2025-ci il 26 may tarixində Qarabağ Dirçəliş Fondu və “Opalus Partners Group” şirkətinin təşkilatçılığı ilə “Məqsəd, Etimad və Vəhdət: Qarabağın Dirçəlişi üçün korporativ liderliyin səfərbər edilməsi” mövzusunda işgüzar görüş keçirilib. Tədbir “Qarabağ Dirçəliş Fondunun Dostları” platforması çərçivəsində baş tutub. Görüşdə Fondun rəhbərliyi, dövlət qurumlarının və aparıcı şirkətlərin nümayəndələri iştirak ediblər. Azərbaycan-Türkiyə İş Adamları Birliyinin Layihə meneceri Mehriban Əsədli də tədbirdə iştirak edib. Görüşdə Qarabağda həyata keçirilən layihələr, ianəçilik təşəbbüsləri və tərəfdaşlıqlar müzakirə olunub.