28 aprel 2025-ci ildə MÜSİAD Azərbaycan İctimai Birliyinin İstehsalat və Ticarət Komissiyasının təşkilatçılığı ilə “6-cı Müstəqil İş Adamları Görüşü” keçirilib. İş dünyasının fərqli sahələrini təmsil edən sahibkarlar bir araya gələrək yeni tərəfdaşlıqlar qurmaq, birgə fəaliyyət imkanlarını araşdırmaq və dünya iqtisadiyyatının mövcud vəziyyəti barədə fikir mübadiləsi aparmaq imkanı əldə ediblər. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Prof. Dr. Birol Akgün, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Emil Hüseynli, Trabzon Ticaret ve Sanayi Odası İdarə Heyətinin sədri Erkut Çelebi, dövlət qurumlarının nümayəndələri, habelə Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) İdarə Heyətinin sədri Mürsəl Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər. Tədbirdə həmçinin Türkiyənin Gebze Organize Sanayi Bölgesi (GOSB) Texnoparkının baş direktoru Prof. Dr. Murat Çemberci tərəfindən yaxında fəaliyyətə başlayacaq Abşeron Texnoparkı ilə bağlı geniş təqdimat keçirilib. MÜSİAD Azərbaycanın rəhbəri Rəşad Cabirli çıxışında texnoparkın sahibkarlar üçün təqdim edəcəyi vergi güzəştləri, innovativ iş mühiti və digər üstünlüklərdən bəhs edərək sahibkarları Abşeron Texnoparkının rezidenti olmağa dəvət edib.