earth-for-language az
Qeydiyyat
Qeydiyyat

07.08.2025 – ATİB nümayəndə heyəti “GEOPROJECT” MMC-ni ziyarət edib

07082025-atib-numayende-heyeti-geoproject-mmc-ni-ziyaret-edib-1
07082025-atib-numayende-heyeti-geoproject-mmc-ni-ziyaret-edib-2
07082025-atib-numayende-heyeti-geoproject-mmc-ni-ziyaret-edib-3
07082025-atib-numayende-heyeti-geoproject-mmc-ni-ziyaret-edib-4

2025-ci il Avqustun 7-də Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü “GEOPROJECT” MMC-ni ziyarət edib. Şirkətin ofisində keçirilən görüşdə direktor İlkin Əliyev, ATİB İdarə Heyətinin üzvləri Rafiq Qarayev, Araz İsmayılov və Katibliyin nümayəndələri iştirak ediblər. Görüş çərçivəsində İlkin Əliyev hazırda şirkətin işğaldan azad edilmiş bölgələrdə həyata keçirdiyi layihələr barədə məlumat verib. Qarabağda ilk olaraq Ağalı kəndinin yenidən qurulması ilə başlayan fəaliyyətlərin bu gün Füzuli, Zəngilan, Cəbrayıl və digər rayonlarda davam etdiyini bildirib. Direktor bu layihələrin müasir texnologiyaların tətbiqi ilə 2040-cı ilə qədər proqnozlaşdırılan demoqrafik göstəricilər nəzərə alınaraq həyata keçirildiyini vurğulayıb. Görüş Qarabağda perspektiv layihələr və ATİB çərçivəsində həyata keçirilə biləcək fəaliyyətlər ətrafında fikir mübadiləsi ilə davam edib.

Paylaş
Baxış sayı:
Baxış sayı
119
Tarix:
Tarix
07/08/2025
WhatsApp icon