8 iyul 2025-ci il tarixində Bulutistan şirkəti və Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) birgə təşkilatçılığı, Azintelecom, SabancıDX və CyberCyte şirkətlərinin tərəfdaşlığı ilə “Maliyyə buludu və İnformasiya Texnologiyaları ilə idarə olunan xidmətlər” mövzusunda səhər yeməyi formatında B2B görüş keçirilib.
Tədbirin əsas məqsədi bu sahədə fikir və təcrübə mübadiləsini təmin etmək olub. Açılış nitqini ATİB-in İdarə Heyətinin üzvü Nigar Ələsgərova edib. Daha sonra Bulutistan şirkətinin Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan üzrə ölkə müdiri Samir Nuriyev, millət vəkili Ceyhun Məmmədov, Bulutistan-ın MDB üzrə baş icraçı direktoru Mutlu Ataç, SabancıDX-in satış rəhbəri Cemalettin Cem Özenç, CyberCyte-in təsisçisi Umut Yeşilırmak və StudioDx şirkətinin satış və müştəri əlaqələri üzrə rəhbəri Hamza Çobanoğlu çıxış ediblər.
Ardınca biznes konsultant Anar Məmmədovun moderatorluğu ilə panel müzakirəsi keçirilib. Paneldə spikerlər kimi Samir Nuriyev, Umut Yeşilırmak və Cemalettin Cem Özenç iştirak ediblər. Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında gələcək əməkdaşlıqların inkişaf etdirilməsi müzakirə olunub.
Tədbirdə bank, fintex, maliyyə və digər əlaqəli sahələrin rəhbərlərindən ibarət 35 nəfər iştirak edib.