earth-for-language az
Qeydiyyat
Qeydiyyat

ADSEA-nın dəstəyi və “Caspian Event Organizers”in təşkilatçılığı ilə ATİB üzvləri üçün “Bakı Su Həftəsi” çərçivəsində “2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgisi”nə tur təşkil olunub.

adsea-nin-desteyi-ve-caspian-event-organizersin-teskilatciligi-ile-atib-uzvleri-ucun-baki-su-heftesi-cercivesinde-2-ci-beynelxalq-su-teserrufati-sergisine-tur-teskil-olunub-1

10 sentyabr 2025-ci il tarixində Azərbaycan-Türkiyə İş Adamları Birliyinin üzvləri üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) dəstəyi və Birliyin üzvü “Caspian Event Organizers” şirkətinin təşkilatçılığı ilə “Bakı Su Həftəsi” çərçivəsində keçirilən “2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgisi”nə sərgi turu təşkil olunub.

 

"Bakı Su Həftəsi"nin rəsmi bankı qismində ATİB üzvü və ölkənin aparıcı korporativ maliyyə institutu olan “PAŞA Bank” çıxış edir, Birliyin üzvləri “Hilton Baku”, “Radisson Hotel Baku”, “Hilton Garden Inn Baku”, "Ibis Baku City" şirkətləri isə sərginin rəsmi otel tərəfdaşları arasında təmsil olunur.

 

ATİB İdarə Heyətinin üzvləri Rafiq Qarayev və Erdem Ercinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Ekspo Mərkəzində keçirilən sərgidə Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Böyük Britaniya, Çexiya, İsrail, İsveçrə, Hindistan, Macarıstan, Türkiyə, Serbiya, Səudiyyə Ərəbistanı və Sinqapuru təmsil edən 60-dan çox şirkət və nümayəndə heyətinin stendlərində nümayiş olunan məhsul və xidmətlərlə tanış olub.

 

Ziyarət çərçivəsində nümayəndə heyəti həmçinin Birliyin üzvləri “Kolin İnşaat Turizm Sənaye və Ticarət A.Ş və Azersun Holdinqin stendlərinə baş çəkib, üzvlərə sərgidə uğurlar arzulayıb.

 

Məlumat üçün bildirmək istərdik ki, 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgisi - Bakı Su Həftəsi” sentyabrın 12-dək davam edəcəkdir.

 

Paylaş
Baxış sayı:
Baxış sayı
19
Tarix:
Tarix
10/09/2025
WhatsApp icon