşdur. Onun rəhbərliyi dövründə “Coca-Cola İçecek” Azərbaycan yüksək inkişafa nail olmuş və şirkət Azərbaycanda ikinci istehsalat zavodunun tikintisinə investisiya ayırmaq qərarı almışdır.

 

Rəna Məmmədova bir sıra beynəlxalq universitetlərdə və təlim proqramlarında liderlik bacarıqlarını təkmilləşdirmişdir. O, Sabancı Universiteti (Türkiyə), Corciya Texnologiya İnstitutu (ABŞ), Miçiqan Dövlət Universiteti (ABŞ) və Harvard Universiteti (ABŞ) tərəfindən təşkil olunan təlim proqramlarında iştirak etmişdir. Rəna Məmmədova biologiya elmləri üzrə fəlsəfə doktorudur, bir çox nəşrlərdə məqalələri çap edilmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 28 aprel 2026-cı il tarixli Sərəncamı ilə Rəna Məmmədova Azərbaycan Respublikasının iqtisadi inkişafına verdiyi töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

⁠Tahsin Gündem

İdarə Heyəti sədrinin müavini- "Nareks" MMC

Alper Yaycılı

İdarə Heyəti sədrinin müavini - "Sirab Satış və Dağıtım" MMC

İlqar Nuri

İdarə Heyətinin üzvü - Veysəloğlu Şirkətlər Qrupu

Rüfət Əliyev

İdarə Heyətinin üzvü - Azərbaycan Biznesinin İnkişafı Fondu" PHŞ

⁠Rafiq Qarayev

İdarə Heyətinin üzvü - "Qarabağ Aqro 44" MMC

Muhterem Öz

İdarə heyətinin üzvü - "MGM Group" MMC

Ziba Axundova

İdarə heyətinin üzvü - "TAC" MMC

⁠Erdem Ercin

İdarə Heyətinin üzvü - "Norm Otomasyon" AR Nümayəndəliyi

<p>test</p>

İlkin Əliyev

İdarə Heyətinin üzvü - "Geoproject" MMC

Nigar Ələsgərova

İdarə Heyətinin üzvü - "İnsun Yaşam Mərkəzi" MMC

Seymur Bünyatov

İdarə Heyətinin üzvü - "Köşebaşı" MMC

Zalbəy Ağadadaşov

İdarə Heyətinin üzvü - "Turan Legal and Tax Services" MMC

WhatsApp icon