2025-ci il iyulun 9-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada Azərbaycan-Türkiyə İş Adamları Birliyinə (ATİB) üzv şirkətlərlə “DOST Müfəttiş” layihəsi çərçivəsində görüş keçirilib.
Görüşdə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Nərmin Mirzəyeva, ATİB-in İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və üzv şirkətlərin nümayəndələri iştirak ediblər.
Layihənin məqsədi əmək münasibətlərinin təkmilləşdirilməsi, ƏMAS sisteminin tətbiqi və müəssisələrin bu sahədəki çətinliklərinin həllinə dəstək olmaqdır. Layihə beynəlxalq mükafatlara da layiq görülüb və 5000-dən çox işçini əhatə edir.