Ana SəhifəXəbərlər16 Yanvar 2025-ci il – ATİB İdarə Heyəti səfirlə görüşüb
16 Yanvar 2025-ci il – ATİB İdarə Heyəti səfirlə görüşüb
16 Yanvar 2025-ci il – Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyəti yeni tərkibdə ilk iclasından öncə ənənəvi olaraq Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dos. Dr. Cahit Bağcı ilə görüşüb. Görüş zamanı ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov cənab səfirə ölkəmizdəki fəaliyyəti müddətində Birliyə göstərdiyi diqqət və dəstəyə görə üzvlər adından təşəkkürünü bildirib, iki ölkə arasında iqtisadi, mədəni və sosial əlaqələrin inkişaf etdirilməsi sahəsində Səfirliklə əməkdaşlığı gələcəkdə də davam etdirməkdə əzmli olduqlarını qeyd edib. Səfir Dos. Dr. Cahit Bağcı ATİB-in Türkiyə və Azərbaycanın dostluq və qardaşlıq əlaqələrinin inkişafına verdiyi töhfələrdən söz açıb, bundan sonra da müvafiq istiqamətdə fəaliyyətinin uğurlu olacağından əmin olduğunu bildirib, İdarə Heyətinin yeni seçilmiş üzvlərini təbrik edib. Görüşün sonunda səfir Dos. Dr. Cahit Bağcıya Azərbaycan-Türkiyə İş Adamları Birliyi adından xatirə hədiyyəsi təqdim edilib.