earth-for-language az
Qeydiyyat
Qeydiyyat

3 iyul 2025-ci ildə Şimali Kipr Türk İş Adamları Dərnəyi ATİB-in qonağı olub

3-iyul-2025-ci-ilde-simali-kipr-turk-is-adamlari-derneyi-atib-in-qonagi-olub-1
3-iyul-2025-ci-ilde-simali-kipr-turk-is-adamlari-derneyi-atib-in-qonagi-olub-2
3-iyul-2025-ci-ilde-simali-kipr-turk-is-adamlari-derneyi-atib-in-qonagi-olub-3
3-iyul-2025-ci-ilde-simali-kipr-turk-is-adamlari-derneyi-atib-in-qonagi-olub-4
3-iyul-2025-ci-ilde-simali-kipr-turk-is-adamlari-derneyi-atib-in-qonagi-olub-5

3 iyul 2025-ci il tarixində Bakıda səfərdə olan Şimali Kipr Türk İş Adamları Dərnəyinin (İSİAD) İdarə Heyətinin sədri Enver Mamülcü, İdarə Heyətinin üzvü Raci Yıldız, Baş Katib Metin Yılgın və Azərbaycan-Mağusa Təmsilçisi İlham Bilgen Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) qonağı olublar.
Görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdarə Heyətinin üzvü Seymur Bünyatov və Katiblik heyəti iştirak ediblər.
Mürsəl Rüstəmov qonaqlara ATİB-in fəaliyyəti, Şimali Kipr və türk iş adamları ilə indiyədək qurulmuş əməkdaşlıq və bu çərçivədə həyata keçirilən yerli biznes əlaqələri barədə məlumat verib.
Enver Mamülcü isə 1989-cu ildə yaradılmış İSİAD-ın fəaliyyəti, qurumun yalnız üzv iş adamları üçün deyil, ümumi ictimai maraqlara xidmət edən yanaşması və Azərbaycanda olan maraqları barədə danışıb.
Görüş zamanı sənaye, Qarabağ bölgəsi, təhsil və investisiya imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb. Sonda Enver Mamülcü tərəfindən Mürsəl Rüstəmova İSİAD adından xatirə hədiyyəsi təqdim olunub.

Paylaş
Baxış sayı:
Baxış sayı
37
Tarix:
Tarix
03/07/2025
WhatsApp icon